Icma.az
close
up
RU
Azərbaycan hazırkı beynəlxalq münasibətlər sistemində özünü “orta güc” kimi təsdiqləyir

Azərbaycan hazırkı beynəlxalq münasibətlər sistemində özünü “orta güc” kimi təsdiqləyir

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


İkinci Dünya müharibəsindən qısa müddət sonra - 1949-cu ildə Avropada hökumətlərarsı regional təşkilat kimi Avropa Şurası, “soyuq müharibə”nin kəskin dövründə - 1975-ci ildə siyasi dialoq platforması kimi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi - ATƏM (ATƏT-in sələfi) təsis olundu. Həmin dövrlərdə bölünmüş Avropa Varşava Müqaviləsi Təşkilatı və NATO kimi hərbi siyasi blokların qarşıdurmasından, Almaniyanın iki yerə parçalanmasından irəli gələn çağırışlarla üz-üzə idi. Bu gün isə Avropa Rusiya-Ukrayna müharibəsi ilə bağlı təhlükəsizlik və siyasi çağırışlarla qarşılaşıb. Bu çağırışların həlli üçün nə Avropa Şurasının, nə də ATƏT-in potensiala və müvafiq mexanizmlərə malik olmadığı reallıqdır.
Avropa siyasi təhlükəsizliklə bağlı strateji dialoqun gücləndirilməsi və yeni qərarların verilməsi ərəfəsindədir. Bu məqsədlə siyasi dialoq və müzakirələrin təşkili üçün hökumətlərarası platforma kimi “Avropa siyasi birliyi” yaradılıb. 2022-ci ilin oktyabrında Praqada baş tutan ilk sammit göstərdi ki, “Avropa siyasi birliyi” aktual regional məsələlərin müzakirəsi, birgə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində müzakirələrin təşkili məqsədilə təsis olunub. Burada Avropa İttifaqına üzv 27 dövlətlə yanaşı, digər 20 Avropa ölkəsi dövlət və hökumət başçıları səviyyəsində bir araya gəlir. Bu səbəbdən də ildə iki dəfə Zirvə görüşü keçirilən “Avropa siyasi birliyi” onlardan birini Aİ-yə üzv dövlətdə, digərini isə qeyri Aİ ölkəsində təşkil edir. Bu mötəbər toplantılar təsisatın beynəlxalq nüfuzunun getdikcə artdığını və yeni geosiyasi reallıqlar fonunda böyük Avropa ailəsi dövlətlərinin birgə mövqeyinin önəmini bir daha nümayiş etdirir.
2028-ci il “Avropa siyasi birliyi”nin Zirvə görüşünün Azərbaycanda keçirilməsi ilə bağlı qərarın verilməsi İkinci Qarabağ müharibəsi və 2023-cü il antiterror tədbirlərinin siyasi və hüquqi nəticələrinin qəbulunun daha bir təsdiqidir. Ölkəmizin Avropa siyasi birliyi”ndə təmsil olunan 47 dövlətdən 16-sı ilə strateji tərəfdaşlıq münasibətləri var, onlardan 10-u Avropa İttifaqının üzvüdür.
Newscenter.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev söyləyib.
Deputat qeyd edib: “Xüsusilə nəzərə alsaq ki, Zirvə toplantılarının keçirilməsi barədə qərarlar konsensus əsasında, yəni, məhz 47 iştirakçı dövlətin yekdil razılığı ilə verilir, bu, həm də Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasi-diplomatik strategiyasına verilən dəyərdir. Bu, eyni zamanda, ölkəmizin regionda yeni yaranmış siyasi reallıqlar fonunda dayanıqlı inkişafa nail olmaq siyasətinin təqdir edilməsdir. Yeni status-kvonun verdikləri üstünlüklərə əsaslanan əməkdaşlıqdan regionun sərhədlərindən kənarda da, o cümlədən Avropanın siyasi, iqtisadi və enerji məkanında faydalanmaq üçün unikal imkanlar mövcuddur. Bu kontekstdə ölkəmiz çoxvektorlu xarici siyasət kursunda milli maraqları və qarşılıqlı faydalı əməkdaşlığı ön planda saxladığı inkarlounmaz faktdır”.
R.Nəbiyev qeyd edib ki, şanlı Zəfərimizdən sonra da Prezident İlham Əliyev bütün beynəlxalq və regional platformalarda Azərbaycanın əməkdaşlığa və tərəfdaşlığa sarsılmaz sadiqliyini nümayiş etdirib. Türk Dövlətləri Təşkilatının Birinci qeyri-rəsmi Zirvə görüşünün 2024-cü ildə Şuşada təşkili, eyni zamanda, İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Sammitinin cari ilin iyulunda Xankəndidə, 57 dövlətin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatının 16-cı İslam Sammitinin 2026-cı ildə ölkəmizdə keçiriləcəyi barədə qərarlar Prezidentin xarici siyasət kursunda çoxşaxəliliyin təzahürüdür.
“Azərbaycan qazandığı təcrübələrdən çıxış edərək xüsusilə mürəkkəb geosiyasi çağırışlar kontekstində dövlətlər arasında əməkdaşlığa, sülhə və təhlükəsizliyə hesablanmış gələcəyin təmin edilməsində öz təcrübəsini bölüşür. Avropada dəyişməkdə olan geosiyasi mənzərə fonunda və formalaşdırılması arzulanan yeni təhlükəsizlik arxitekturasına gedən yolda Avropa siyasi birliyi müəyyən yeni siyasi dialoq və fikir mübadiləsi platforması kimi çıxış edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 2028-ci ildə “Avropa siyasi birliyi”nin Zirvə görüşü üçün formalaşdıracağı siyasi gündəliyin tərəfdaşlığa və nəticəyönümlü əməkdaşlığa verəcəyi töhfə xüsusi çəkiyə malikdir. Azərbaycanın əsas hədəfi həm “Avropa siyasi birliyi çərçivəsində, həm də qlobal miqyasda həmrəyliyin, siyasi dialoqun gücləndirilməsinə dəstək verməkdir”, - deyə parlamentari vurğulayıb.
Deputat diqqətə çatdırıb ki, Azərbaycan malik olduğu siyasi-iqtisadi resurslar, coğrafi mövqeyi və ondan irəli gələn əməkdaşlıq imkanları, yaratdığı yeni siyasi reallıqların faydaları ilə sülhə, əməkdaşlığa və sabitliyə mühüm töhfə verir. Bütün bunların ümumi təhlili onu deməyə əsas verir ki, Azərbaycan hazırkı beynəlxalq münasibətlər sistemində özünü “orta güc” kimi təsdiqləyir.
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 25 May 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri