Icma.az
close
up
RU
Azərbaycan hotellərinin yanğına hazırlıq səviyyəsi nə yerdədir?

Azərbaycan hotellərinin yanğına hazırlıq səviyyəsi nə yerdədir?

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyədə baş verən hotel yanğınlarından sonra beynimizdə yaranan suallardan biri də budur: "Azərbaycan hotellərinin yanğına hazırlıq səviyyəsi nə yerdədir?"

Oxu.Az-ın əməkdaşı mövzu ilə bağlı rəsmi qurumdan və ekspertdən rəy alıb.

Təhlükəsizlik üzrə ekspert Orxan Musayev bildirib ki, Azərbaycan hotellərində yanğın təhlükəsizliyi ilə bağlı mövcud vəziyyət o qədər də ürəkaçan deyil:

"Yanğın hadisələrinə hazırlıq səviyyəsi yüksək olmalı və ümumən yanğın hadisələrinin baş verməməsi üçün kompleks tədbirlər görülməlidir. Türkiyədə hoteldə baş verən faciəli yanğın hadisəsi onu göstərdi ki, bu kateqoriyalı ictimai iaşə obyektlərində yanğın təhlükəsizliyi məsələlərinə daha da ciddi yanaşılmalıdır. Hotellərdə ərazinin həcminə uyğun ilkin yanğınsöndürmə vasitəsi hesab edilən odsöndürən balon, tərkibində bel, lom və içində qum olan qutu olmalıdır. Binalarda yanğınla bağlı xəbərdaredici qurğular və avtomatik yanğınsöndürmə sistemləri quraşdırılmalıdır. İnsanların fövqəladə hallar zamanı sağlam və təhlükəsiz təxliyə olunmaları üçün təxliyə pilləkənləri mövcud olmalı, maneəsiz keçidlər yaradılmalıdır. Sadalanan sistemlərin təkcə mövcudluğu kifayət etmir. Onlara daim texniki xidmət olunmalı, saz vəziyyətdə saxlanılması isə təmin edilməlidir. Yanğın təhlükəsizliyi tədbirlərinin işlənib hazırlanmasına və saz vəziyyətdə saxlanılmasına hotelin sahibi məsuliyyət daşıyır".

O.Musayev əlavə edib ki, ildə bir dəfə FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən hotellərdə yoxlamalar təşkil olunur:

"Sahibkarlar yoxlamalar zamanı cərimələrdən yayınmaq üçün deyil, insanların həyat və sağlamlıqlarının sığortalanması və etibarlı olması üçün yanğın təhlükəsizliyinə ciddi yanaşmalıdırlar. Yanğın hadisələri zamanı hotelin işçi heyəti davranış qaydalarını mükəmməl bilməlidir. Bu məqsədlə işçilərə dövri olaraq nəzəri və praktiki təlimlər keçirilməlidir".

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, ölkə ərazisində mehmanxanaların yanğın təhlükəsizliyi "Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu", "Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları" və "Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi Qaydaları" ilə tənzimlənir:

"Qüvvədə olan qanunvericiliyə görə, mülkiyyət formasından asılı olmayaraq, bütün obyektlərdə olduğu kimi mehmanxanalarda və mehmanxana tipli obyektlərdə də binaların, qurğu və otaqların yanğın təhlükəsizliyinin təmin olunmasına görə məsuliyyət bu müəssisələrin rəhbərlərinin üzərinə düşür.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) səlahiyyətləri çərçivəsində obyektlərdə yanğın təhlükəsizliyi qaydalarının tələblərinin yerinə yetirilməsi, o cümlədən avtomatik yanğınxəbərverici siqnalizasiya qurğularının, eləcə də digər yanğından müdafiə vasitələrinin mövcudluğu və sazlığına müvafiq dövrülüklə həyata keçirdiyi yoxlamalar zamanı nəzarəti təmin edir. Yoxlamalar zamanı nöqsanlar aşkar edildikdə cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinə uyğun dərhal inzibati xəta haqqında protokol tərtib edilir, tələbnamə yazılı şəkildə obyekt rəhbərinə təqdim olunur və çatışmazlıqların aradan qaldırılması onlardan tələb edilir. Əgər qeyd olunan nöqsanlar aradan qaldırılmazsa, qanunvericilikdə nəzərdə tutulmuş digər inzibati məsuliyyət tədbirləri tətbiq edilir.

Bununla yanaşı, DYNX mehmanxanalarda mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirir, mehmanxana əməkdaşları yanğın təhlükəsizliyi qaydaları barədə məlumatlandırılır, onlara nazirlik tərəfindən hazırlanmış maairfləndirici vəsaitlər (videoçarx, broşür və s.) təqdim olunur. Həmçinin mütəmadi olaraq mehmanxananın əməkdaşları, o cümlədən xidməti və texniki heyətlərin iştirakı ilə praktiki məşq və təlimlər keçirilir".

Azərbaycan hotellərinin yanğına hazırlıq səviyyəsi nə yerdədir?

Məhərrəm Əliyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 Yanvar 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri