Icma.az
close
up
RU
Azərbaycan gəncliyi: ölkəmizin gənclər siyasəti müsbət dinamikada

Azərbaycan gəncliyi: ölkəmizin gənclər siyasəti müsbət dinamikada

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

Azərbaycan gəncliyi, tarix boyu mühüm sosial və mədəni dəyişikliklərin önündə dayanmış, ölkənin inkişafına və müstəqilliyinə xidmət etmiş güclü bir qüvvə olaraq çıxış edib. Müstəqillikdən sonra, xüsusilə 1990-cı illərin əvvəllərində Azərbaycanın gəncləri həm milli kimliklərini qorumaq, həm də dünyaya inteqrasiya etmək yolunda əhəmiyyətli addımlar atıblar. Bu dövr gənclərin həm sosial, həm də siyasi həyatdakı aktivliyinin artdığı, yeni ideyaların və modernləşmənin təmsil olunduğu bir mərhələdir. 

2 Fevral Gənclər Günü isə bu möhtəşəm gənclik hərəkatını və onun gücünü qeyd etmək üçün yaradılmış fürsətdir. Bu bayram gənclərə öz potensiallarını daha da inkişaf etdirmək, şəxsi və ictimai həyatlarında irəliləyiş əldə etmək üçün ilham verir. Həmçinin, bu gün Azərbaycanın gənclərinin qarşısında duran çağırışları və onları ən yaxşı şəkildə dəstəkləmək üçün lazım olan islahatları vurğulamaq üçün də önəmli bir məqamdır.

Ölkəmizdə gənclər sahəsində islahatlar necə aparılır? 

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin mütəxəssisi Ələkbər Həsənov bildirib ki,  əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, bu gün isə Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti ölkənin gələcək inkişafının əsas istiqamətlərindən biri kimi müəyyən edilib: 

"Gənclərin potensialından faydalanmaq, onların təhsil, məşğulluq, sosial və mədəni sahələrdəki rolunu artırmaq məqsədilə görülən işlər, həm Ulu Öndər Heydər Əliyevin, həm də Cənab Prezident İlham Əliyevin həyata keçirdikləri siyasətin təməl prinsiplərini təşkil edir. Bu siyasət gənclərin ölkənin inkişafına təsir göstərməsini təmin etmək, onların sağlam və inkişaf etmiş şəxsiyyətlər kimi yetişmələrinə dəstək olmaq məqsədi güdür. 1993-cü ildə siyasi hakimiyyətə qayıdandan sonra Heydər Əliyev Azərbaycan gənclərinin yalnız milli dəyərlərlə tərbiyə edilməsinə deyil, həm də müasir dünya standartlarına uyğun təhsil almasına və beynəlxalq aləmdə mövqelərinin gücləndirilməsinə xüsusi diqqət yetirmişdir. 1995-ci ildə isə o, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürüb. 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. Forumda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev şəxsən iştirak edib. 1 fevral 1997-ci il tarixində forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev "2 fevral - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında" Sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur".

Mütəxəssisin sözlərinə görə, Heydər Əliyev siyasi kursunu layiqli şəkildə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də gənclər siyasətinə eyni diqqətlə yanaşır. Müsahibimizin sözlərinə görə, ölkə başçısı İlham Əliyevin çıxışlarında hər zaman Azərbaycan gəncliyinə göstərilən yüksək inam və etimad kimi çağırışların olması da daim diqqət çəkir:

“Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” deyə gənclərə çağırışlar edən dövlətimizin başçısı onların rifahına xidmət edən mühüm Dövlət proqramlarını təsdiq edərək, gəncliyin inkişafını stimullaşdıran Fərman və sərəncamlar imzalayır. Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi də onlara göstərilən diqqəyin bariz nümunəsidir. Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də 2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi oldu. Prezident Mükafatı elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən 10 nəfər gəncə  ildə bir dəfə 10 min manat məbləğində verilir".  

Ələkbər Həsənov:  Azərbaycan gəncliyi gələcəyə daha inamla və ümidlə baxa bilir

Ə.Həsənov diqqətə çatdırıb ki, gənclər siyasəti sahəsində atılan addımlar və qəbul olunan qərarlar Prezident İlham Əliyevin gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür:

"Gənclər siyasətində qarşıya qoyulan vəzifələrdən biri də yeni nəslin nümayəndələrinə etimad göstərilməsi, onların məsul vəzifələrə, idarəetmə işinə irəli çəkilməsi, qabiliyyət və bacarıqlarını nümayiş etdirmək üçün şərait yaradılmasıdır. Gənc kadrların irəli çəkilməsi siyasəti öz müsbət nəticələrini göstərir. Ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.Tam inamla demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabahlara aparacaq".

Son olaraq həmsöhbətimiz bildirib ki, gənclərin cəmiyyət həyatında layiqli təbəqə kimi iştirak etməsinin təmin edilməsi, onların qarşılaşdıqları problemlərin həlli və sosial, iqtisadi sahələrdəki fəallığı üçün zəruri tədbirlər görülür:

"Bu tədbirlər gənclərin müxtəlif sahələrdə öz potensialını reallaşdırmasına imkan tanıyır, onları irəliləməyə təşviq edir. Bu yanaşmanın nəticəsi olaraq, Azərbaycan gəncliyi gələcəyə daha inamla baxa bilir və işıqlı sabahlar üçün daha sağlam təməl üzərində addımlayır. Gənclər siyasətinin həyata keçirilməsi ölkəmizin daha parlaq gələcəyinə doğru atılan mühüm bir addım olmaqla, həm də gənclərin inkişafına sərf edilən ən böyük sərmayədir. Bu prosesin nəticəsi olaraq, Azərbaycan gəncliyi gələcəyə daha inamla və ümidlə baxa bilir. Onlar yalnız öz şəxsi həyatlarında, peşəkar sahələrində deyil, həm də ölkənin sosial və iqtisadi inkişafında əhəmiyyətli rol oynayır. Gənclər, ölkənin ən böyük sərvəti olaraq, həm dövrün çağırışlarına cavab verə biləcək, həm də milli və beynəlxalq səviyyədə müsbət dəyişikliklərə səbəb olacaq gücə sahibdirlər. Onların inkişafı, gələcəkdə ölkənin qabaqcıl, rəqabətə davamlı və innovativ bir cəmiyyətə çevrilməsinin əsasını təşkil edir".

Əli Hüseynov

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 31 Yanvar 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see212

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see200

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see172

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see165

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see152

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see149

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see143

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see141

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see141

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see139

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see134

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see132

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see131

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see129

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see128

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see127

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see126

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see126

Zəngilan son beş ildə müasir və böyük əhəmiyyətə malik bölgəyə çevrilib

20 Oktyabr 2025 09:17see122

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri