Icma.az
close
up
RU
Azərbaycan Gürcüstan münasibətləri regional sabitliyin dayanıqlı təməlidir ŞƏRH

Azərbaycan Gürcüstan münasibətləri regional sabitliyin dayanıqlı təməlidir ŞƏRH

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 17 aprel, AZƏRTAC

Azərbaycan və Gürcüstan arasındakı münasibətlər çağdaş beynəlxalq əlaqələr sistemində çox müşahidə edilməyən etibarlı və davamlı strateji tərəfdaşlıq modelidir.

Bu fikri AZƏRTAC-a açıqlamasında Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova bildirib.

RHİMİB-in rəhbəri vurğulayıb ki, Gürcüstan Prezidentinin Azərbaycana ilk rəsmi səfəri protokol anlamı daşımayıb, bu səfər iki ölkə arasında münasibətlərin sabitlik, qarşılıqlı hörmət və maraqlar üzərində qurulduğunu bir daha nümayiş etdirib: “Gürcüstanın yeni seçilmiş Prezidentinin ilk xarici səfər üçün məhz Bakını seçməsi, Cənubi Qafqazda iki ölkə arasında formalaşmış inamın və tərəfdaşlıq mühitinin növbəti təsdiqidir. Bu, eyni zamanda, üçüncü tərəflərə də aydın ismarıcdır ki, regiondakı sabitlik Bakı və Tbilisi ilə bağlıdır”.

Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın təkcə enerji və nəqliyyat sahələri ilə məhdudlaşmadığını vurğulayan Arzu Bağırova əlavə edib: “Bu münasibətlər artıq regional təhlükəsizlik, humanitar və hüquqi sahələri də əhatə edir. Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünə qarşı yönəlmiş hər hansı siyasət beynəlxalq hüququn əsaslarına ziddir və regionda sabitliyə təhdiddir. Bu baxımdan, hər iki ölkənin suverenlik prinsiplərinə qarşılıqlı dəstəyi siyasi iradədən doğan hüquqi mövqedir”.

RHİMİB-in sədri 2020-ci ildən sonra əldə olunan uğurlu regional təşəbbüslər fonunda ölkəmizin Gürcüstanla əlaqələrinin daha da intensivləşdirilməsini zəruri sayıb. O deyib: “Azərbaycanın təşəbbüsü və liderliyi ilə gerçəkləşən Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələr diqqəti cəlb edir. Gürcüstan bu regional təşəbbüslərin həm tranzit, həm də siyasi tərəfdaşıdır. Bu isə onu göstərir ki, biz təkcə qonşu ölkələr deyilik, qarşılıqlı etimada söykənən hüquqi və strateji tandemin yaradıcısıyıq”.

Arzu Bağırova, eyni zamanda, vurğulayıb ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi fonunda Gürcüstanla yaşıl enerji və ekoloji hüquq sahəsində yeni əməkdaşlıq imkanları yaranmaqdadır: “Vətəndaş cəmiyyəti institutu olaraq, biz, bu əməkdaşlığın ictimai, hüquqi məzmununu da təhlil edirik. İnanırıq ki, COP29 kontekstində Azərbaycan və Gürcüstan regional yaşıl enerji məsələsində də ortaq platforma formalaşdıracaq. Bu əməkdaşlıq həm hüquqi sabitlik, həm də gələcək nəsillər üçün davamlı inkişaf baxımından vacibdir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Aprel 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see276

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see244

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see236

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see222

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see208

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see201

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see181

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see177

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see176

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see166

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see165

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see153

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see152

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see150

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see146

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see146

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri