Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj
Icma.az bildirir, Axar.az portalına istinadən.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasından səfərdən qayıdarkən təyyarəsi Azərbaycanın hava məkanına daxil olduqdan sonra laynerin pilotu dispetçerlə əlaqə saxlayıb.
Axar.az Azərtac-a istinadən xəbər verir ki, o, dövlətimizin başçısı İlham Əliyevə və Azərbaycan xalqına Prezident Rəcəb Tayyib Ərdoğanın ən səmimi arzuları ilə bağlı mesajını çatdırıb.
Mesajda deyilir: "Səfərdən qayıdarkən qardaş Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq, Zati-alinizə cansağlığı və xoşbəxtlik kimi ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Rəcəb Tayyib Ərdoğan
Türkiyə Respublikasının Prezidenti".
Qeyd edək ki, Ərdoğan daha öncə də Koreyaya səfəri zamanı Zəfər Günü münasibətilə Azərbaycanı təbrik etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 04 Noyabr 2026 22:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















