Icma.az
close
up
RU
Azərbaycan təhsilində müəllimlərin hazırlıq səviyyəsi aşağıdır AÇIQLAMA

Azərbaycan təhsilində müəllimlərin hazırlıq səviyyəsi aşağıdır AÇIQLAMA

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Müəllim təhsili və peşəkarlıq səviyyəsi birbaşa ölkənin təhsil sisteminin keyfiyyətini müəyyənləşdirən əsas faktorlardan biridir. Hazırda Azərbaycan təhsilində əsas problemlərdən biri məhz müəllimlərin hazırlıq səviyyəsi, tədris metodları və davamlı inkişaf imkanlarının məhdudluğudur".

Redaktor.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Kamran Əsədov deyib. Onun fikrincə, bunun bir neçə səbəbi var:

Pedaqoji universitetlərdə təhsil proqramlarının müasir tələblərə cavab verməməsi, tələbələrin praktiki bacarıqlarının zəif olması, Onların işə qəbulu sistemində obyektivlik və səmərəlilik problemləri, sertifikasiya prosesinin real peşəkar inkişaf vasitəsinə çevrilməməsi, maaşlarının və sosial statusunun cəlbedici olmaması səbəbindən bu sahəyə marağın azalması eləcə də interaktiv və layihə əsaslı təhsilin kifayət qədər tətbiq olunmaması əsas problemlərdəndir. 

OECD və PISA qiymətləndirmələrində Azərbaycan şagirdlərinin nəticələri dünya səviyyəsində geridə qalır. Finlandiya, Sinqapur və Estoniya kimi ölkələrdə müəllimlərin peşəkarlığına ciddi sərmayə qoyulur, onlara güzəştlər tətbiq olunur. Məsələn, Finlandiyada müəllim olmaq üçün ən yaxşı tələbələr seçilir və təhsilləri dövlət tərəfindən tam maliyyələşdirilir, Sinqapurda hər il yeni metodikalar öyrənir və mentorluq sistemi ilə inkişaf etdirilir, Estoniyada isə təhsil rəqəmsallaşdırılıb, müəllimlər texnologiyadan effektiv istifadə edir".

Ekspert, təhsil sektorunun gücləndirilməsi üçün bir neçə təklif irəli sürüb:

"- Pedaqoji universitetlərdə islahatlar – Müasir kurikulumlar və praktiki təcrübələrin artırılması.
- Davamlı inkişaf və ixtisasartırma proqramları – Müəllimlərin biliklərini yeniləməsi üçün real imkanların yaradılması.
- Maaş və sosial təminatın artırılması – Peşənin nüfuzunu yüksəltmək üçün dövlət dəstəyinin gücləndirilməsi.
- Müasir tədris metodlarının tətbiqi – STEAM, layihə əsaslı öyrənmə və interaktiv dərs modellərinin genişləndirilməsi.

Təhsilin keyfiyyətini artırmaq üçün müəllimlərin peşəkar inkişafı prioritet olmalıdır. Əgər biz real dəyişiklik istəyiriksə, müəllim hazırlığını və davamlı inkişafını gücləndirmək üçün təcili islahatlar aparmalıyıq. Müasir, savadlı və motivasiyalı müəllimlər yetişdirmədən təhsil sistemimizin irəliləməsi mümkün deyil".

Türkan İSGƏNDƏRLİ
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Fevral 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri