Icma.az
close
up
RU
Vüqar İskəndərov: Azərbaycan eyni anda Avropa, Türk dünyası və MDB məkanında etibarlı tərəfdaş kimi çıxış edir

Vüqar İskəndərov: Azərbaycan eyni anda Avropa, Türk dünyası və MDB məkanında etibarlı tərəfdaş kimi çıxış edir

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son 10 gün ərzində Prezident İlham Əliyevin 3 fərqli coğrafiyada - Avropa, Türk dünyası və MDB məkanında ardıcıl sammitlərdə iştirakı Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun və çoxvektorlu xarici siyasət kursunun növbəti təsdiqidir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.

Azərbaycanın müstəqil və balanslı xarici siyasəti

Deputatın sözlərinə görə, dövlət başçısının oktyabrın 1-2-də Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin 7-ci sammitində, daha sonra oktyabr 6-7-də Azərbaycanın qədim Qəbələ şəhərində baş tutan Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşündə və nəhayət oktyabrın 9-10-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı ölkəmizin eyni anda bir neçə siyasi, mədəni və iqtisadi məkanın ayrılmaz hissəsi olduğunu nümayiş etdirdi:

“Azərbaycan bu gün həm Avropa, həm Türk dünyası, həm də MDB çərçivəsində mühüm tərəfdaş və etibarlı oyunçu kimi çıxış edir. Prezident İlham Əliyevin son 10 gündə 3 fərqli istiqamətdə – Qərb, Şərq və Şimal istiqamətlərində diplomatik fəallığı göstərir ki, Bakı bir mərkəzdən asılı olmayan, müstəqil, çevik və milli maraqlara söykənən xarici siyasət həyata keçirir”.

Avropa Siyasi Birliyinin Sammiti: Yeni mərhələyə keçid

Vüqar İskəndərov qeyd edib ki, Kopenhagen sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunun yeni mərhələyə keçdiyini göstərdi: “Samitdə Prezident İlham Əliyevin Avropa İttifaqı və digər tərəfdaşlarla apardığı müzakirələr qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanırdı. “Bu, onu göstərir ki, Azərbaycan Avropa ilə münasibətlərdə təzyiq və diktə deyil, qarşılıqlı maraq və dialoq siyasətini əsas tutur”.

Azərbaycanın TDT-də rolu və MDB məkanında fəal diplomatiyası

Deputat bildirib ki, Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşü həm mədəni, həm tarixi, həm də strateji baxımdan xüsusi əhəmiyyətə malik idi: “Qəbələnin seçilməsi təsadüfi deyildi. Bu, həm Azərbaycanın qədim dövlətçilik ənənələrinin təbliği, həm də Türk birliyinin mərkəzlərindən biri kimi ölkəmizin önəmli rolunun təsdiqi idi. Prezident İlham Əliyev bu Zirvə Görüşündə Türk dünyasının gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm təşəbbüslərlə çıxış etdi. MDB Dövlət Başçıları Şurasının Düşənbədəki iclasında iştirak isə Azərbaycanın postsovet məkanında da fəal diplomatik xəttini davam etdirdiyini göstərdi. Bu iştirak Azərbaycanın regional sabitlik, iqtisadi əməkdaşlıq və təhlükəsizlik məsələlərinə verdiyi önəmin göstəricisidir. Azərbaycan MDB çərçivəsində dialoq və qarşılıqlı hörmətin qorunması, iqtisadi əlaqələrin gücləndirilməsi və regionda sülhün bərqərar olunması istiqamətində ardıcıl fəaliyyət göstərir”.

Azərbaycanın geosiyasi çəkisi

Vüqar İskəndərov vurğulayıb ki, Prezident İlham Əliyevin bu 10 gün ərzində 3 mühüm beynəlxalq platformada iştirakı təsadüfi deyil: “Bu, Azərbaycanın lider diplomatiyasının real nümunəsidir. Dövlətimizin başçısının fəal iştirakı sayəsində Azərbaycan bu gün həm Qərbin, həm Türk dünyasının, həm də postsovet məkanının etibarlı tərəfdaşı kimi qəbul olunur. Bu, Prezident İlham Əliyevin apardığı müstəqil, milli maraqlara əsaslanan və balanslı xarici siyasətin məntiqi nəticəsidir. Azərbaycanın geosiyasi çəkisi artıq regional deyil, qlobal səviyyədə tanınır. Bu dinamika göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq münasibətlər sistemində söz sahibi olan, etibarlı və təşəbbüskar bir dövlət kimi öz mövqeyini daha da möhkəmləndirir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://apa.az
archiveBu xəbər 11 Oktyabr 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri