Azərbaycan futzal millisinin İsveçlə oyun üçün heyəti açıqlandı
Adelet.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan futzal millisinin Avropa çempionatının əsas mərhələsində İsveç yığması ilə keçirəcəyi oyun üçün heyəti açıqlanıb.
Adalet.az xəbər verir ki, baş məşqçi Vitali Borisov 3-ü qapıçı olmaqla, 16 futzalçıya dəvət göndərib. Zədə səbəbindən “Araz-Naxçıvan” və millinin kapitanı Emir Kürdov bu gün start götürəcək toplanışda iştirak etməyəcək.
Qapıçılar: Rövşən Hüseynli (“Astana”, Qazaxıstan), Kamran Hacıyev (“Baku Fire”), Vladislav Reznov (“Neftçi” İK)
Oyunçular: Fərid Atakişiyev, Mirzə Əmirov, Seymur Məmmədov (hamısı “Neftçi” İK), Fərid Abbasov, Tofiq Mikayılov, Oktay Rüstəmli, Murad Quluzadə, Nihad İsmayılov, Kənan Manafov (hamısı “Baku Fire”), Xəzər Ağalızadə, Ülvi Əliyev, Nurlan Məmmədov (hamısı “Araz-Naxçıvan”), Rüstəm Bağırov (“Şuşa”).
Qeyd edək ki, dekabrın 17-də Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – İsveç görüşü saat 20:00-da başlayacaq.
Baxış sayı:133
Bu xəbər 09 Dekabr 2024 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















