Icma.az
close
up
RU
Azərbaycan hərb tarixinin daha əhatəli öyrənilməsində yeni təşəbbüs

Azərbaycan hərb tarixinin daha əhatəli öyrənilməsində yeni təşəbbüs

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 28 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Sərəncamı ilə yaradılmış Milli Müdafiə Universiteti Azərbaycanda hərbi təhsilin və hərb elminin inkişafında yeni bir səhifə açdı. Bu Sərəncamdan sonra Müdafiə Nazirliyinin tabeliyində olan xüsusi təyinatlı təhsil müəssisələrində hərbi təhsilin səmərəliyini daha da artıra biləcək struktur dəyişikliyi həyata keçirildi, yeni təhsil müəssisələri yaradıldı, müstəqil Hərbi Elmi Tədqiqat İnstitutu təşkil edildi. Bu institutda respublikanın tanınmış alimləri elmi-tədqiqat işləri aparır, hərb elminin müxtəlif aktual sahələri ilə məşğul olurlar. Tarix elmləri doktoru, professor, istefada olan polkovnik Mehman Süleymanov da belə alimlərdən biridir. Mehman Süleymanov Azərbaycan Ordusunun təşkilinin ilk aylarından ordu sıralarında xidmətə başlamış, Azərbaycanda hərb elminin təşkilatlanmasında və formalaşmasında dəyərli işlər görmüşdür. Bütün xidmət yolunu Azərbaycanın hərb tarixinin ən aktual mövzularının araşdırılmasına həsr edən Mehman Süleymanov Azərbaycan Respublikası Silahlı Qüvvələrində ilk dəfə həm namizədlik dissertasiyası, həm də ilk dəfə doktorluq dissertasiyası müdafiə edib. Mehman Süleymanov respublika daxilində kifayət qədər tanınmış bir alimdir. Onun Azərbaycanda gənc tarixçi alimlərin yetişməsində də dəyərli rolu olub. Son bir neçə il ərzində o, Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix institutunun nəzdində fəaliyyət göstərən Müdafiə Şurasının sədr müavini olub.

Bu fikirlər Əməkdar jurnalist Rəşid Hüseynovun AZƏRTAC-a təqdim etdiyi yazıda yer alıb.

Bildirilib ki, Mehman Süleymanovun Azərbaycanın hərbi və hərbi-siyasi tarixinin müxtəlif mövzularına həsr etdiyi sanballı işləri elmi dairələr və ictimaiyyət maraqla qarşılayıb. Bu marağın nəticəsidir ki, M.Süleymanovun “Nadir şah” və “Gülüstan müqaviləsi” monoqrafiyaları Mədəniyyət Nazirliyinin nəzdində yaradılmış xüsusi komissiya tərəfindən təkrar çapa tövsiyə olunub. “Nadir şah” və “Gülüstan müqaviləsi” kitabının 1-ci cildi artıq işıq üzü görüb. Kitabın ikinci cildi yaxın zamanlarda işıq üzü görəcək. Mədəniyyət Nazirliyi həmin kitabları respublika kitabxanaları fondlarının zənginləşdirilməsi məqsədi ilə nəşr etdirib.

Bu kitabların hər ikisi Azərbaycan tarixinin çox maraqlı səhifələrinin öyrənilməsinə həsr edilib. Hər iki monoqrafiyanın yazılması üçün müəllif Azərbaycan, türk, fars, rus və ingilis dilində mövcud olan ilkin mənbələrdən və mötəbər ədəbiyyatlardan istifadə edilib. Nəticədə Şərqin böyük fatehi olan Nadir şahın həyatının və təsvirlərə sığmayan sərkərdəlik qabiliyyətinin bütöv elmi mənzərəsi yaradılıb.

“Gülüstan müqaviləsi” monoqrafiyası Azərbaycan xalqının tarixində heç zaman unudulmayacaq mürtəce bir tarixi hadisəyə həsr edilib. Azərbaycan ictimaiyyətinin yaddaşında nisgilli izlər qoymuş bu hadisənin baş verməsinə aparan tarixi yol ilk dəfədir geniş və əhatəli şəkildə araşdırılıb. Kitabda Azərbaycanın dövlətçilik tarixində xüsusi bir mərhələ olan xanlıqların meydana gəlməsi, onların mövcudluğu, Rusiya imperiyasına qarşı apardığı mübarizəsi geniş işıqlandırılıb. Təqdirəlayiq bir haldır ki, Mədəniyyət Nazirliyi bu kitabın çoxaldılaraq respublika kitabxanalarına yayılması haqqında qərar verib. Nəticədə respublikada daha çox oxucu Azərbaycan torpaqlarının bölünməsini rəsmiləşdirilmiş bu hadisəyə və ona qarşı tarixi mübarizəyə aparan yol haqqında geniş və mötəbər məlumat ala biləcək.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satın alınması üzə Komissiyasının 2025-ci il 15 dekabr tarixli iclasında növbəti ildə Mehman Süleymanovun daha üç kitabının nəşri haqqında qərar verilib. Bu kitablar siyasi elmlər üzrə fəlsəfə doktoru Nəsrin Süleymanlı ilə birlikdə yazılmış “Vətən müharibəsinin salnaməsi”dir. Bu üç cildlik monoqrafiya Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazılmış böyük Zəfərin qazanılması üçün aparılmış Vətən müharibəsinin tarixinin araşdırılmasına həsr edilib. Təxminən 30 il davam edən erməni işğalçılığının aradan qaldırılması, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edilməsi uğrunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə xalqın, dövlətin və Silahlı Qüvvələrin fədakar mübarizəsi, bu müharibənin Qələbə ilə başa çatdırılması üçün diplomatiya və informasiya sahəsində tarixi fəaliyyət geniş şəkildə təhlil edilərək oxuculara çatdırılıb.

Mədəniyyət Nazirliyinin həmin Komissiyası tərəfindən mötəbər sənədlər və faktlar əsasında hazırlanmış bu monoqrafiya Vətən müharibəsinin elmi şəkildə öyrənilməsi baxımından dəyərli bir iş kimi qiymətləndirilib, onun daha geniş auditoriyaya yayılması haqqında təşəbbüs qaldırılıb.

Mədəniyyət Nazirliyinin bu qərarı Milli Müdafiə Universiteti çərçivəsində Azərbaycanın hərb tarixinin, o cümlədən Vətən müharibəsi tarixinin öyrənilməsi istiqamətində dəyərli işlər görülməsinə əlavə bir stimuldur, tariximizə, tariximizin öyrənilməsinə böyük, gərəkli töhfədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Dekabr 2025 04:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see604

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see426

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see307

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see294

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see277

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see267

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see264

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see241

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see221

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see212

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see210

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see202

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see193

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see192

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see191

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see189

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see182

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see177

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see175

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri