Icma.az
close
up
RU
Azərbaycan gəncliyi milli dəyərlərə daha sadiqdir

Azərbaycan gəncliyi milli dəyərlərə daha sadiqdir

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fərid Şahbazlı: "Gənclərimiz Vətən müharibəsinin həqiqi qəhrəmanlarıdır!"


Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi


 Bu gün cəmiyyətdə müzakirəyə səbəb olan əsas məsələlərdən biri də gənc nəslin milli-mənəvi dəyərlərə və vətənpərvərlik hissinə münasibətidir. Sosial şəbəkələrdən gündəlik həyatın müxtəlif sahələrinədək uzanan bu mövzu, tez-tez “Müasir gənclik artıq keçmiş nəsillər qədər milli dəyərlərə bağlı deyil” kimi fikirlər səsləndirilir. Bəziləri bu fikri dəyişən zamanın və qloballaşmanın labüd nəticəsi kimi qiymətləndirsə də, digərləri bu tendensiyanı milli kimliyin zəifləməsi kimi görür. 

Bu məsələni obyektiv dəyərləndirmək üçün həm gəncliyin bugünkü reallıqlarını, həm də onların milli-mənəvi dəyərlərlə əlaqəsini dərin təhlil etmək zəruridir.

Müasir dövrdə qloballaşma prosesləri, informasiya axınının sürətlənməsi və texnologiyanın inkişafı gənc nəslin dünyagörüşünə ciddi təsir göstərir. Bu şəraitdə milli-mənəvi dəyərlərin qorunması və inkişafı təkcə mədəniyyət siyasətinin deyil, bütövlükdə cəmiyyətin prioritet vəzifəsinə çevrilir. Xüsusən də rəqəmsal dövrün əsas informasiya platforması olan sosial şəbəkələr, gənclərin düşüncə tərzini və həyat prioritetlərini formalaşdıran əsas məkanlardan biri halına gəlib.

Belə bir mühitdə milli kimlik, mədəni dəyərlər və vətənpərvərlik duyğuları bəzən arxa plana keçir, hətta bəzi hallarda məqsədyönlü şəkildə aşındırılır. Qlobal trendlərin dominantlığı yerli mədəniyyət və milli ruhun kölgədə qalmasına səbəb olur. Gənclər arasında məşhur olan “influencer”lərin böyük əksəriyyəti milli-mənəvi dəyərlərin təbliğinə deyil, kommersiya maraqlarına və əyləncə yönümlü məzmun istehsalına xidmət edir. Bunun fonunda isə tarixi təhrif edən, milli qəhrəmanları və dəyərləri lağa qoyan səhifələrin artması ciddi narahatlıq doğurur.


Təəssüf ki, bu təsir yalnız mədəniyyətlə məhdudlaşmır. Gənclərin ana dilində ifadə zəifliyi, xarici dillərə hədsiz meyl, tarixi şəxsiyyətlər və milli kimlik haqqında bilik səviyyəsinin aşağı düşməsi də bu prosesin nəticəsidir. Xüsusilə son illərdə sosial şəbəkələrdə mənəvi dəyərlərin bilərəkdən hədəf alınması, gənclərin milli-mənəvi kimliyimizə zidd olan ideyalara cəlb olunması ilə bağlı cəmiyyətdə haqlı narahatlıq artmaqdadır.

Qloballaşmanın tarix boyu müxtəlif xalqların yaşam tərzinə və dünyagörüşünə təsiri göstərir ki, gənc nəslin nümayəndələri qarşısında milli-mədəni dəyərlərə sahib çıxmaq kimi xüsusi bir missiya dayanır. Bu, təkcə keçmişə bağlılıq deyil, həm də gələcəyə istiqamətlənmiş bir məsuliyyətdir. Yeni nəslin milli-mənəvi dəyərlərə ümumbəşəri baxışla yanaşması, bir tərəfdən bu dəyərləri qloballaşmanın zərərli təsirlərindən qorumağa xidmət etməli, digər tərəfdən isə Azərbaycan xalqının müstəqillik və qalibiyyət dövründə formalaşan milli özünüdərkini gücləndirməlidir.

Bütün bu çağırışlar fonunda sosial şəbəkələrdə bu yaxınlarda aparılan bir sorğu maraqlı nəticə ortaya qoyub. Sorğuda iştirak edən istifadəçilərin əksəriyyəti indiki gənclər arasında milli-mənəvi dəyərlərə sahiblik və vətənpərvərlik hissinin qorunub saxlandığını düşünür. Bu fikir, müəyyən bir kəsimi qane etməsə də, ümumiləşdirilmiş neqativ yanaşmalar reallığın tam əksi ola bilər. Gənclik dəyişsə də, onun içindəki milli kimlik duyğusu hələ də canlıdır – sadəcə, bu duyğunun ifadə formaları zamanın ruhuna uyğun şəkildə yenilənib.

Nəticə olaraq, gəncliklə bağlı formalaşan stereotiplərdən uzaq, obyektiv və elmi yanaşma zəruridir. Gənclərin milli-mənəvi dəyərlərə münasibəti bir prosesin nəticəsidir və bu prosesdə ailə, məktəb, media və dövlətin rolu həlledicidir. Əsas məsələ gəncliyin dəyişməsini deyil, onların dəyişikliyə baxmayaraq, dəyərlərə sahib çıxmaq potensialını düzgün istiqamətləndirməkdir.


“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı “Şərq”ə açıqlamasında bildirib ki, Ulu Öndərin və cənab Prezidentin dövründə Azərbaycan gəncliyi vətənpərvər ruhda, milli-mənəvi dəyərlərə sadiq olaraq yetişdirilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsinin əsas hərəkət qüvvəsi də məhz vətənpərvər, milli-mənəvi dəyərlərə bağlı olan gənclər olub:

 “Cəmiyyətdə əvvəlki nəsillərlə müqayisədə bugünkü gənclik milli-mənəvi dəyərlərə, vətənpərvərlik ruhuna daha çox sahib çıxır kimi fikir formaşalıb. Bəziləri bu istiqamətdə pessimist yanaşmalar sərgiləsə də, mən əminliklə deyə bilərəm ki, bu gün Azərbaycanın gənc nəsli milli-mənəvi kimliyinə sadiqdir və bu dəyərləri yaşatmaqda əzmli davranır.

Əgər bir xalqın gələcəyi onun gəncləri ilə ölçülürsə, bu gün Azərbaycanın gələcəyi üçün ümidli olmaq üçün kifayət qədər əsaslarımız var. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan gəncliyinin nümayiş etdirdiyi fədakarlıq, qəhrəmanlıq və milli birlik ruhu bunun ən bariz sübutudur. Minlərlə gəncin könüllü şəkildə cəbhəyə yollanması, torpaqlarımız uğrunda canından keçməsi təkcə vətən sevgisinin deyil, həm də nəsildən-nəslə ötürülən milli-mənəvi dəyərlərin yaşadığını göstərdi.

Bundan əlavə, sosial şəbəkələrdə, ədəbi mühitdə, könüllülük hərəkatlarında və mədəni təşəbbüslərdə aktiv olan gənclərin əksəriyyəti öz milli kimliyinə sahib çıxmağı və onu qürurla təmsil etməyi bacarır. Gənclər öz təşəbbüsləri ilə Azərbaycan tarixi, mədəniyyəti, dili və dini dəyərləri ilə bağlı layihələr həyata keçirir, milli bayramlarımızı coşqu ilə qeyd edir, həm də bu dəyərləri beynəlxalq platformalarda tanıtmağa çalışırlar.

Bəli, dövr dəyişib, texnologiya və qloballaşma yeni çağırışlar yaradır. Lakin bu, gəncliyin köklərindən uzaqlaşdığı anlamına gəlmir. Əksinə, bugünkü nəsil bu dəyişikliklərə uyğunlaşaraq milli dəyərləri müasir şəkildə ifadə etməyi bacarır. Bu da milli-mənəvi mirasın davamlılığını təmin edən vacib faktordur.

Nəticə olaraq, Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərə və vətənpərvərlik ruhuna sahibdir. Bu sahədə görülən dövlət siyasəti, ailə tərbiyəsi və ictimai təşəbbüslər gənclərin düzgün formalaşmasına mühüm təsir göstərir. Biz bu gəncliklə fəxr etməliyik və onların milli ruhda yetişməsinə daha çox dəstək verməliyik”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 May 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəriman milliyə dəvət olundu FOTO

27 May 2026 22:21see198

Tünzalə Ağayeva imicini dəyişdi “Xınalı qız”

28 May 2026 11:52see197

İnşaatda yeni dövr başlayır: Poladdan yüngül, zəlzələyə və suya davamlı yeni material gəldi

28 May 2026 00:38see191

28 May Respublika Günü qeyd olunur

28 May 2026 01:18see191

Robertson “Tottenhem”ə keçir: “Yuventus” gecikdi

28 May 2026 01:26see184

İrandakı müharibə Toyota ya zərbə vurdu: 83 min avtomobil...

28 May 2026 02:31see181

“Bayer” transferi rəsmiləşdirdi

28 May 2026 21:03see180

Belə yerlərdə saxlanılan dərmanlar zəhərə çevrilir

27 May 2026 20:35see176

“Bütün xəstəliklərə qarşı” kömək edən ədviyyat...

27 May 2026 20:06see171

Rəqsanənin kiçik qzından diqqət çəkən PAYLAŞIM: Hamı gedəndə belə...

28 May 2026 13:59see168

Bu əlamət insultun xəbərçisidir

29 May 2026 05:01see166

Ümid edirik ki, bir neçə saat ərzində İranla... Rubio

27 May 2026 21:43see162

Rus ordusu Xersonu vurdu: ata öldü, xanımı və qızları isə...

27 May 2026 23:59see162

Yağış, dolu, 31° isti…

28 May 2026 13:40see160

İsrail ordusu Qəzzada binaya zərbə endirib: 7 ölü, 18 yaralı

28 May 2026 01:24see154

ABŞ də 28 May münasibətilə bəyannamə imzalandı

28 May 2026 19:32see154

Macarıstan Ukraynaya silah və hərbi texnika göndərməyəcək FOTO

28 May 2026 23:58see153

Geosiyasi gərginlik dövlətləri təhlükəsizlik məsələlərinə daha çox diqqət ayırmağa vadar edir

29 May 2026 01:24see150

Ermənistanda seçki öncəsi gərginlik: Paşinyan nədən narahatdır?

28 May 2026 15:59see150

Qızımın səsi var, amma o siyasəti seçdi

29 May 2026 00:36see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri