Icma.az
close
up
RU
Azərbaycan idman dövləti kimi öz gücünü təsdiqləyir Vüqar Rəhimzadə

Azərbaycan idman dövləti kimi öz gücünü təsdiqləyir Vüqar Rəhimzadə

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qalib, bütövləşən, yeni dövrə qədəm qoyan Azərbaycandan bəhs edərkən bütün sahələrdə davamlı uğurların əldə edildiyini böyük inam və qürur hissi ilə qeyd edirik. Buna əsas verən ölkənin hərtərəfli inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməsi, hər bir sahə üzrə Dövlət Proqramlarının qəbulu və uğurlu icrasıdır. Elə bir sahə yoxdur ki,  dövlətin siyasətində prioritet istiqamət kimi diqqətdə olmasın.  Dekabrın 24-də cari ilin  idman yekunlarına həsr olunan mərasim keçirildi. Dövlət başçısı İlham Əliyev çıxışında “2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olmuşdur” söyləyərək Azərbaycan idmançılarının beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etdiyini, 1700-ə yaxın medal qazanıldığını diqqətə çatdırdı. Bildirdi ki, bu, idmanımızın inkişaf etdiyini,  yeni nəsil idmançıların yetişdiyini və Azərbaycanın idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqlədiyini nümayiş etdirir.

Nəzərə alsaq ki, idman da bir siyasətdir, bu halda Azərbaycan idamançılarının qazandığqları qələbələrin ölkəmizin təqdimatında  nə qədər böyük əhəmiyyət kəsb etdiyini aydın görə bilərik.  İdmançılarımızın qələbələri Dövlət Himnimizin səsləndirilməsi, Azərbaycan Bayrağının ucaldılması ilə müşayiət olunur. Bu, qalib Azərbaycanın təqdimatının mühüm tərkib hissəsidir. Dövlətimizin başçısı İlham Əliyev çıxışında idmanın cəmiyyətimizin ayrılmaz hissəsi olduğunu önə çəkərək qeyd etdi ki, idmanın və idman qələbələrinin ictimai məkanda çox böyük rolu var. Xüsusilə gənc nəslin yetişdirilməsi, vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması üçün idman amili çox böyük məna daşıyır. Vətənpərvərlik amili daim diqqətdə olmalıdır.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, gənclərimizin vətənpərvəlik, milli ruhda böyüməsi, tərbiyə olunması  əsas çağırışlar sırasındadır. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında, müsahibələrində daim Azərbaycan gəncinin  vətnpərvəliyinidən, Vətən, torpaq sevgisindən geniş bəhs edir. 44 günlük İkinci Qarabağ müharibəsi və bir günlük  lokal antiterror tədbirləri  gənclərimizin yüksək vətənpərvərliyinin nümayişi oldu. Canları, qanları ilə tarix yazan gənclərimiz bir daha bu  reallığı təsdiqlədilər ki, torpaq, əgər uğrunda ölən varsa,  Vətəndir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin “İrəli!” əmrini yüksək səviyyədə qəbul edən və ilk gündən  qələbə müjdələri ilə xalqımızı sevindirən Azərbaycan Ordusunun, gəncinin qəhrəmanlığı, şücaəti artıq dastana çevrilib.

Vüqar Rəhimzadə vurğulayıb ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idmanla yanaşı, hərbi və fiziki hazırlıq da əhəmiyyətli rol oynayır.  Prezident İlham Əliyevin qeyd etdiyi kimi, fiziki güc mənəvi saflığa da yol açır. Azərbaycan gənci məhz belə olmalıdır - vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən saf, öz xalqına, dövlətinə bağlı, heç bir kənar təsirə boyun əyməyən və ləyaqətli Azərbaycan gənci.

Azərbaycan tarixi Zəfəri, ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə malik olduğu imkanları, gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirdi. Təbii ki, bügünkü uğurlara yol açan əsas amil  Ümummilli Lider Heydər Əliyevin  düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yaradılan möhkəm təməl və bu xəttin son 21 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Ölkəmizdə idmanın kütləviliyinin təmin edilməsi üçün bütün zəruri addımlar atılıb və atılır. 2015-ci ildə ilk Avropa Oyunlrına, 2017-ci ildə  IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edən Azərbaycan  bu sahədə mövcud imkanlarını və  beynəlxalq  tədbirlərin yüksəksək səviyyədə təşkili işini və  məsuliyyətini  təqdim etdi. 

Milli Məclisin deputatı bildirib ki, qalib Azərbaycanın yeni dövrünün hədəflərində  idmanın inkişafı xüsusi qeyd edilir. Prezident İlham Əliyev çıxışında onu da bildirdi ki, bütün lazımi qərarlar verilib, bütün müvafiq strukturlar, federasiyalar, klublar, idman cəmiyyətləri, Olimpiya Komitəsi, nazirlik vahid strategiya əsasında fəaliyyət göstərirlər. Federasiyalarda gücləndirmə işləri aparılmışdır. Həm ənənəvi medal gətirən, həm də bu günə qədər o qədər də inkişaf etməyən idman növlərində növbəti irəliləyiş olacaq. Hazırda  bölgələrimizdə 44 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Bakı şəhərində ən müasir idman infrastrukturu vardır. Mötəbər Avropa Oyunlarının,  İslam Həmrəylik Oyunlarının ardınca bu ilin noyabr ayında   COP29 beynəlxalq iqlim konfransının da Olimpiya Stadionunda təşkili idman infrastrukturumuzun təqdimatında öz sözünü dedi. 197 ölkə, 76 min qeydiyyatdan keçmiş iştirakçının təmsil olunduğu bu mötəbər tədbirin yüksək səviyyədə təşkilatçılığı beynəlxalq aləmdə təqdir edildi.

Vüqar Rəhimzadə hazırkı dövrün əsas hədəflərindən birinin azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri olduğunu önə çəkərək bildirib ki, bu ərazilərimiz müasir  tələblər səviyyəsində yenidən qurulur. Dövlətimizn başçısı İlham Əliyev çıxışında bu məsələyə də diqqətini yönəltdi. Bildirdi ki, bu torpaqlarda idman infrastrukturu da yaradılır. Bəziləri hesab edə bilər ki, bu, bir az tezdir. Amma bu, mütləq olmalıdır. Çünki  idman obyektlərinin həm rəmzi mənası, həm də funksional tərəfi var.  Ağdam şəhərində yeni, bütün beynəlxalq standartlara cavab verən stadion inşa edilir. Füzuli şəhərində Olimpiya İdman Kompleksinin təməli qoyulub. Suqovuşan və Köndələnçay su anbarlarında artıq beynəlxalq avarçəkmə yarışları keçirilir. Şuşa şəhərində bir neçə idman yarışı keçirilib.  Bir il bundan əvvəl Xankəndi stadionunda  tarixi futbol yarışı keçirildi. Bu stadionun da yenidən qurulması prosesi gələn il başa çatacaq. 

Azərbaycanın bütün sahələrdə beynəlxalq tədbirlərə ev sahibliyi zəngin təcrübəyə malik olduğunun  göstəricisidir. Gələn il ölkəmiz növbəti böyük idman yarışına ev sahibliyi edəcək. Belə ki, Üçüncü MDB Oyunları Azərbaycanda keçiriləcək. Bunun üçün 14 şəhər seçilib və əsas oyunlar Gəncə şəhərində keçiriləcək. Gəncə şəhəri MDB Oyunlarının mərkəzi olacaq. Gəncədə yeni stadion inşa edilir və Oyunlara qədər istismara veriləcək. Bir neçə ay bundan əvvəl Gəncədə ölkəmizin ən böyük Olimpiya İdman Kompleksi açılıb.  Üçüncü MDB Oyunlarında 7 min idmançının iştirakı gözlənilir. Nizami yurdu olan Gəncə bütün MDB məkanına və daha geniş coğrafiyaya öz gözəlliyini, eyni zamanda, tarixi simasını və müasirliyini təqdim edəcək. 

Millət vəkili Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyini şərtləndirən amillər sırasında  ölkəmizdə mövcud  ictimai-siyasi sabitliyi xüsusi qeyd edib. Bu gün dünyada gedən proseslər göz qabağındadır. Qanlı toqquşmalar, müharibələr, münaqişələr, bəzi ölkələrin digər ölkələrin işlərinə müdaxiləsi nəticəsində  vəziyyətin gərginləşməsi diqqətdən kənarda qalmır. Azərbaycan sabitlik məkanı kimi tanınır. Ölkəmiz sabitləşdirici, birləşdirici aktora çevrilib. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi,  xalq-iqtidar birliyi, cəmiyyətdəki həmrəylik, vahid siyasi baxışlarımız, təbii ki, bizim tarixi Zəfərimiz və bir çox digər amillər bizi bu çətinliklərdən, çağırışlardan sığortalayır. Artıq 30 ilə yaxındır ki, Azərbaycan sabitlik şəraitində yaşayır və bundan sonra əbədi sabitlik şəraitində yaşayacaq.

Vüqar Rəhimzadə  onu da bildirib ki, Prezident İlham Əliyevin hər bir çıxışı  mühüm çağırışlarla zəngin olur. Bu baxımdan dövlət başçısı sözügedən çıxışında idman ictimaiyyətinə mühüm mesajlarını çatdırdı. İşğaldan azad edilmiş ərazilərimizdə  həyatın yenidən, sıfırdan qurulduğunu önə çəkən dövlətimizin başçısı vurğuladı ki,  icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq. Böyük coğrafiyada, 15-16 min kvadratkilometr ərazidə,  hansı ki, Ermənistan onu tamamilə yerlə-yeksan edib,  müasir, rahat, yeni həyat qurulur: “Ona görə mənim idmançılara, idman ictimaiyyətinin nümayəndələrinə tövsiyəm odur ki, o bölgələrə və bütövlükdə digər bölgələrə də tez-tez getsinlər, orada həm görüşlər keçirsinlər, həm də ki, gənc idman istedadlarını seçsinlər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Dekabr 2024 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see188

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see187

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see145

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see145

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see143

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see143

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see142

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see141

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see136

Qəzzada iki il ərzində ölənlərin sayı açıqlandı

29 Noyabr 2025 23:46see134

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see130

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see130

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see130

Hollivud ulduzunun 71 yaşı var, amma 32 vermək olur VİDEO

30 Noyabr 2025 05:05see129

Ayda həyatın mövcudluğunu 100 faiz inkar etmək mümkün deyil...

30 Noyabr 2025 00:35see127

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see127

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see127

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see127

Trampın xanımı şirkət yaradacaq

30 Noyabr 2025 15:38see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri