Azərbaycan həndbolçusu: Avropa Kubokunda final fitinə qədər mübarizə aparacağıq
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 18 avqust, AZƏRTAC
Püşkatmada qarşımıza çıxan komanda ilə oynaya biləcəyimizi düşünürəm. Hesab edirəm ki, bu rəqibi məğlub etməyə gücümüz çatar.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Kür” komandasının həndbolçusu Səkinə Musayeva Avropa Kubokuna hazırlıq prosesi və rəqib barədə danışarkən deyib.
O, təlim-məşq toplanışının gedişatından bəhs edib: “Komandamız ilkin mərhələdə ikihəftəlik təlim-məşq toplanışında iştirak etdi. Bu hazırlıq dövrünün ardından həndbol üzrə planlı məşqlərimizə tam şəkildə start verildi”.
Səkinə Musayeva II təsnifat mərhələsindəki rəqibləri olan Kiprin APOEL klubu ilə qarşılaşmanı da dəyərləndirib: “Bu il püşkatmada qarşımıza çıxan komanda bizə tanışdır. Rəqibə hörmətlə yanaşsaq da, inanırıq ki, düzgün hazırlıq və nümayiş etdirəcəyimiz komanda oyunu ilə uğurlu nəticə qazanmaq üçün hər cür imkanımız var. Qarşıya qoyduğumuz əsas məqsəd Avropa Kubokunda ölkəmizi layiqincə təmsil etmək və ilk mərhələni uğurla keçməkdir. Bunun üçün məşqçi heyəti və idmançılar böyük məsuliyyətlə çalışırlar. Meydanda final fiti səslənənə qədər mübarizə aparacaq, əlimizdən gələni edəcəyik. İnanırıq ki, əzmimiz, nizam-intizamımız və komanda ruhumuz sayəsində azarkeşlərimizi sevindirəcək nəticələr əldə edəcəyik”.
Qeyd edək ki, “Kür” və APOEL arasında oyunlar bu ilin oktyabr ayında Mingəçevirdə yerləşən "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 18 Avqust 2026 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















