Icma.az
close
up
RU
Azərbaycan beynəlxalq təhlükəsizlik sistemində etibarlı tərəfdaş kimi çıxış edir Arzu Nağıyev

Azərbaycan beynəlxalq təhlükəsizlik sistemində etibarlı tərəfdaş kimi çıxış edir Arzu Nağıyev

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

"Moldova Respublikası Hökuməti arasında məxfi məlumatların mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş ölkəmizin təhlükəsizlik arxitekturasını möhkəmləndirən mühüm sənədlərdən biridir. Sənəd 16 maddədən ibarətdir. 2025-ci il sentyabr ayının 19-da Bakı şəhərində müvafiq qurumların rəhbərləri tərəfindən imzalanıb. Səlahiyyətli təhlükəsizlik orqanları kimi Azərbaycan Respublikası üçün DTX, Moldova Respublikası üçün Təhlükəsizlik və Kəşfiyyat Xidməti müəyyən edilib. Həmin orqanlar məxfi məlumatların qorunmasına, təhlükəsizliyə buraxılışlarn verilməsinə və qarşılqlı nəzarət mexanizmlərinin tətbiqinə cavabhdehdir".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin komitə sədri Arzu Nağıyev parlamentin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı bildirdi.

Onun sözlərinə görə, bu saziş ölkələrimiz arasında ötürülən məlumatların məxfiliyini, bütövlüyünü və mühafizəsinin təmin edilməsini hüquqi cəhətdən rəsmiləşdirir:

"Sazişin bir mühüm tərəfi ondan ibarətdir ki, hər iki dövlət məxfi məlumatları yalnız səlahiyyətli qurumlar və təhlükəsizlik tələblərinə uyğun prosedurlar çərçivəsində mübadilə edəcək, məlumatların üçüncü tərəfə verilməsi isə yalnız qarşı tərəfin razılığı ilə mümkün olacaqdır. Bu həm etimad mühitini gücləndirir, ikitərəfli əməkdaşlığın uzunmüddətli davamlılığını təmin edir.
Azərbaycan üçün bu Sazişin əhəmiyyəti ondan ibarətdir ki, Moldova ilə təhlükəsizlik sahəsində əməkdaşlıq genişlənir, cinayətkarlıqla mübarizə, kəşfiyyat və əks-kəşfiyyat məlumatlarının mübadiləsi və kiber təhlükəsizlik üzrə koordinasiyası daha effektiv hala gəlir. Bu, ölkəmizin beynəlxalq tərəfdaşlıq şəbəkəsinin güclənməsinə və regional təhlükəsizliyin möhkəmlənməsinə mühüm töhfə verir.

Bu gün Prezident İlham Əliyevin apardığı müstəqil daxili və xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq təhlükəsizlik sistemində etibarlı tərəfdaş kimi çıxış edir və müasir çağırışlara adekvat cavab vermək üçün institusionaal və hüquqi bazasını davamlı şəkildə təkmilləşdirir.

Hesab edirik ki, təqdim olunan Sazişin təsdiqi ölkəmizin təhlükəsizlik maraqlarına tam cavab verir, ikitərəfli münasibətləri gücləndirir və regionda sabitliyin möhkəmlənməsinə xidmət edir.

Saziş qeyri-müəyyən müddətə bağlanır. Azərbaycan, rumın və ingilis dillərində imzalanmışdır. Bütün mətnlər eyni dərəcədə autentik sayılır, lakin fikir ayrılığı yarandıqda ingilis dilindəki mətn üstün hesab olunur".

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 Noyabr 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see205

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see173

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see166

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see161

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see136

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri