Icma.az
close
up
RU
Azərbaycan Gəncliyi: gücümüz və ümidimiz

Azərbaycan Gəncliyi: gücümüz və ümidimiz

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün ölkəmizdə bayram günüdür. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan gəncliyinə  bəxş etdiyi ən gözəl gündür.

Ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi vəziyyət getdikcə dəyişməyə başladı. Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən gənc nəslin vahid bir mərkəzdən idarə olunması üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyi yaradıldı. Yalnız bundan sonra bu sahənin inkişaf prosesi sürətləndi, gənclərlə iş sahəsində yeni strukturlar formalaşmağa başladı. Gənc nəslin mənəvi tərbiyəsi və fiziki inkişafı, hüquqlarının müdafiəsi, onların beynəlxalq aləmdə iştirakı təmin edildi, gənclər təşkilatları ilə iş gücləndirildi, bir sıra dövlət proqramları qəbul edildi. Gənclər siyasətinin davamı olaraq Ulu Öndər tərəfindən imzalanan Sərəncama əsasən 2 fevral Azərbaycanda Gənclərin ilk forumunun keçirilməsi qərara alındı. Bu forumun keçirilməsində əsas məqsəd dövlət gənclər siyasətinin uğurla icra olunması, gənclərə dövlət qayğısının artırılması, ölkə gənclərinin hər bir sahədə fəal iştirakını təmin etmələrinə şərait yaratmaq idi. 1997-ci ilin fevralın 1-də Gənclərin I forumunun ildönümü münasibətilə bir qrup gənci qəbul edən ümummilli lider Heydər Əliyev 2 fevralın Azərbaycanda Gənclər Günü kimi qəbul edilməsi barədə Sərəncam imzaladı. Forumda iştirak edən  Ulu Öndər öz çıxışında gənclərə bu cür  müraciət etdi: “Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifələr düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır. Siz, müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarsınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq”.

Bu sözlər eyni zamanda, Azərbaycan gənclərinin qarşısında mühüm vəzifələr qoydu. Heç kəsə sirr deyil ki, gənclik bir millətin gələcəyinin yaşaması üçün təməl daşıdır. Bir millətin mövcudluğu üçün onun sağlam gəncliyinin olması vacibdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı, intellektual səviyyəli gənc nəslin yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır.

Beləliklə, Azərbaycanda aparılan uğurlu dövlət gənclər siyasəti Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün bu siyasət ölkə başçısı tərəfindən məqsədyönlü şəkildə davam etdirilir. Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş dövlət proqramları bu sahənin nə qədər vacib və aktual olduğunu göstərir.

Tarixən hər bir xalq öz xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəslə bağlayır. Dünya ölkələrində gənclər sosial-iqtisadi inkişafın, cəmiyyətin islahatlarını hərəkətə gətirən əsas qüvvəsi hesab olunur. Bu gün ölkəmizdə gənclər siyasəti yeni mərhələni yaşayır. Ölkə başçısının diqqət və qayğısı ilə potensiallı gənc  istedadların  dövlət qayğısı ilə hərtərəfli əhatə olunması bunun əyani nümunəsidir.

Azərbaycan gəncliyi öz mədəni irsinə, kökünə, keçmişinə bağlı böyüyürlər. İsbat olunmuş teorem kimi: hər bir cəmiyyətin gəncləri öz mədəniyyəti ruhunda tərbiyə olunurlar. Tarixən imperiyaların və sivilizasiyaların qovuşduğu məkanda yaşayan Azərbaycan xalqının həyat qaydası olan mübarizlik ruhu onun xarakterinə və düşüncəsinə hopub. Mübariz Azərbaycan gənci hər zaman ata-babalardan miras qalan öz milli adət-ənənəsini, tarixini və irsini qoruyaraq gələcək nəsillərə ötürüb.

2 Fevral – Gənclər Günü Azərbaycan gəncliyinin gücünü, iradəsini və vətənə bağlılığını bir daha nümayiş etdirən əlamətdar tarixdir. Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı gənclərimizin göstərdiyi qəhrəmanlıq, fədakarlıq və birlik ruhu sübut etdi ki, Azərbaycan gəncliyi ölkənin ən çətin anlarında məsuliyyəti öz üzərinə götürməyə qadirdir. Minlərlə gənc Vətənin azadlığı uğrunda canını fəda etdi, tarix yazdı və gələcək nəsillərə qürur dolu bir miras qoydu. Bu gün müstəqil, güclü və qalib Azərbaycanın qurulmasında gənclərin rolu danılmazdır. Gənclər Günü isə bu qəhrəman nəslin əməyinə verilən dəyərin, onlara olan inamın və gələcəyə olan ümidlərin rəmzidir. İnanırıq ki, vətənpərvər, savadlı və məqsədyönlü gənclərimiz Azərbaycanın inkişaf yolunu uğurla davam etdirəcək, dövlətimizin gücünə güc qatacaqlar.

Rail Tağızadə

Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədr müavini

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 Fevral 2026 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see307

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see304

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see295

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see265

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see260

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see252

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see248

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see243

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see241

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see218

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see216

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see216

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see215

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see212

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see202

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see194

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri