Icma.az
close
up
RU
ASB regiondakı status kvonu qəbbulanıb: Azərbaycanın özünü “orta güc” kimi təsdiqlədi ANALİZ

ASB regiondakı status kvonu qəbbulanıb: Azərbaycanın özünü “orta güc” kimi təsdiqlədi ANALİZ

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Avropada baş verən siyasi və təhlükəsizlik məsələləri ölkələr arasında əməkdaşlığın nə qədər vacib olduğunu göstərir. Müxtəlif problemlərin həlli üçün dövlətlər bir araya gələrək fikir mübadiləsi aparır və birgə qərarlar qəbul etməyə çalışırlar. Belə görüşlər və platformalar ölkələrin bir-birini daha yaxşı başa düşməsinə, ortaq mövqelər formalaşdırmasına kömək edir.

Dünyada baş verən dəyişikliklər fonunda yeni təşkilatlar yaranır və mövcud əməkdaşlıq imkanları genişlənir. Bu prosesdə Azərbaycanın da fəal iştirakı və beynəlxalq arenada artan rolu diqqət çəkir.


Mövzu ilə bağlı Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev Sherg.az-a açıqlama verib:


"İkinci Dünya Müharibəsindən az sonra, 1949-cu ildə Avropada hökumətlərarsı regional təşkilat kimi Avropa Şurası, Soyuq müharibənin kəskin dövründə siyasi dialoq platforması kimi 1975-ci ildə ATƏT-in sələfi, Avropa da Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi, ATƏM təsis olundu. Həmin dövrlərdə bölünmüş Avropa, Varşava Müqaviləsi Təşkilatı və NATO kimi hərbi siyasi blokların qarşıdurması, Almaniyanın ikiyə parçalanmasından irəli gələn çağırışlarla üz-üzə idi. Bu gün isə Avopa Rusiya-Ukryana müharibəsi ilə bağlı yeni təhlükəsizlik və siyasi çağırışlarla qarşılaşıb. Bu çağırışların həlli üçün nə Avropa Şurasının, nə də ATƏT-in müvafiq mexnizmlərə və potensiala malik olmadığı reallıqdır.

Avropada siyasi-təhlükəsizliklə bağlı strateji dialoqun gücləndirilməsi və müzakirələrin təşkili üçün hökumətlərarası platforma kimi 2022-ci ildə Avropa Siyasi Birliyi (ASB) təsis edildi. Həmin ilin oktyabrında Praqada baş tutan ilk sammit göstərdi ki, aktual regional məsələlərin müzakirəsi, birgə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində müzakirələr Avropa Siyasi Birliyinin gündəminin özəyini təşkil edir. Burada Avropa İttifaqına üzv olan 27 dövlətlə yanaşı, digər 20 Avropa dövləti, dövlət və hökumət başçıları səviyyəsində bir araya gəlir. Bu səbəbdən də ildə iki dəfə Zirvə görüşü keçirilən Avropa Siyasi Birliyi bunlardan birini Avropa İttifaqına sədrlik edən üzv dövlətdə, digərini isə qeyri Aİ üzvü dövlətdə təşkil edir. Bu mötəbər toplantı ASB-nin yeni geosiyasi reallıqlar fonunda böyük Avropa ailəsi dövlətlərinin birgə mövqeyinin önəmini bir daha nümayiş etdirir və gedikcə beynəlxalq nüfuzunu artırır. Azərbaycan Respublikasının ASB-də iştirak edən 47 dövlətdən 16 iştirakçı dövlətlə strateji tərəfdaşlıq münasibətləri var, onlardan 10-nu Avropa İttifaqına üzv olan dövlətlərdir".


Ekspert Azərbaycanın 2028-ci ildə ev sahibliyi ilə keçiriləcək Zirvə görüşü məsələsinə də toxunub:

"2028-ci il ASB Zirvə görüşünün Azərbaycanda keçirilməsi ilə bağlı qərarın verilməsi həmçinin İkinci Qarabağ Müharibəsi və 2023-cü il aniterror tədbirlərinin siyasi və hüquqi nəticələrinin qəbulunun daha bir təsdiqidir. Xüsusi ilə nəzərə alsaq ki, Zirvə toplantılarının keçirilməsi barədə qərarlar konsensus əsasında, yəni məhz 47 iştirakçı dövlətin yekdil razılığı ilə verilir, bu Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu siyasi-diplomatik strategiyasına verilən dəyərdir. ASB-nin bu qərarı Cənubi Qafqaz regionunda yeni yaranmış siyasi reallıqlar fonunda dayanıqlı inkişafa nail olmaq siyasətinin təqdir edilməsdir. Yeni status kvonun üstünlüklərinə fokuslanan əməkdaşlıqdan regionun sərhədlərini aşan bölgələrdə, o cümlədən Avropa siyasi, iqtisadi və enerji məkanında faydalanmq üçün unikal imkanlar mövcuddur. Bu kontekstdə ölkəmizin çoxvektorlu xarici siyasət kursunda milli maraqlara əsaslanan qarşılıqlı faydalı əməkdaşlığı önə qoyaraq ikitərəfli və çoxtərəfli platformalarada fəaliyyət aparması inkarolunmazdır".


Siyasi elmlər doktoru şanlı zəfərimizdən sonra da Prezident İlham Əliyevin bütün beynəlxalq və regional platformalarda Azərbaycanın əməkdaşlığına və tərəfdaşlığına sarsılmaz sadiqliyini nümayiş etdirdiyini söyləyib: 

"Türk Dövlətləri Təşkilatının Birinci qeyri-rəsmi Zirvə görüşünün 2024-cü ildə Şuşada keçirilməsi, 10 dövləti öz sıralarında birləşdirən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Sammitinin cari ilin iyul ayında Xankəndində təşkili, 57 dövlətin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatının 16-cı İslam Sammitinin 2026-cı ildə ölkəmizdə keçirilməsi bardə qərarlar Prezidentimizin xarici siyasət kursunda çoxşaxəliliyin təzahürüdür.

Dövlətimiz qazandığı təcrübələrdən çıxış edərək xüsusilə mürəkkəb geosiyasi çağırışlar kontekstində dövlətlər arasında əməkdaşlığa, sülhə və təhlükəsizliyə hesablanmış gələcəyin təmin edilməsində öz təcrübəsini bölüşür. Avropada dəyişməkdə olan geosiyasi landşaft fonunda və formalaşdırılması niyyət edilən yeni təhlükəsizlik arxitekturasına gedən yolda ASB müəyyən yeni siyasi dialoq və fikir mübadiləsi platforması kimi çıxış edir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan diplomatiyasının 2028-ci il Avropa Siyasi Birliyinin Zirvə Görüşü üçün formalaşdıralacağı siyasi gündəliyin tərəfdaşlığa və nəticəyönümlü əməkdaşlığa verəcəyi töhfə xüsusi çəkiyə malikdir. Azərbaycanın əsas hədəfi həm Avropa Siyasi Birliyi çərçivəsində, həm də qlobal miqyasda həmrəyliyin, siyasi dialoqun gücləndirilməsinə dəstək verməkdir.

Azərbaycan malik olduğu siyasi-iqtisadi resurslar, coğrafi mövqeyi və ondan irəli gələn əməkdaşlıq imkanları, yaratdığı yeni siyasi reallıqların faydaları ilə sülhə, əməkdaşlığa, sabitliyə töhfə verir". 


Deputat sonda bütün bunların ümumi analizinin Azərbaycanın hazırki beynəlxalq münasibətlər sistemində özünü “orta güc” kimi təsdiqlədiyini deməyə əsas verdiyini qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 May 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri