Icma.az
close
up
RU
Azərbaycan gəncliyi etibarlı gələcəyimizdir

Azərbaycan gəncliyi etibarlı gələcəyimizdir

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Azərbaycanlı gənclər arasında dövlətçilik ənənələrini, öz milli kimliyini qoruyub saxlamaq, gənc nəslin milli ruhda böyüməsi, vətənpərvərlik və vətəndaşlıq hissləri gücləndirilməsi istiqamətində maarifləndirici işlər aparmaq, gənclərimizin antiAzərbaycan xarici qüvvələrin zərərli təsirlərindən, milli dövlətçiliyimiz və mənəvi dəyərlərimiz üçün təhdidlərdən qorumaq, ideoloji təhlükəsizliyimizi təmin etmək vacib amillərdən biridir.

Müasir dövrdə xarici, xüsusilə, qloballaşmanın yaratdığı ideoloji və mədəni təsirlər gənclərin milli ruhda yetişməsini çətinləşdirən amillərə çevrilib. Buna görə də gənclərin xarici təsirə boyun əyməməsi üçünmilli şüurun, vətənə bağlılığın və mənəvi dəyərlərin təməlini erkən yaşlardan qoymaq vacib şərt kimi çıxış edir. Azərbaycan gəncliyi həm milli, həm də qlobal məsələlərə dair bilik və bacarıqlara sahib olmaqlayanaşı elmi və intellektual səviyyədə dünyanın digər ölkələrinin gəncləri ilə rəqabət aparmaq qabiliyyətini özündə əxz edir. Millivətənpərvərlik amili isə xarici zərərli ideologiyaların təsirinə qarşı müqaviməti və immüniteti artırır.

Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bildirib ki, gənc nəslin milli ruhda böyüməsi sadəcə olaraqsözlər deyil. Bu, Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır, çünki ölkələri insanlar idarə edir: “İnsanların fikirləri, düşüncələri, cəsarəti, yaxud da ki, tam fərqli mənfi xüsusiyyətləri və ölkələrin düşdükləri vəziyyət də böyük dərəcədə bundan asılıdır. Ona görə elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı olmalıdır, həm də Vətənə bağlı olmalıdır. Xarici təsirə boyun əyməməlidir, qürurluolmalıdır”.

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Xarici təsirlərə qarşı sayıqlığın artırılması” mövzusunda həyata keçirdiyi layihə də məhz bu sahəyə istiqamətlənib.

Layihə rəhəri Cavid Şahverdiyev deyib ki, xaricdən gələn ziyanlı ideoloji təbliğatlar bütövlükdə cəmiyyətin inkişafına, milli maraqlarabağlılığa xələl yetirə bilər. Bunun qarşısının alınması üçün isə gənclərin paralel olaraq dünya ilə inteqrasiyada milli maraqları, millikimliyi və milli ruhu qoruma bacarıqlarını inkişaf etdirmələri əsasdır. Bu mühüm nəticəyə nail olmaq üçün isə həm təhsil, həm də ailədə verilən tərbiyə milli ideallar və dəyərlər üzərində qurulmalıdır.

O, qeyd edib ki, bu gün Azərbaycan gəncləri həm müasirtexnologiyaların verdiyi imkanlarla ölkənin inkişafına töhfə verməli, həm də tarixi yaddaşlarını qoruyaraq milli dəyərlərə sadiq qalmalı, milli ruhda böyüməlidirlər. Vətən müharibəsindəki qələbə dövlətin gənclər siyasətinin düzgün istiqamətdə olduğunu bir daha sübut etdi. Azərbaycanın gələcək inkişafı və təhlükəsizliyi məhz bu gənclərin vətənpərvərliyi, milli ruhu və biliyi ilə təmin ediləcək.

Azərbaycan Prezidenti çıxışlarının birində deyib ki, Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və ölkədə demoqrafikmənzərə çox müsbətdir: “Ona görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, - misal üçün, könüllülər hərəkatı çərçivəsində, - vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində, əlbəttə ki, qanunvericilikdə addımlar atılmalıdır. Gənclər milli ruhda tərbiyə almalıdırlar, xarici təsir altına düşməməlidirlər, xüsusilə indiki internet dövründə ki, istənilən yalantezliklə yayılır və sonra elə bil həqiqət kimi təqdim olunur. Bu da bizə qarşı aparılan qeyri-təmiz siyasətin bir hissəsidir. Çünki sirr deyil ki, Azərbaycanda hazırda ictimai-siyasi vəziyyət çox sabitdir. Ölkəmizdə ictimai-siyasi sabitliyə təhlükə törədə biləcək heç bir amil mövcuddeyil. Ona görə bu amilləri anti-Azərbaycan qüvvələr ölkəmizin xaricində yaratmaq istəyirlər”.

QHT sədri qeyd edib ki, ümumilikdə, müasir dövrdə gəncləri yadtəsirlərdən qorumaq çox çətin və mürəkkəb məsələdir. Çünki müasirtexnologiyalar bütün gənclərin həyatına bu və ya digər dərəcədə təsir edir. Sözügedən məsələ qlobal miqyasda aktualdır. Hesab edirəm ki, bu sahədə nəticələrin əldə edilməsi zaman tələb edir.

Dövlət başçısı hər zaman çıxışlarında Azərbaycan gəncliyinin tərbiyə olunmasını, milli-mənəvi dəyərlərimizin qorunmasını ön plana çəkir. Çünki milli-mənəvi dəyərlərimiz qorunduqca gənclərimiz xaricitəsirlərdən tamamilə müdafiə olunur, onlar xarici təsirlər altına düşmürlər və beləliklə də, Azərbaycançılıq ideologiyası ətrafında birləşərək Vətənə, dövlətə, xalqa bağlı şəkildə inkişaf edirlər. Azərbaycan gəncliyinin milli ruhda yetişməsini 44 günlük Vətən müharibəsində gördük. İkinci Qarabağ savaşında Azərbaycan gəncliyi üzərinə düşən böyük missiyanı kifayət qədər uğurla yerinə yetirdi. Bütün dünya buna şahid oldu.

Prezident İlham Əliyevin bütün çıxışlarına baxsaq, demək olar ki, hər zaman gənclərlə işləməyin önəminə toxunulur, üstəlik, davamlı şəkildə gənclərlə bağlı atdığı real addımlar, imzaladığı konkretsərəncamlar təsdiqləyir ki, ölkədə gənclər siyasətinin dinamik və ciddiaparılması üçün dövlət səviyyəsində mühüm işlər görülür.

Bütün bunlar ona görədir ki, Azərbaycan gəncləri savadlı yetişsin, beynəlxalq təhsil təcrübəsini mənimsəsin, çağdaş dövrün tələblərinə uyğun kadr, xalqını, dövlətini, millətini, torpağını sevsin, onasədaqətlə xidmət etsin, onları yad təsirlərdən qorusun. Gənclərin milliruhda böyüməsi, tərbiyə alması, onlarda vətənpərvərlik hisslərinin təşviqi onları məkrli xarici dairələrin təsiri altına düşməkdən qoruyur, ölkəsinin maraqlarını hər yerdə müdafiə etmək cəsarətini və hisslərini möhkəmləndirir. Prezident təhlükənin haradan gələ biləcəyini də gənclərə hər zaman açıq ifadə etməyə çalışır.

Prezident İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə söyləyib: “Bizdən sonra gələn nəsil, gənclər, onlar da bu yolla getməlidirlər. İlk növbədə, milli ruhda tərbiyə almalıdırlar, öz mədəniyyətinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiqolmalıdırlar. Heç kimin təsiri altına düşməməlidirlər, müxtəlif vədlərə aldanmamalıdırlar. Bizim bu 30 illik işğal dövrümüz onu göstərdi”.

Hər birimiz Yaxın Şərqdə və bəzi postsovet ölkələrində baş vermişinqilabların ağır nəticələrinə şahidlik etmişik. 2000-ci illlərin əvvəllərində – Gürcüstanda, Ukraynada, Qırğızıstanda, əsrin ikincionilliyində isə Yaxın Şərqdə həyata keçirilən qanlı inqilablarnəticəsində ölkələrin iqtisadiyyatları məhv edildi, yüzminlərlə insanqaçqın düşdü, dövlətlərin sərhədləri güc yolu ilə dəyişdirildi. İnqilabların katalizatoru rolunda isə gənc nəsil çıxış edirdi. Tərxibatçı fondlar və QHT-lər əvvəlcə hədəfə aldıqları dövlətin idarəçiliyinə nüfuz edirlər və müxtəlif yollarla xüsusilə gənclər arasında hakimiyyətlərə qarşı kin və nifrət aşılamaqla məşğul olurlar. Ona görə də cənab Prezidentin də dediyi kimi, Azərbaycan gəncliyi milli ruhdaböyüməlidir ki, kənar qüvvələrin, təxribatçı fondların təsiri altına düşməsin. Ümumiyyətlə, hesab edirik ki, Cənab Prezident özfundamental çıxışı ilə Azərbaycan gəncliyi üçün üçün yol xəritəsimüəyyənləşdirdi.

Azərbaycan xalqı heç vaxt ölkəmizin xarici güclərin döyüşmeydanına, təxribatçı fondların və QHT-lərin inqilab ssenariləri qurduğu poliqona çevrilməsinə imkan verməz: “Cənab Prezidentin də söylədiyi kimi, qlobalistlər müxtəlif ölkələrdə inqilablar həyata keçirib, dövlətlərin təməl dayaqlarını sarsıdıb və ölkələri viranqoyublar. Azərbaycan xalqı Suriya, İraq, Ukrayna, Liviya və digər bukimi ölkələrdə təşkil edilən qanlı inqilabların nəticələrinə əyani şahidlik edib. Sorosa bağlı qruplar müxtəlif vaxtlarda eyni ssenariləri Azərbaycanda da həyata keçirməyə çalışıblar. Amma Azərbaycan xalqı sayıqlıq nümayiş etdirib və xarici güclərin oyununa alət olmayıb. Çünki Azərbaycanda xalq-iqtidar birliyi var.

QHT sədrinin fikrincə, harada yaşamasından asılı olmayaraqazərbaycanlı gənc milli ruhda tərbiyə almalı, böyüməli, vətəninə, xalqına, millətinə, dövlətinə, torpağına bağlı olmalıdır, dövlətçilik ənənələrini, öz milli kimliyini qoruyub saxlamalı, milli mənlik şüurunu formalaşdırmalı, vətənpərvərlik və vətəndaşlıq hisslərinə sahib olmalıdır. Eyni zamanda gənclərimizin antiAzərbaycan xariciqüvvələrin təsirlərindən, milli dövlətçiliyimiz və mənəvi dəyərlərimiz üçün təhdidlərdən özlərini qorumalı, ideoloji təhlükəsizliyimizi təmin etməlidir: “Layihə mövzusuyla bağlı yerli mediada 10 maarifləndirici yazı hazırlanacaq. Hər bir yazı MEDİA reyestrndən keçən internet resursunda dərc ediləcək. Artıq layihə mövzuzuyla bağlı 3 maarifləndirici, təbliğedici veriliş hazırlanıb. Bu layihəni həyata keçirməkdə əsas məqsəd və hədəfimiz milli-mənəvi dəyərlərimizigənclər arasında təbliğ etmək və yad təsirlərdən qorumaq, gənc nəslinmilli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinintərbiyəsinə töhfə verməkdir”.

Röya

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 16 İyul 2025 23:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran İsrail gərginliyi artır: Birbaşa qarşıdurma riski nə qədər realdır? ŞƏRH

02 İyun 2026 20:42see325

Məktəblərdə telefon və ağıllı saatlar qadağan ediləcək

04 İyun 2026 02:36see233

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see218

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see214

Zelenskinin məqsədi danışıqlar prosesinə ABŞ sız qatılmaqdır

04 İyun 2026 09:07see214

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see209

Nazir Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib

03 İyun 2026 17:53see191

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

03 İyun 2026 11:28see185

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

03 İyun 2026 11:29see182

Şəfa nı çempionluğa daşıyan Kərəmli bölgə klubunda? Dəqiqləşdi

03 İyun 2026 02:25see181

Orta Dəhliz və Azərbaycanın yeni iqtisadi hədəfləri

03 İyun 2026 11:30see179

Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb

04 İyun 2026 04:02see178

Onlardan söz qoparmaq qeyri mümkündür

02 İyun 2026 23:04see174

“Qərbi Azərbaycana qayıdış ideyası revanşizm deyil, tarixi ədalət çağırışıdır” Elçin Babayev

03 İyun 2026 11:28see170

“Rheinmetall” silah şirkəti ilə Rumıniya arasında 5,7 milyard avroluq müqavilələr imzalanıb

02 İyun 2026 23:03see168

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

04 İyun 2026 02:39see165

Makronun xanımının cinsiyyəti ilə bağlı yeni FAKTLAR üzə çıxdı!

03 İyun 2026 02:06see164

QMİ rəsmisi görmə qabiliyyətini itirdi Səhv əməliyyat olunub?

03 İyun 2026 00:13see162

Məhərrəm ayı bu tarixdə başlayacaq MƏLUMAT

03 İyun 2026 01:07see160

Baş məşqçi millimizin finala yüksəlməsindən danışdı

04 İyun 2026 01:15see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri