Icma.az
close
up
RU
Vətənpərvər Azərbaycan gəncliyi müasir, qüdrətli və qalib Azərbaycanın etibarlı gələcəyi

Vətənpərvər Azərbaycan gəncliyi müasir, qüdrətli və qalib Azərbaycanın etibarlı gələcəyi

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ulu Öndər Heydər Əliyev gənclərin inkişafı və təhsilinə xüsusi diqqət yetirərək, bu sahəni ölkənin gələcəyinin prioriteti hesab etmişdir. Ümummilli Liderin gənclərə olan inamı və dəstəyi onların müasir dövrdəki mühüm rolu və gələcəkdəki mövqeləri barədə dərin təhlil və müzakirələrə zəmin yaradır.

Ulu Öndər gənclərin ölkə iqtisadiyyatı, mədəniyyəti və sosial həyatı üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Heydər Əliyev qeyd etmişdir: “...Mən əminəm ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Çünki bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir. Mən əminəm ki, müstəqil Azərbaycanın gələcəyini qoruyub saxlaya bilən gənc nəsillər yetişir”.

Ümummilli Liderin 1994-cü ildə imzaladığı Fərmanla Gənclər və İdman Nazirliyinin yaradılması gənclər siyasətinin sistemli şəkildə həyata keçirilməsinə şərait yaratmışdır. Ulu Öndərin gənclərlə bağlı verdiyi qərarlar ölkəmizin ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir. Bundan əlavə, 1996-cı ildən etibarən keçirilən Azərbaycan gənclərinin forumları gənclər arasında həmrəylik və əlaqələrin möhkəmləndirilməsi, onların ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakının artırılması məqsədini daşımışdır.

1997-ci il fevralın 2-də Heydər Əliyevin imzaladığı Sərəncama əsasən, məhz bu tarix Azərbaycan Gəncləri Günü elan edilmişdir. Gənclərin ölkənin inkişafında oynadığı rolu yüksək dəyərləndirən Ümummilli Lider bu Sərəncamla onları cəmiyyətin aparıcı qüvvələrindən biri kimi təqdim etmişdir. Ulu Öndərin gənclərə verdiyi önəmin birbaşa ifadəsi olaraq, MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanıb.

Heydər Əliyev, həmçinin gənclərin xaricdə təhsil alması üçün geniş imkanlar yaratmışdır. Ulu Öndərin təşəbbüsü ilə ölkə gəncləri beynəlxalq təhsil proqramlarına cəlb edilmiş, onların peşəkar inkişafı və qlobal səviyyədə rəqabət qabiliyyətliliyinin artırılması üçün mühüm addımlar atılmışdır. Bu təşəbbüslər nəticəsində minlərlə gənc dünyanın nüfuzlu ali məktəblərində təhsil almaq imkanı qazanmışdır. Ümummilli Lider gənclərə öz bilik və bacarıqlarını artırmaq üçün sərhədsiz imkanlar yaradılmasını vacib hesab etmişdir.

2001-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərə Prezident təqaüdünün təyin edilməsi gənclərin təhsil sahəsindəki motivasiyasını yüksəldib. Bu qərar, eyni zamanda, istedadlı və potensiallı gənclərin inkişafı üçün böyük bir stimul olub.

Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilir. Dövlət başçısının müvafiq Sərəncamı ilə 2007-ci ilin ölkəmizdə “Gənclər ili”nin elan edilməsi gənclərin ölkənin ictimai-siyasi həyatında daha fəal iştirakını təmin etmiş və bu istiqamətdə çoxsaylı proqramlar həyata keçirilib. Cənab İlham Əliyevin təşəbbüsü ilə 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondu təsis edilmiş, bu addım dövlət gənclər siyasətinin müasir çağırışlara uyğun olaraq təkmilləşdirilməsinə xidmət edib. 2018-ci ildə Fond yenidən təşkil edilərək Azərbaycan Respublikasının Gənclər Fondu adlandırılıb. 2013-cü ildən etibarən gənclərin yüksək nailiyyətlərinə görə “Gənclər üçün Prezident Mükafatı” təsis olunub. Gənclər, həmçinin beynəlxalq arenada ölkəmizi uğurla təmsil edirlər, bu da onların cəmiyyətin fəal üzvləri kimi rolunu bir daha təsdiqləyir.

Azərbaycan gəncləri Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq, dövlətçilik prinsiplərinə əsaslanan bir şəxsiyyət kimi ölkəmizin inkişafına töhfə verirlər. Milli vətənpərvərlik ruhunda yetişən gənclər 2020-ci ilin 44 günlük Vətən müharibəsində və 2023-cü ildə keçirilən lokal xarakterli antiterror əməliyyatlarında fəal iştirak etməklə ölkəmizin ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi Zəfərin qazanılmasında həlledici rol oynayıblar. Müasir dövrün gəncləri, həmçinin müxtəlif sahələrdə inkişaf edərək iqtisadiyyatdan idmana, mədəniyyətdən elmə qədər geniş bir spektrda ölkənin inkişafına töhfə verirlər.

2 Fevral - Azərbaycan Gəncləri Günü gənclərin təhsili, mədəni inkişafı, sosial fəaliyyəti və dövlətin onlara göstərdiyi dəstəyin bariz nümunəsidir. Bu əlamətdar gün gənclərin inkişafına və dövlətin onlara verdiyi dəyərin təntənəsi olaraq, hər il daha da genişlənən fəaliyyət və təşəbbüslərlə qeyd olunur. Gənclər müxtəlif seminarlar, konfranslar, sərgilər və digər tədbirlərdə fəal iştirak edir, bütün imkanlardan səmərəli şəkildə yararlanırlar. Gənc nəsil hər zamankindən daha güclü, bilikli və vətənpərvər ruhda yetişərək Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasəti və Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət sayəsində ölkənin parlaq gələcəyinin təminatında mühüm rol oynayır.

Bədəl Bədəlov

Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 31 Yanvar 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see264

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see163

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see133

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri