Icma.az
close
up
RU
Azərbaycan haqq mübarizəsində əldə etdiyi qələbə ilə təsirsiz qətnamələrin acizliyini dünyaya göstərdi

Azərbaycan haqq mübarizəsində əldə etdiyi qələbə ilə təsirsiz qətnamələrin acizliyini dünyaya göstərdi

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

“8 noyabr Azərbaycan xalqının tarixinə unudulmaz qızıl hərflərlə yazılan bir gündür. Bu gün əsrlər boyu unudulmayacaq, seviləcək. Çünki, Azərbaycan xalqı, 30 ildən artıq bir müddət bu günün gələcəyini gözləyib. Qarabağ torpaqlarının azadlığı uğrunda canını qoyub, qanını tökərək belə bir qələbəyə nail olub. Bu gün bizim nisgilimizi, ağrı acılarımızı ovudan və qəlbimizi riqqətə gətirən, yeni qələbələrə inam yaradan bir gündür. Əgər məndən soruşsalar ki, “sənin üçün ən əziz tarix hansıdır?”, tərəddüd etmədən “8 noyabr 2020-ci il” deyərəm. Çünki bu gün Azərbaycan xalqının tarixində qəhrəmanlıq, mətanət, şücaət günüdür. Azərbaycan oğulları bu günə hazır olmaq üçün uzun müddət çalışdılar. Azərbaycan prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev bu günü görmək, Azərbaycan xalqına bəxş edə bilmək üçün uzun illər siyasi planlar qurdu. Qələbəni təmin etmək üçün bütün varlığını ortaya qoydu, güclü ordu yaratdı. Azərbaycan xalqını birləşdirdi. Beynəlxalq aləmdə dövlətimizin nüfuzunu və gücünü artırmaq üçün çox dəyərli dövlət proqramlarına, müqavilələrə, sazişlərə imza atdı”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Milli Məclisin deputatı Tahir Rzayev qeyd edib ki, siyasətdə uzaqgörənlik öz bəhrəsini verdi. Deputat hesab edir ki, bu qələbə Azərbaycan xalqı üçün əziz və doğma olmaqla yanaşı həm də, Türk dünyası üçün çox əhəmiyyətlidir və bu qələbə Türk dövlətlərinin birləşdirilməsi, onların bir məqsəd üçün mübarizəyə cəlb olunması üçün stimul oldu.

Tahir Rzayev

“Azərbaycan dünyaya göstərdi ki, onun gücü, qüdrəti "işəyaramaz" qətnamələrdə deyil, özündədir və öz xalqına, öz ordusuna inamdadır. BMT Təhlükəsizlik şurasının 4 qətnaməsi uzun illər yerinə yetirilmədi. Beynəlxalq təşkilatlar, aparıcı dövlətlər sülh uğrunda yalandan mübarizə aparmaq istəyini ortaya qoyan Minsk qrupu və digər təşkilatlar bu 30 ildə öz səylərini ortaya qoya bilmədilər və ya qoymaq istəmədilər. Ancaq, Azərbaycan Prezidenti və şanlı ordumuz bu qətnamələrin acizliyini öz əzmi, öz mübarizəsi ilə sübut etdi.

44 günlük müharibədə separatçı, işğalçı, "yığma" ordunun başı əzildi. Onlar geri çəkilməyə, təslim müqaviləsinə imza atmağa məcbur oldular. Üçtərəfli bəyanatın imzalanması və Azərbaycanın öz təkliflərini diktə etməsi bir daha göstərdi ki, haqq-ədalət gec-tez qalib gələ bilir və mübariz, döyüşkən xalq öz torpaqları uğrunda vuruşmağı, qalib gəlməyi bacarır”-deyə deputat bildirib.

Tahir Rzayev qeyd edib ki, 23 saatlıq lokal antiterror tədbirləri, bunun bir daha əyani ifadəsi oldu və Azərbaycan ordusu bir neçə saatın içində 10 mindən çox erməni separatçısını məhv etdi və onların ayaqlarını Azərbaycan torpaqlarından birdəfəlik kəsdi.

Deputat bildirib ki, bu gün hər bir Azərbaycan vətəndaşı və Türk dövlətləri Azərbaycanın bu uğuruna sevinir. Buna görə də, Türk Dövlətləri Təşkilatı ətrafında birləşən qardaş dövlətlər Azərbaycanın haqlı mübarizəsinə inamla dəstək verirlər.

“Zəfər Günü bizim daha böyük zəfərlərə gedən yolumuzun təməl daşıdır. Bu günün nəticələri, özünü bu gün beynəlxalq aləmdə əldə olunan uğurlarda göstərir. Bu gün işğaldan azad olunmuş ərazilərdə quruculuq, abadlıq və bərpa işləri həyata keçirilir. 30 il öz ata-baba yurdlarından həsrətində olan insanlar artıq doğma torpaqlara qayıdırlar. Füzulidə, Şuşada, Laçında, Cəbrayılda və Zəngilanda artıq məskunlaşma prosesi gedir və insanlar öz yurdlarına qayıdaraq, artıq orada yenidən həyat qururlar.

Görülən möhtəşəm işlər göstərir ki, Azərbaycan iqtisadiyyatı, Azərbaycan mədəniyyəti, Azərbaycan tarixi, özünün inamlı yolundadır. Bu yol xalqın birliyi ilə insanların münasibətindən və ilk növbədə Azərbaycan prezidentinin yürütdüyü çox dəyərli, düşünülmüş siyasətdən keçir.

Bu gün Azərbaycan dünyaya açılan bir qapı kimi dünya dövlətlərinin diqqət mərkəzindədir. COP 29 kimi möhtəşəm, dünya əhəmiyyətli bir tədbirin Azərbaycanda keçirilməsi zəfərlərimizin və Azərbaycana göstərilən etimadın nəticəsidir. Bir neçə gündən sonra dünyanın əksər ölkələrinin prezidentləri, baş nazirləri və ictimai-siyasi xadimləri Azərbaycanda toplaşacaq. Dünya və bəşəriyyət üçün vacib olan bir məsələnin, problemlərin Bakıda gündəmə gətirilməsi, həll yollarının axtarılması bir daha deməyə əsas verir ki, Azərbaycan xalqı zəfər, qələbələr yolundadır. Bu da bizim hər birimizi sevindirir, qürurlandırır və gələcəyə daha böyük ümidlə baxmağa imkan verir”-deyə deputat əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 08 Noyabr 2024 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see274

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see232

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see211

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see191

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see161

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see156

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see156

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see154

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see148

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri