Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

İsrailə yeni qırıcılar verildi

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

İran rejimi legitimliyini itirir ŞƏRH

Balıq qıtlığı qapıdadır: Xəzərin çirklənməsi bazara necə zərbə vurur?

Balıq qıtlığı qapıdadır: Xəzərin çirklənməsi bazara necə zərbə vurur?

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"2025-ci ildə həm Xəzər dənizində, həm də daxili sularda ehtiyatların qiymətləndirilməsi işini elmi əsaslarla aparmağa çalışmışıq. Bu sahədə Türkiyədən olan elm adamları, eyni zamanda Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun əməkdaşları ilə birgə qiymətləndirmələr aparılıb". Bu sözləri Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev deyib. Onun sözlərinə görə, proses zamanı bəzi vacib məqamlar üzə çıxıb. Bəzi növ balıqların nəzarətsiz artması qeydə alınıb. Eyni zamanda bəzi balıqların, xüsusilə çəkikimilərin sayının azalması aşkarlanıb. Bəs Xəzərin çəkilməsi, çaylarda suyun azalması balıq bazarına necə təsir edir?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Son 5-10 ildə balıq ehtiyatları bir neçə dəfə azalıb"

"Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Zaur Salmanlının sözlərinə görə, Kür çayında və digər çaylarda sululuğun azalması keçici və yarımkeçici balıqlara təsir edir: "Hansı balıqlar ki, təbii kürü tökmək üçün kiçik və ya böyük miqrasiya edirlər, onların ehtiyatlarında ciddi azalma müşahidə ediləcək. Çünki çayların suyu balıqların miqrasiya edə bilməsi üçün önəmlidir. Xəzərin səviyyəsinin düşməsi onların çaylara keçməsində müəyyən çətinliklər yaradır. Artıq Xəzər qızıl balığı, nərə cinsli balıqların böyük miqrasiyasından danışa bilmirik. Çünki 1950-ci illərdən sonra bu balıqların miqrasiyası Kür çayı üzərində tikilmiş bəndlərin nəticəsində azalmağa başlamışdı. Hazırda isə bu balıqların təbii kürü tökməsi mövcud deyil".

Sədrin fikrincə, çəkikimilərin azalacağı bir neçə il öncədən bəlli idi: "Səbəblərdə iqlim və ya antropogen faktorları ayırmaq qeyri-mümkündür. 2-3 il öncədən biz bunu proqnoz etmişdik. Həmin dövrdə Kür çayının mənsəbində Salyan-Neftçala ərazisində dəniz suyu Kür çayına qarışmışdı. Hətta Şırvana qədər duzluluq artdı. Bu da Kür çayının mənsəbində kürüləyən çəkikimilərin həmin mövsümdə çox az və yaxud heç olmamasına səbəb oldu. Bu gün həmin prosesin nəticəsini görə bilirik. Son 5-10 ildə balıq ehtiyatları bir neçə dəfə azalıb. Xəzər qızıl balığı hazırda yoxa çıxmaq təhlükəsi ilə üz-üzədir. Nərə cinsli balıqlardan bölgə, belamur da təhlükədədir. Bu da bazara öz təsirini göstərir. Hazırda bazarlarda olan balıqlar ya idxal, ya da yetişdirilmədir".

"Balıq artıq bahalı məhsula çevrilib"

Z.Salmanlı bildirdi ki, baş verən proseslərlə əlaqədar bütün balıq növlərində bahalaşma müşahidə ediləcək: "Balıq ehtiyatları azaldıqca artan istehlakı məcbur idxalla qarşılayacağıq. Çünki balıq yetişdirmə sahəsi də çətin vəziyyətdədir. 3-4 ildən sonra bəlkə bu sahə inkişaf edə bilər. Amma hazırda vəziyyət acınacaqlıdır. Balıq adi ərzaqdan bahalı məhsula çevrilib. Bahalaşma bütün növlərdə gözlənilir. Balığın ucuzlaşması üçün ehtiyatlar artırılmalıdır".

"Qolların təmizlənməsi və qorunması vacibdir"

Azərbaycan Balıqçılar İttifaqı rəhbəri Əfqan Əliyev isə düşünür ki, balıqların azalmasına səbəb təkcə iqlim yox, həm də insan amilidir: "Ümumiyyətlə, Kür və Araz çaylarının suyunun azalması onlardan ayrılan qolların qurumasına səbəb olur. Bu da əsasən çəkikimilərə və müəyyən dərəcədə nərəkimi balıqların populyasiyasına mənfi təsir göstərir. Bunun üçün böyük su hövzələrindən ayrılan qolların mütəmadi olaraq təmizlənməsi və qorunması vacib amillərdəndir. ⁠Çəkikimilərin azalmasının əsas səbəblərinin iqlim dəyişikliyinə bağlı olması ilə razı deyiləm. Çünki son 15 ildə müşayiət etdiyimiz və apardığımız monitorinqlər insan faktorunun da böyük rolunun olduğunu göstərib. Kənd Təsərrüfatı Nazirliyinin nəzdində yaradılan su hövzələri təhlükəsizliyi agentliyi sənaye balıqçılığında istifadə olunan alətlərə nəzarəti gücləndirməlidir ki, balıq ehtiyatlarının azalmasının qarşısı alınsın".

Ə.Əliyevin sözlərinə görə, təbii su hövzələrimizdə çəkikimilərin və digər balıqların azalması nəinki düşündürücü, hətta faciəvidir: "İki il öncə rəsmi qurum nümayəndələrindən biri bu rəqəmin 80 faiz üzərində olduğunu bildirmişdi. İndi bu göstərici daha da artıb və buna əsas olaraq balıq məhsullarının bugünkü qiymətlərini göstərmək olar. Bu isə alıcılıq imkanlarına da xeyli təsir göstərir".

"Xəzərin çəkilməsi ilə bərabər, qiymətlər də artacaq"

Müsahibimiz artan bazar qiymətlərindən də bəhs etdi: "5-10 il bundan əvvələ nəzər salsaq görərik ki, Xəzər balıqlarının qiyməti 3-4 dəfə artıb. Artım əsasən kütüm, Xəzər sıfı, qızıl balıq və nərəkimilərdə müşahidə olunur. Çünki bu balıqların sürətlə azalması gedir. Balıq ehtiyatlarının azalması təkcə bazar qiymətlərinə deyil, insanların sağlamlığına da təsir edir. Xəzərin çəkilməsi prosesi dayanana qədər təbii su hövzələri balıqlarının qiymətlərində artım davam edə bilər. Qiymət artımının qarşısının alınması hələ ki idxaldan asılıdır. Balıq qıtlığının aradan qaldırılması üçün tədqiqatlar artıq dövlət səviyyəsində aparılır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 Yanvar 2026 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see218

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see194

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see179

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see175

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see173

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see166

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see162

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see157

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see156

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see146

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see144

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see141

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri