Icma.az
close
up
RU
Azərbaycan həm Avropa, həm də digər qlobal mərkəzlər arasında etibarlı tərəfdaş kimi çıxış edir ŞƏRH

Azərbaycan həm Avropa, həm də digər qlobal mərkəzlər arasında etibarlı tərəfdaş kimi çıxış edir ŞƏRH

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 13 mart, AZƏRTAC

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın mövcud enerji dəhlizlərinin və nəqliyyat yollarının müəyyən risklərlə üzləşdiyi bir dövrdə Azərbaycana səfər etməsi təsadüfi xarakter daşımır. Bu səfər Azərbaycan ilə Avropa İttifaqı arasında 2022-ci ildə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun davam etdirilməsinin hər iki tərəf üçün faydalı olduğunu göstərir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nurlan Həsənov söyləyib.

O bildirib ki, hazırda dünyada baş verən mürəkkəb proseslər enerji, nəqliyyat, neft və digər iqtisadi sahələrə də mənfi təsir göstərir. Bu baxımdan Avropa İttifaqı ölkələri üçün Azərbaycanın rolu xüsusi əhəmiyyət kəsb edir. 2022-ci ildə Avropa Komissiyası ilə enerji sahəsində strateji tərəfdaşlıq sənədinin imzalanmasından sonra Avropa ölkələrinə qaz ixracı daha da artıb və Azərbaycanın enerji strategiyası Avropa istiqamətində şaxələndirilib. Hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycan qazı alır, ümumilikdə isə Azərbaycan 16 ölkəyə qaz ixrac edir.

“Azərbaycan bu gün Avropa İttifaqı ilə müxtəlif sahələrdə fəal əməkdaşlıq edir. Bu əməkdaşlıq əsasən enerji, təhlükəsizlik və texnologiya sahələrini əhatə edir. Son illərdə ticarət dövriyyəsinin artması da bu münasibətlərin inkişaf etdiyini göstərir. Belə ki, Azərbaycanın ümumi ticarət dövriyyəsinin təqribən 50 faizi Avropa İttifaqı ilə əlaqəlidir. Bu fakt onu göstərir ki, Azərbaycan Avropa İttifaqına üzv olmasa da, tərəflər arasında geniş və dərin iqtisadi əməkdaşlıq mövcuddur. İqtisadi təşkilat kimi Avropa İttifaqı ilə bu cür əlaqələr Azərbaycan üçün də geniş imkanlar yaradır. Bu imkanlar enerji, texnologiya, təhlükəsizlik və ticarət sahələrində özünü göstərir.

Avropa bazarı Azərbaycan üçün böyük potensiala malikdir və ölkənin qaz ixracında mühüm yer tutur. Bu əməkdaşlıq həm Azərbaycanın enerji strategiyasının güclənməsinə, həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verir. Bu baxımdan Antonio Koştanın Azərbaycana səfəri həm 2022-ci ildə imzalanmış tərəfdaşlıq sazişinin daha da gücləndirilməsinə xidmət edir, həm də Azərbaycanın Avropa üçün strateji əhəmiyyətə malik ölkə olduğunu bir daha nümayiş etdirir. Eyni zamanda, bu səfər gələcəkdə əməkdaşlıq əlaqələrinin daha da genişlənməsi üçün yeni imkanlar yaradır”,- deyə N.Həsənov vurğulayıb.

Deputat əlavə edib ki, Aİ və onun əsas qərarverici orqanları ilə əməkdaşlıq Azərbaycanın təhlükəsiz və sabit mühitə malik ölkə kimi beynəlxalq imicini daha da gücləndirir. Bu isə xarici investorlar üçün ölkəmizi daha cəlbedici məkana çevirir və investisiya axınının artmasına şərait yaradır. Dünyanın müxtəlif regionlarında təhlükəsizlik problemlərinin mövcud olduğu bir dövrdə Azərbaycan həm Avropa, həm də digər qlobal mərkəzlər arasında balans yaradan, sabit və etibarlı tərəfdaş kimi çıxış edir. Bu da ölkəmizi beynəlxalq əməkdaşlıq və iqtisadi inkişaf üçün cəlbedici bir məkan kimi ön plana çıxarır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Mart 2026 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri