Icma.az
close
up
RU
Bu torpaqlarda həyat əbədi olaraq davam edəcək Millət vəkili

Bu torpaqlarda həyat əbədi olaraq davam edəcək Millət vəkili

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

"Bu il Novruz tonqalının Xocavəndin Xanoba kəndində alovlandırılması xüsusi rəmzi məna daşıyır. Prezident  İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban Əliyeva burada xalqla birgə bayram sevincini bölüşərək bir daha nümayiş etdirdilər ki, bu torpaqlarda Azərbaycan dövlətinin iradəsi, qətiyyəti və qayğısı ən yüksək səviyyədə təmsil olunur. Cənab Prezidentin uzaqgörən siyasəti, qətiyyətli liderliyi və xalqına bağlılığı nəticəsində bu gün Qarabağda həyat yenidən dirçəlir, hörmətli Mehriban xanımın humanist fəaliyyəti, incə zövqü və milli-mənəvi dəyərlərə verdiyi töhfə isə bu dirçəlişə xüsusi ruh və mənəviyyat qatır. Onların birlikdə Qarabağda Novruzu qeyd etməsi dövlət-xalq birliyinin, gücün və milli qürurun ən parlaq təcəssümüdür".

Bunu 525.az-a millət vəkili Fatma Yıldırım deyib.  O bildirib ki,  üsusilə İkinci Qarabağ müharibəsi sonrası formalaşan yeni reallıqlar fonunda, dövlət başçısının hər il Novruz bayramını işğaldan azad olunmuş torpaqlarda qeyd etməsi artıq bir ənənəyə çevrilib. Bu ənənə xalqımızın zəfər ruhunun, torpağa bağlılığının və milli qürurunun canlı təzahürüdür. Qarabağda yandırılan hər tonqal, əslində, illərlə həsrətində olduğumuz yurd yerlərində həyatın yenidən bərpa olunmasının, o torpaqlara ruhun və nəfəsin qayıtmasının simvoludur. Mənəvi baxımdan bu addımın təsiri son dərəcə böyükdür. Çünki Novruz bayramı xalqın ruhuna yaxın, köklərimizdən gələn bir bayramdır. Bu bayramın Qarabağda keçirilməsi isə tarixi ədalətin bərpasının, milli yaddaşın dirçəlişinin və gələcəyə olan inamın gücləndirilməsidir. İnsanlarımız üçün bu görüntülər həm bayram sevinci, həm də qürur, göz yaşı və sevincin vəhdətidir: "Siyasi baxımdan isə bu ənənə çox güclü mesaj daşıyır. Bu, bütün dünyaya açıq şəkildə nümayiş etdirir ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bu torpaqlarda həyat bərpa olunub, dövlət suverenliyi tam təmin edilib. Cənab Prezidentin və Birinci vitse-prezidentin məhz orada, xalqla birlikdə bayram keçirməsi dövlətin öz torpaqlarına sahib çıxmasının, həmin ərazilərdə davamlı inkişaf və məskunlaşma siyasətinin qətiyyətli şəkildə həyata keçirildiyinin göstəricisidir.Eyni zamanda, bu addım post-münaqişə dövründə quruculuq və bərpa proseslərinin ideoloji əsasını da möhkəmləndirir. Qarabağ artıq quruculuq, inkişaf və gələcək nəsillər üçün yeni həyat məkanıdır. Novruz tonqalları isə bu yeni həyatın, dirçəlişin və ümidin simvoluna çevrilib. Mən hesab edirəm ki, bu gözəl ənənə gələcək illərdə də Prezident tərəfindən hər zaman davam etdiriləcək. Çünki bu ümumxalq səviyyəsində bir birləşdirici, ruhlandırıcı və tarixi yaddaşı möhkəmləndirən bir amildir. Qarabağda qeyd olunan hər Novruz bayramı xalqımızın zəfərinin, birliyinin və sarsılmaz iradəsinin növbəti təntənəsidir. Bu gün Qarabağda yanan tonqallar Azərbaycanın gücünün, haqqının və gələcəyə inamının rəmzidir. Bu mənzərə hər bir azərbaycanlının qəlbində sonsuz qürur hissi yaradır və bir daha sübut edir ki, bu torpaqlarda həyat əbədi olaraq davam edəcək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Mart 2026 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri