Icma.az
close
up
RU
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında könüllülərlə görüş keçirildi (FOTO)

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında könüllülərlə görüş keçirildi (FOTO)

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında AHİK könüllüləri ilə görüş keçirilib.

Konfederasiya sədri Sahib Məmmədov dövlətimizin gənclər siyasətindən söz açaraq vurğulayıb ki, gənc nəslə daim qayğı ilə yanaşan Ümummilli Liderimiz Heydər Əliyev onların hərtərəfli inkişafı, bacarıqlarının reallaşdırılması, gənclər siyasətinin institutlaşdırılması, həmçinin sosial və iqtisadi problemlərinin həlli istiqamətində tarixi addımlar atıb. 

Gənclərin potensialının dəyərləndirilməsi, vətənpərvər və savadlı kadr kimi formalaşması, onların ictimai-siyasi həyatda rolunun artırılması sahəsində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işləri vurğulayan Konfederasiya sədri Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun sağlam və bilikli gənclərin yetişməsi üçün həyata keçirdiyi proqramlardan danışıb.

Bildirilib ki, könüllü fəaliyyət, digərlərinə yardımçı olmaq, ümumi işə töhfə vermək Azərbaycan gənclərinin nəcibliyinin göstəricisidir. Eləcə də könüllülük gənclərin fərdi inkişafına və sosial məsuliyyət hissinin yüksəlməsinə kömək edir. Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirlərdə könüllülərin iştirakının ölkəmizdə könüllük hərəkatının inkişafına təkan verdiyini deyən Sahib Məmmədov dövlətimizin başçısı cənab İlham Əliyevin imzaladığı sərəncamla 2020-ci ilin "Könüllülər İli” elan edilməsinin bu sahəyə göstərilən diqqət və qayğının nümunəsi olduğunu qeyd edib.

Vurğulanıb ki, COP29-a qatılan könüllülər, o cümlədən AHİK könüllüləri də vəzifələrinin öhdəsindən layiqincə gəldilər, nümunəvi davranışları, yüksək mədəniyyətləri və işgüzarlıqları ilə diqqət çəkdilər.

Görüşdə həmçinin diqqətə çatdırılıb ki, "AHİK Könüllüləri” proqramı onların təcrübə qazanmalarında və sosiallaşmalarında əhəmiyyətli rol oynayır və gələcək karyeralarında dəstək olacaqdır.

Tədbirdə çıxış edən könüllülər təhsil aldıqları AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında təhsilin keyfiyyəti, onların hərtərəfli yetişmələri üçün görülən işlərdən söz açıblar. Könüllülər iştirakçısı olduqları "AHİK Könüllüləri” proqramı çərçivəsində keçdikləri təcrübə, qatıldıqları tədbirlər, o cümlədən COP29-a gələn xarici qonaqların yerləşməsi və iş şəraitinin təmin olunması istiqamətində könüllülük fəaliyyəti barədə danışıblar. Qeyd edilib ki, həmkarlar ittifaqları sistemində könüllülük fəaliyyəti bu təsisatın funksiyalarını, iş prinsipini, əmək hüquqlarının qorunması istiqamətində görülən işləri öyrənməyə, eləcə də gənclərin fərdi inkişafına, komandada işləmək bacarığının formalaşmasına şərait yaradır.

Konfederasiya sədri Sahib Məmmədov gənclərə azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda yetişmələrini, dövlətimizin onların hərtərəfli inkişafı, potensiallarının üzə çıxarılması, ictimai-siyasi həyatda rollarının artırılması üçün yaratdığı imkanlardan faydalanmağı tövsiyə edib.

Tədbirin yekununda könüllü gənclərə sertifikatlar və hədiyyələr təqdim olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 Noyabr 2024 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri