Icma.az
close
up
RU
Azərbaycan həm də o torpaqlarda yeni həyat qurur Millət vəkili

Azərbaycan həm də o torpaqlarda yeni həyat qurur Millət vəkili

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın işğaldan azad olunmuş hər qarışı bu gün yeni həyatın başlanğıc nöqtəsinə çevrilir. Bu günlərdə Prezident İlham Əliyevin Kəlbəcərə səfəri həm siyasi, həm də iqtisadi-strateji baxımdan əhəmiyyət kəsb edir. Bu səfər bir daha sübut etdi ki, Azərbaycan dövləti yalnız dağıdılmış torpaqları bərpa etmir – həm də milli iradəni, tarixi ədaləti və dövlətçilik gücünü dünyaya nümayiş etdirir.

Kəlbəcər 1993-cü ilin aprelində işğala məruz qaldıqda, BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi Ermənistan qoşunlarının dərhal çıxarılmasını tələb edirdi. Lakin 27 il ərzində bu sənəd kağız üzərində qaldı, beynəlxalq vasitəçilər status-kvonu qorumağa çalışaraq işğalçını daha da silahlandırdılar.

Azərbaycan isə öz haqq işini özü həll etdi. 44 günlük Vətən müharibəsində əldə olunan hərbi qələbə Kəlbəcərdə diplomatik zəfərə çevrildi – rayon bir güllə atılmadan geri qaytarıldı. Prezident İlham Əliyevin çevik diplomatiyası və dəmir iradəsi beynəlxalq hüququn siyasi iradə və real güclə təmin oluna biləcəyini bütün dünya ictimaiyyətinə göstərdi.

Bu gün Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağın hər guşəsində həyat yenidən dirçəlməyə başlayıb – Böyük Qayıdışın Kəlbəcərə ilk köçü artıq reallaşıb. Prezidentin iştirakı ilə dörd yeni yaşayış kompleksinin təməli qoyulub və ilk mərhələdə 10 mindən çox insanın ata yurduna qayıdışı nəzərdə tutulub. Bu, sadəcə məcburi köçkünlərin öz doğma yurd yerlərinə qayıdışı deyil – Azərbaycanın gücünü, xalqın iradəsini və dövlətin prioritetlərini əks etdirən strateji proqramdır.

Yeni infrastruktur, modern üslubda çəkilən yollar, sosial obyektlər və təhlükəsizlik tədbirləri bölgənin dirçəlməsinə, əhalinin rifahına xidmət edir. Kəlbəcərdə komando hərbi hissələrinin yaradılması dövlət başçısının “Biz müharibə istəmirik, amma ayıq olmalıyıq” mesajının praktiki ifadəsidir. Azərbaycan həm sülh istəyini, həm də özünü müdafiə gücünü eyni vaxtda nümayiş etdirir.

Kəlbəcər həm də Azərbaycanın “yaşıl enerji xəritəsi”nə daxil edilir. Prezident İlham Əliyevin səfəri zamanı bölgədə regionun su ehtiyatlarından istifadə edən müasir hidroenergetika obyekti olan “Kəlbəcər Su Elektrik Stansiyası”, fotovoltaik panellərdən istifadə edərək ekoloji təmiz enerji istehsalını təmin edən “Qarabağ Günəş Elektrik Stansiyası”, külək resurslarından səmərəli istifadə ilə bölgənin enerji müstəqilliyini gücləndirən “Kəlbəcər Külək Enerji Kompleksi” kimi bərpaolunan enerji stansiyasının tikintisi xüsusi vurğulandı. Qeyd olundu ki, bu layihələr yalnız ekoloji dayanıqlığı təmin etmir, həm də Azərbaycanın enerji təhlükəsizliyini və qlobal yaşıl enerji keçidində rolunu gücləndirir.

Həmçinin oxuyun:

Azərbaycan-ABŞ birgə investisiya platforması yaradılacaq

Səfər zamanı dövlət başçısının Vəng kəndində açılışını həyata keçirdiyi “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyaları da bölgənin enerji təhlükəsizliyini balanslaşdırmağa xidmət edir. Ölkə rəhbərinin göstərişi ilə həyata keçirilən işlər nəticəsində ötən müddət ərzində Qarabağ və Şərqi Zəngəzurda ümumi gücü 307 MVt olan 38 su elektrik stansiyasının istismara verilməsi iqtisadiyyata, “yaşıl enerji”nin genişlənməsinə, ətraf mühitin qorunmasına öz töhfəsini verir.

Kəlbəcərin zəngin yeraltı sərvətləri, mədən ehtiyatları, kənd təsərrüfatı və unikal təbiəti bu bölgəni Azərbaycanın iqtisadi inkişaf xəritəsində xüsusi yerə çevirir. Burada aparılan quruculuq işləri təkcə yaşayış sahələrinin deyil, həm də yeni sənaye və turizm mərkəzlərinin formalaşmasına şərait yaradır. Mineral sular, müalicəvi iqlim və əsrarəngiz mənzərələr Kəlbəcəri gələcəyin beynəlxalq turizm məkanına çevirəcək.

Böyük Qayıdış Proqramı çərçivəsində Kəlbəcər şəhərində, eyni zamanda rayon ətrafı kənd və qəsəbələrdə də infrastruktur layihələri icra olunur: modul tipli məktəblər, enerji və su təminatı, yol tikintiləri, minalardan təmizləmə işləri həyata keçirilir. Bu, Azərbaycanın xalqının rifahının və torpaqların təhlükəsizliyin dövlətimiz üçün prioritet olduğunu bir daha göstərir.

Azərbaycanın sülh və əməkdaşlıq tərəfdarı olduğunu, lakin heç vaxt təhlükəsizlik və ərazi bütövlüyü məsələlərində güzəştə getməyəcəyini bəyan edən Prezident İlham Əliyevin Kəlbəcər səfəri və oradakı çıxışı həm də diplomatik mesajdır. Bu günün reallığında Zəngəzur dəhlizinin açılması, Naxçıvana quru bağlantının təmin edilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin işlək vəziyyətə gətirilməsi Azərbaycanın regionda strateji mövqeyini möhkəmləndirir. Azərbaycan həm hərbi, həm diplomatik, həm də iqtisadi gücü ilə bölgədə yeni reallıqlar yaradır.

Kəlbəcər səfəri bir daha göstərdi ki, Azərbaycan yalnız torpaqlarını azad etməyib – həm də o torpaqlarda yeni həyat qurur, gələcək nəsillər üçün inkişaf, təhlükəsizlik və firavanlıq təmin edir. Yaşıl enerji layihələrindən sosial proqramlara, diplomatik zəfərdən iqtisadi dirçəlişə qədər bütün istiqamətlərdə Prezident İlham Əliyevin liderliyi Azərbaycanın gücünü həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə nümayiş etdirir. Və bu onu göstərir ki, Böyük Qayıdış sadəcə köç deyil – tarixi ədalətin bərpası, milli dövlətçiliyin və Azərbaycanın gələcək strateji inkişafının simvoludur.

Cavanşir Feyziyev
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Avqust 2025 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri