Icma.az
close
up
RU
Azərbaycan Gürcüstan əlaqələri: Ortaq marağın qorunması naminə hansı addımlar atıla bilər?

Azərbaycan Gürcüstan əlaqələri: Ortaq marağın qorunması naminə hansı addımlar atıla bilər?

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Gürcüstanın prezidenti Mixeil Kavelaşvili Azərbaycana səfəri zamanı dövlətimizin başçısı İlham Əliyevlə görüşündə xarici qüvvələrin fəaliyyətinə toxunub.

O, çıxışında "Təəssüf ki, son vaxtlar ölkələrimiz dəfələrlə ikili standartların və xarici qüvvələrin daxili işlərə müdaxiləsinin obyektinə çevrilib. Çoxsaylı səylərə baxmayaraq, biz bu təhlükələri qətiyyətlə aradan qaldırırıq, regionun təhlükəsizliyini və sabitliyini təmin edirik. Heç bir üçüncü ölkə və ya təşkilatın xalqlarımız üçün nəyin yaxşı olduğunu bizdən yaxşı bilməsi mümkün deyil" sözlərini işlədib.

Gələcəkdə bu cür təhdidlərdən qorunmaq üçün Azərbaycan və Gürcüstan birgə fəaliyyət göstərə bilərmi? Ortaq marağın qorunması naminə hansı addımlar atıla bilər?

Milli Məclisdə İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Kavelaşvilinin ilk səfərinin Azərbaycana olması praktikasının formalaşması adı diplomatik protokol hadisəsi deyil.

Onun sözlərinə görə, Gürcüstan prezidenti Mixeil Kavelaşvilinin ölkəmizə səfəri həm açıq diplomatik mesajlarla, həm ölkə başçısı İlham Əliyevin liderlik roluna ehtiramla, həm də ötən illər ərzində regionun ümumi taleyinə verilən qiymətlə əlamətdar olub:

"Yaxın tarixə nəzər salsaq, 90-cı illərdə bu ölkələrin tale oxşarlığı, ərazi bütövlüyünün pozulması və münaqişələrə cəlb olunması, etnik və ya milli seperatizm, xarici təsirlərin təcavüzlərinin tüğyan etməsi fonunda vətəndaş qarşıdurmaları xarakterik hal almışdı. Daha sonrakı dövrdə baş verən inqilabi proseslər faktiki olaraq, Qafqaza Gürcüstandan daxil olub. Gürcüstanın ötən on illər ərzində xarici siyasət kursunu nəticəsində gürcü dövlətinin ayaqda qalması və mövcud olması çox önəmli rola malikdir. Bu, inkaredilməzdir. Çünki iqtisadi qərarlar, neft-qaz layihələrinin əsasən bu dövlət üzərindən həyata keçirilməsi yalnız Qərbə çıxış hadisəsi deyil, həmçinin indiki halda Gürcüstan və Azərbaycan üçün bir nəfəslikdir".

Deputat vurğulayıb ki, ölkə başçısı İlham Əliyev Gürcüstan və ümumilikdə Qafqazın lideri kimi çıxış edir. Prezident ayrı dövlət fikri ilə yanaşmayaraq, bölgədə təhlükəsizliyin mənafeyi ilə bağlı addımlar atıb.

"Xüsusilə son 5 ildə İlham Əliyevin bəyanatlarında üçüncü dövlətlərin əl çəkməsi, qafqazlıların nəfəs almasına imkan yaradılması, region ölkələrinin öz taleyini müəyyənləşdirməkdə tam azad olduğu və əlavə vasitəçilərə ehtiyac olmadığı öz əksini tapıb. Eyni zamanda bildirilib ki, Fransa və digər dövlətlərdən gələn təhlükə yalnız Azərbaycana qarşı yönəlməyib, bütövlükdə regionun taleyini təhdid edir. Qələbəmiz imkan verib ki, prezident İlham Əliyev qafqazlıların xilaskarı kimi addımlar atsın", - deyə müsahibimiz qeyd edib.

Zahid Oruc: Bəzi dövlətlərdən gələn təhlükə yalnız Azərbaycana qarşı yönəlməyib, bütövlükdə regionun taleyini təhdid edir

Gürcüstanın Azərbaycanın xarici siyasət istiqamətini qəbul etdiyini bildirən Z.Oruc əlavə edib ki, bu, ölkə rəhbərimizin Gürcüstanın baş nazirinə və prezidentinə göstərdiyi münasibət fonunda öz əksini tapıb:

"Gürcüstan bir sıra məsələlərdə Azərbaycanla uzlaşır. Türkiyə, Gürcüstan və Azərbaycan arasında hərbi, iqtisadi, enerji, eləcə də təhlükəsizlik alyansları üzrə birgə təlimlər və görüşlər mövcuddur. Bu, regionu uzaq qitələrdən qorumaq və bölgədə münaqişələrin yaradılmasının qarşısının alınması üçün vacib birlikdir. Baxmayaraq ki, Gürcüstanın sabiq prezidenti Salome Zurabişvili Qərb layihəsi kimi regional təhlükəsizliyə qarşı gedən bir siyasətin siması idi. Lakin yekunda ölkə başçısı İlham Əliyevin regionda yürütdüyü siyasət qalib gəlib. Ona görə də Gürcüstanda yaşayan soydaşlarımız daxil olmaqla, gürcüstanlılar İlham Əliyevin siyasətinə inamla yanaşırlar".

Gülşən Şərif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 Aprel 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri