Icma.az
close
up
RU
“Mövqeyimiz eynidi və hər ikimiz Ayxan Abbasovun rəhbərliyi altında parladıq” Rüfət Abbasov “Neftçi”dən ayrılmağı doğru qərar sayır

“Mövqeyimiz eynidi və hər ikimiz Ayxan Abbasovun rəhbərliyi altında parladıq” Rüfət Abbasov “Neftçi”dən ayrılmağı doğru qərar sayır

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

“Futbol+”in ilin futbolçusunu müəyyənləşdirmək üçün keçirdiyi sorğuda respondentlərə təqdim olunan siyahıda Rüfət Abbasovun da adı var idi. Və “Şamaxı”nın müdafiəçisi yetərincə yüksək nəticə göstərdi: 46 xal toplamaqla 6-cı yeri tutdu. “Neftçi”nin yetirməsi olan futbolçu “Şamaxı”da parlayıb və indi ildən-ilə “artırır”.

Yeri gəlmişkən, Rüfət yanvarın 1-də 21 yaşını tamamladı. Onunla söhbətdə bəzi suallara cavab tapmağa çalışdıq.
- 21 yaşın tamam oldu. Avropa standartları ilə baxsaq, yavaş-yavaş “gənc futbolçu” statusundan çıxırsan. Bu da məsuliyyətin artması deməkdi. Bu yaşda səndən nə uğur gözləyək? Konkret planların var?
- Bəli, 21 yaşım oldu. Mən həmişə öz üzərimdə işləyirəm. Yaşım artdıqca məsuliyyətim də artır. Zəif cəhətlərimin üzərində işləyib, daha da yaxşı olmaq istəyirəm.
- “Futbol+”in sorğusunda 6-cı pillədə qərarlaşdın. Elə də pis nəticə deyil. Qarşıdakı illərdə ən yaxşı olmaq kimi hədəfin var?
- 6-cı yeri tutsam da, hədəfim ən yaxşı olmaqdı. Bunun üçün daha çox çalışmalıyam. Əlimdən gələni edəcəm ki, növbəti mövsümlərdə daha yaxşısını edim, hamıdan yaxşı olum.
- Elvin Cəfərquliyev ilin ən yaxşı futbolçusu seçildi. O da əvəzedici komandada Ayxan Abbasovun əlinin altında “bişdi”, inkişaf etdi, hazırda ölkənin ən yaxşı futbolçusudu. Özünü Elvinə oxşadırsan? Daha doğrusu, oxşarlıq hiss edirsən? Oyun üslubu, mövqenin eyni olması baxımından...
- Oxşatmaq deməzdim. Özümü kiməsə oxşatmağı düzgün saymıram. Mövqeyimiz eynidi və hər ikimiz Ayxan Abbasovun rəhbərliyi altında parladıq. Ayxan müəllimə təşəkkür edirəm ki, mənə güvəndi, inandı. Bundan sonra etməli olduğum odu ki, maksimum dərəcədə çalışım və istər öz komandamda, istərsə də millidə özümü ən yaxşı tərəfdən göstərim.
- Bir az əvvələ qayıdaq. “Neftçi-2”nin əvəzedilməz futbolçularındandınn. Birdən “Şamaxı”dan təklif gəlir və sən də qəbul edirsən. Bu qərarı doğru sayırsan?
- “Neftçi” ilə müqaviləmin müddəti bitmişdi. “Şamaxı”dan təklif gəldi. Ayxan müəllimlə söhbət etdik, mənə inandığını, güvəndiyini bildirdi. Bir daha ona təşəkkür edirəm. Bəli, doğru qərar vermişəm.
- Artıq püxtəşəlmisən. Əsas milliyə də çağrılmısan, start heyətində meydanda olmusan. “Neftçi”dən, ya da başqa komandadan sənə təklif gəlib? Gəlsə, qərarın necə olar?
- Mənə heç bir klubdan təklif gəlməyib. “Şamaxı” ilə müqaviləm var, bütün fikrimi bu komandaya yönəltmişəm.
- Ötən mövsüm əsas zəif cəhətin hava ötürmələrinin uğursuz olması idi. Mövsümün gedişində bunu da düzəltdin. Məhz bu nüansı fərdi şəkildə məşq etdin, yoxsa komanda məşqində düzəldi?
- Zəif cəhətlərimi görürəm. Hər dəfə istəyirəm ki, daha da yaxşılaşdırım. Şükürlər olsun, bu mövsüm də məhsuldar ötürmələr verirəm. Bunları həm fərdi, həm də komanda məşqində işləyirik.
- Cari mövsümlə bağlı gözləntin nədi? “Şamaxı”nın hədəfi yenə də elitada qalmaqdı?
- Mövsüm başlayanda hədəfimiz elitada qalmaq idi. Bunun üçün mübarizə aparırıq. Lakin bu o demək deyil ki, son pillələrdə qərarlaşmalıyıq. Bacardığımız qədər maksimum yüksəlsək, mövsümü yaxşı adlandırmaq olar. Bunun davamını gətirmək istəyirik. Hər oyuna qələbə üçün çıxırıq.
- Kumirin kimdi?
- Roberto Karlos.
MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 11 Yanvar 2026 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see137

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see136

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri