Icma.az
close
up
RU
Azərbaycan gəncləri etibarlı gələcəyimizdir

Azərbaycan gəncləri etibarlı gələcəyimizdir

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azərbaycan gənclər ölkəsidir. Gənclərə diqqət və qaygı dövlətimizin siyasətində prioritet məsələlərdən biridir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin 1997-ci ildə imzaladığı Fərmana əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü kimi qeyd edilir. Bu gün hər bir Azərbaycan gənci qürurludur, sevincinin həddi-hüdudu yoxdur. Artıq tarixi Zəfərimizin, suverenliyimizin bərpasının yaratdığı reallıqları yaşayırıq. Son dörd ildən artıq dövrdə bayramlarımızı, əlamətdar günləri qalib dövlətin qalib xalqı kimi qeyd edirik. Daim yenilməz, məğrur, tarixinə sahib çıxan xalq kimi dünyanın diqqətində olan Azərbaycan xalqı 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəyə imza atmaqla bir daha nəyə qadir olduğunu nümayiş etdirdi. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onların rəşadəti sayəsində əldə olunan tarixi Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız 30 illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, müjdəni Azərbaycan xalqına bəxş etdilər. Vətən müharibəsində iştirak etmiş hər bir qəhrəman gəncə Azərbaycan xalqı minnətdardır”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, informasiya müharibəsinin ön cəbhəsində duran da Azərbaycan gəncliyidir: “Vətən müharibəsi dövründə gənclər sosial şəbəkələrdə çox fəal oldular və informasiya cəbhəsində üstünlümüzə öz töhfələrini verdilər. Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənc nəslin təşəbbüsləri, onların əməyi hər yerdə görünməkdədir. Azərbaycan gəncləri azad, sabitlik olan, özünə güvənən ölkədə yaşayır. Gənclər öz gələcək həyatını düzgün müəyyən etmək və ölkənin inkişafına davamlı töhfələr vermək üçün səy göstərirlər. Vətənə bağlılıq, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur. Gənclər bundan sonra da vətənpərvərlik, milli ruhda böyüməli, tərbiyə almalıdırlar. Yaradıcı və istedadlı gənclərin aşkar edilməsi, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli mühitin formalaşdırılması, eləcə də gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi üçün kompleks tədbir həyata keçirilir. Ümummilli Lider Heydər Əliyevin gəncləri gələcəyimiz kimi dəyərləndirməsi özündə bütün məqamları ehtiva edir. Ulu Öndər bu çağırışı etmişdir ki, gələcəyimiz indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır”.
Millət vəkili vurğulayıb ki, müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədilə Ulu Öndər Heydər Əliyevin 1994-cü ildə imzaladığı Fərman ilə Gənclər və İdman Nazirliyi yaradıldı: “Ümummilli Liderin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratdı, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etdi. Uğurlu təcrübənin inkişaf etdirilməsi ənənəsi diqqətdən kənarda qalmır. Belə ki, Ulu Öndər 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud olmuş bir çox ənənələri kimi, xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsi də davam və inkişaf etdirildi. 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard manat vəsait ayrılmışdı. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Ulu Öndər ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara “Prezident təqaüdü”nün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsi idi. Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən Azərbaycan gənclərinin forumlarının keçirilməsinə başlanıldı. Atılan hər bir addım gənclərimizin inkişafına, onların ölkənin ictimai-siyasi həyatında fəal iştirakına xidmət edir”.
Malik Həsənov bildirib ki, son 21 ildə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin gənclərlə bağlı imzaladığı sənədlərin xronologiyasına diqqət yetirmək kifayətdir: “Dövlətimizin başçısının sərəncamları əsasında “Gənclər ili”nin və Könüllülər ili”nin təsis edilməsi gənclərə diqqətin aydın ifadəsidir. Azərbaycanda geniş vüsət almış könüllülər hərəkatının aparıcı gücü məhz gənclərdir. Könüllü gənclərimiz 44 günlük İkinci Qarabağ müharibəsində böyük qəhrəmanlıq, şücaət göstərdilər. Gənclərimizin potensialı, fəallığı, məsələlərə yeni baxışları cəmiyyətimiz üçün çox önəmlidir. Ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı Sərəncam ilə “Yüksəliş” müsabiqəsi təsis edildi. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır. Həmçinin respublikanın şəhər və rayonlarında Gənclərin İnkişaf və Karyera Mərkəzi fəaliyyət göstərir. Dövlət başçısı İlham Əliyevin Sərəncamına əsasən Azərbaycanın şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması məqsədilə şəhər və rayonlarda Heydər Əliyev Mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi qərara alındı. Gənclərlə bağlı atılan addımlar davamlılığı ilə diqqətdədir”.
Millət vəkili böyük qürur hissi ilə qeyd edib ki, Azərbaycan gəncləri etibarlı gələcəyimizdir. Onların potensial imkanlarından səmərəli istifadə etmək üçün bütün imkanlar yaradılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:218
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Fevral 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see300

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see290

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see271

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see251

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see239

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see233

Təmayül istəməyən şagirdin taleyi necə olacaq? Valideyn narazılığı VİDEO

19 Avqust 2026 22:28see189

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see179

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see177

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see177

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see166

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see165

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see165

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see165

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see164

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see163

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see162

OpenAI 2027 ci ildə birjaya çıxmağı planlaşdırır

20 Avqust 2026 03:04see159

Sibel Canın son halı diqqət çəkdi (Video)

20 Avqust 2026 06:06see145

Bu tarixlərdə insanlar avtoqəzalarda daha çox ölür?

20 Avqust 2026 00:45see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri