Icma.az
close
up
RU
AYİB Azərbaycan üçün yeni ölkə strategiyasını təsdiqləyib

AYİB Azərbaycan üçün yeni ölkə strategiyasını təsdiqləyib

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar Şurası Azərbaycan üçün növbəti beş il ərzində investisiya və siyasət təşəbbüslərini rəhbər tutan yeni ölkə strategiyasını təsdiqləyib.

Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, AYİB-in Azərbaycan üçün iki əsas prioriteti bunlardır: (i) daha güclü, daha rəqabətli və inklüziv özəl sektor və təkmilləşdirilmiş idarəetmə vasitəsilə daha çox iqtisadi diversifikasiyanın təşviq edilməsi; və (ii) yaşıl iqtisadiyyata keçidin sürətləndirilməsi və regional əlaqənin təkmilləşdirilməsi.

Birinci prioritet çərçivəsində AYİB Azərbaycanın özəl sektorunun rəqabət qabiliyyətini və inklüzivliyini artırmaqla karbohidrogen ixracından asılılığını aradan qaldırmağı hədəfləyir. Bank investisiya və məsləhət dəstəyini aqrobiznes, istehsal və xidmətlər, informasiya və kommunikasiya texnologiyaları və infrastruktur kimi qeyri-neft sektorlarında kiçik və orta müəssisələrə yönəldəcək.

Bank həmçinin qadınların və gənclərin rəhbərlik etdiyi müəssisələrin səlahiyyətləndirilməsinə, daha böyük rəqabət qabiliyyəti vasitəsilə innovasiyaların dəstəklənməsinə və ixrac imkanlarının genişləndirilməsinə diqqət yetirəcək, eyni zamanda korporativ idarəetmənin gücləndirilməsi, dövlət müəssisələrində islahatların aparılması və ümumi biznes mühitinin yaxşılaşdırılması üçün dövlət qurumları ilə işləməyə davam edəcək.

İkinci prioritet Azərbaycana bərpa olunan enerji potensialını açmaqda kömək etmək məqsədi daşıyır. Bank günəş və külək enerjisi layihələrinin inkişafına, enerji səmərəliliyinin artırılmasına və iqlim dəyişikliyinə davamlılığa dəstək göstərməyə davam edəcək. Azərbaycanın enerji şəbəkəsinin gücləndirilməsi və bərpa olunan enerjinin ixracına imkan yaradılması bu səylərin əsasını təşkil edəcək.

AYİB Azərbaycana Avropa və Asiya arasında yerləşən coğrafi mövqeyindən yararlanmağa kömək edəcək. Xüsusi diqqəti Orta Dəhlizlə əlaqəli layihələrə yönəltməklə, Bank dayanıqlı nəqliyyat şəbəkələrinə, rəqəmsal əlaqə və bələdiyyə infrastrukturuna investisiya edəcək.

AYİB-in Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Natali Mouravidze bildirib: “Ötən günlərdə yeni strategiyamızın Şura tərəfindən təsdiqlənməsindən məmnunam. Biz Bakı ofisində işimizi daha da gücləndirməyi səbirsizliklə gözləyirik. Növbəti beş il ərzində biz Azərbaycanla innovasiyalar və özəl sektorun gücləndirilməsi ilə idarə olunan şaxələndirilmiş, inklüziv və davamlı iqtisadiyyat qurmaq üçün işləyəcəyik. Azərbaycanın bərpa olunan enerji potensialından istifadə etməklə və onun regional əlaqələrini gücləndirməklə biz ölkə və onun əhalisi üçün uzunmüddətli imkanlar yarada bilərik. Bunun üçün artıq güclü bir təməlimiz var”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 31 Yanvar 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri