Icma.az
close
up
RU
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında könüllülərlə görüş FOTOLAR

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında könüllülərlə görüş FOTOLAR

Icma.az, Manset portalına istinadən məlumat yayır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında AHİK könüllüləri ilə görüş keçirilib.

Manset.az xəbər verir ki, konfederasiya sədri Sahib Məmmədov dövlətimizin gənclər siyasətindən söz açaraq vurğulayıb ki, gənc nəslə daim qayğı ilə yanaşan Ümummilli Liderimiz Heydər Əliyev onların hərtərəfli inkişafı, bacarıqlarının reallaşdırılması, gənclər siyasətinin institutlaşdırılması, həmçinin sosial və iqtisadi problemlərinin həlli istiqamətdə tarixi addımlar atıb.

Gənclərin potensialının dəyərləndirilməsi, vətənpərvər və savadlı kadr kimi formalaşması, onların ictimai-siyasi həyatda rolunun artırılması sahəsində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işləri vurğulayan Konfederasiya sədri Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun sağlam və bilikli gənclərin yetişməsi üçün həyata keçirdiyi proqramlardan danışıb.

Bildirilib ki, könüllü fəaliyyət, digərlərinə yardımçı olmaq, ümumi işə töhfə vermək Azərbaycan gənclərinin nəcibliyinin göstəricisidir. Eləcə də könüllülük gənclərin fərdi inkişafına və sosial məsuliyyət hissinin yüksəlməsinə kömək edir. Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirlərdə könüllülərin iştirakının ölkəmizdə könüllük hərəkatının inkişafına təkan verdiyini deyən Sahib Məmmədov dövlətimizin başçısı cənab İlham Əliyevin imzaladığı sərəncamla 2020-ci ilin “Könüllülər İli” elan edilməsinin bu sahəyə göstərilən diqqət və qayğının nümunəsi olduğunu qeyd edib.

Vurğulanıb ki, COP29-a qatılan könüllülər, o cümlədən AHİK könüllüləri də vəzifələrinin öhdəsindən layiqincə gəldilər, nümunəvi davranışları, yüksək mədəniyyətləri və işgüzarlıqları ilə diqqət çəkdilər.

Görüşdə həmçinin diqqətə çatdırılıb ki, “AHİK Könüllüləri” proqramı onların təcrübə qazanmalarında və sosiallaşmalarında əhəmiyyətli rol oynayır və gələcək karyeralarında dəstək olacaqdır.

Tədbirdə çıxış edən könüllülər təhsil aldıqları AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında təhsilin keyfiyyəti, onların hərtərəfli yetişmələri üçün görülən işlərdən söz açıblar. Könüllülər iştirakçısı olduqları “AHİK Könüllüləri” proqramı çərçivəsində keçdikləri təcrübə, qatıldıqları tədbirlər, o cümlədən COP29-a gələn xarici qonaqların yerləşməsi və iş şəraitinin təmin olunması istiqamətində könüllülük fəaliyyəti barədə danışıblar. Qeyd edilib ki, həmkarlar ittifaqları sistemində könüllülük fəaliyyəti bu təsisatın funksiyalarını, iş prinsipini, əmək hüquqlarının qorunması istiqamətində görülən işləri öyrənməyə, eləcə də gənclərin fərdi inkişafına, komandada işləmək bacarığının formalaşmasına şərait yaradır.

Konfederasiya sədri Sahib Məmmədov gənclərə azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda yetişmələrini, dövlətimizin onların hərtərəfli inkişafı, potensiallarının üzə çıxarılması, ictimai-siyasi həyatda rollarının artırılması üçün yaratdığı imkanlardan faydalanmağı tövsiyə edib.

Tədbirin yekununda könüllü gənclərə sertifikatlar və hədiyyələr təqdim olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:211
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 28 Noyabr 2024 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri