Icma.az
close
up
RU
Azərbaycan Pakistan: bir dostluq modeli Vüqar Rəhimzadə

Azərbaycan Pakistan: bir dostluq modeli Vüqar Rəhimzadə

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

:
Azərbaycanın xarici siyasət uğurlarının davamlılığı hazırda ayrı-ayrı dövlətlərlə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafında özünün aydın ifadəsini tapır. Tarixi Zəfəri, ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycan xarici siyasətinin dəyişməz prinsipləri fonunda yeni körpülər qurmaqla yanaşı, ənənəvi tərəfdaşları ilə əlaqələrini uğurla davam etdirir. Dövlət başçısı İlham Əliyevin yeni dövrün hədəflərini açıqlayarkən səsləndirdiyi “Kim bizimlə ikitərəfli formatda, qarşılıqlı hörmət əsasında əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da ki, bizi əsassız olaraq ittiham edəcək, ya da ki, hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq! Azərbaycan çoxdan özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqləyib. Xüsusilə, tarixi Zəfərimizdən sonra bizim beynəlxalq nüfuzumuz bir neçə dəfə artıb” çağırışı özündə əsas məqamları ehtiva edir. Azərbaycan qarşılıqlı etimada əsaslanan münasibətlərin tərəfdarıdır və bunu atdığı addımlarda nümayiş etdirir.

44 günlük İkinci Qarabağ müharibəsi əbəs yerə həqiqət anı kimi dəyərləndirilmədi. Bu müharibə sözün həqiqi mənasında kimin haqqın, ədalətin, kimin isə şərin, təcavüzkarın yanında olduğunu açıqladı. Müharibənin başlandığı ilk andan Azərbaycana mənəvi və siyasi dəstək göstərən Türkiyə və Pakistan qədim tarixə söykənən əlaqələrimizin təməlində dostluq və qardaşlıq prinsiplərinin dayandığını bir daha nümayiş etdirdilər. Tarixi Zəfərimizdən sonra daha da möhkəmlənən Azərbaycan-Türkiyə-Pakistan birliyi, həmrəyliyi bunun bariz nümunəsidir. Hər üç ölkə dünyaya qardaşlığın nümunəsini göstərir.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, qarşılıqlı səfərlərin dinamikliyi münasibətlərimizin aydın mənzərəsini yaradır. Belə ki, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif fevralın 23-də ölkəmizə dövlət səfərinə gəlib. Hər bir səfər keçilən yolun təhlilini bir zərurətə çevirməklə yanaşı, münasibətlərdə yeni səhifənin başlanğıcı kimi dəyərləndirilir. Dövlət başçısı İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə təkbətək və geniş tərkibdə görüşlər keçirdi, həmçinin Azərbaycan və Pakistan liderləri səfərin mahiyyətini, iki ölkənin münasibətlərinin dünənini və gələcəyini özündə əks etdirən mətbuata birgə bəyanatla çıxış etdilər. Prezident İlham Əliyev geniş tərkibdə görüşdə bildirdi ki, səfər ölkələrimiz arasında qardaşlıq əlaqələrini gücləndirəcək. Biz beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməkdə davam edəcəyik

Azərbaycan-Pakistan münasibətlərinin dinamikası haqqında aydın təsəvvürə malik olmaq üçün son üç ildə iki ölkənin dövlət və hökumət başçılarının səfərlərinə diqqət yetirmək kifayətdir. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif 2023-cü ildə ölkəmizə rəsmi, Prezident İlham Əliyev ötən il Pakistana dövlət səfəri etdilər. Dövlətimizin başçısının reallaşdırdığı səfər çərçivəsində 15 sənədin imzalanması münasibətlərimizin bugünkü və gələcək inkişafında əhəmiyyətli rol oynayır. Ötən il, eyni zamanda, dövlət başçısı İlham Əliyevin ölkəmizin ev sahibliyi etdiyi COP29 iqlim konfransı çərçivəsində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşü oldu. Hər iki tərəf qarşılıqlı səfərlərin intensivləşməsinin və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğuladı. Həmçinin Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlığının önəmi qeyd edildi. Məlumdur ki, tarixi Zəfərimizin reallıqları əsasında Azərbaycan və Türkiyə qardaşlığının, müttəfiqliyinin təsdiqi kimi Şuşa Bəyannaməsinin ardınca, Bakı Bəyannaməsi də imzalandı. Bu sənəd Bakıda bir araya gələn Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrləri tərəfindən imzalandı. Hər bir sənəd münasibətlərin inkişafında öz sözünü deyir. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin budəfəki səfəri çərçivəsində də münasibətlərimizin gələcək inkişafında yol xəritəsi olacaq sənədlər imzalandı.

Vüqar Rəhimzadə bu məqamı xüsusi vurğulayıb ki, tərəfdaşlığımızın təməlini sarsılmaz dostluğumuz, Pakistan və Azərbaycan xalqlarının bir-birinə münasibətdə qardaşlıq hissləri, ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətimiz təşkil edir. Ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməkdə davam edir. Onu da qeyd edək ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub ki, bu da iki ölkə arasında formalaşan sıx münasibətlərin başlanğıcı hesab edilir. Həmin dövrdən etibarən Bakı ilə İslamabad arasında strateji tərəfdaşlıq sürətlə inkişaf etməyə başlayıb, dövlətlərarası münasibətlər qarşılıqlı hörmət və etimad prinsipləri əsasında daha da möhkəmlənib. İki ölkə arasında təmaslar və qarşılıqlı səfərlər isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın ovaxtkı Baş naziri Benazir Bhutto ilə görüşündən sonra başlayıb. Bu görüşlə ikitərəfli əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub.

Milli Məclisin deputatı bildirib ki, Prezident İlham Əliyevin iki ölkənin münasibətlərinin inkişafı istiqamətində atdığı addımlar davamlılığı ilə diqqətdədir. Reallıq budur ki, Azərbaycan-Pakistan münasibətləri, sadəcə, iki dövlət arasında strateji tərəfdaşlıqla məhdudlaşmır, bu, eyni zamanda, qardaşlıq və qarşılıqlı etimada əsaslanan bir dostluq modelidir. Gələcəkdə bu münasibətlərin daha da dərinləşməsi və müxtəlif sahələr üzrə inkişafı üçün geniş imkanlar yaranır. İki ölkə arasında siyasi, iqtisadi, hərbi və müdafiə sahəsində əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ötən ilin dekabrında Azərbaycanın D-8 təşkilatına üzv qəbul olunması digər üzv dövlətlərlə yanaşı, Pakistanla da iqtisadi əlaqələrin inkişafında həmiyyətli rol oynayacaq. D-8 və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində iqtisadi əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdırlar. Bu qurumlar çərçivəsində yeni iqtisadi təşəbbüslərin reallaşdırılması, birgə layihələrin həyata keçirilməsi, regional bazarlara çıxış imkanlarının genişləndirilməsi müzakirə edilir. Hər iki ölkə bu əməkdaşlıq sayəsində ticarət dövriyyəsini artırmaq və iqtisadi əlaqələri daha da möhkəmləndirmək niyyətindədir. Pakistan və Azərbaycan arasında sərmayələrin təşviqi üçün hökumətlərarası işçi qruplar fəaliyyət göstərir. Bu işçi qruplar qarşılıqlı investisiya imkanlarını dəyərləndirir və sahibkarlar üçün əlverişli şəraitin yaradılması istiqamətində addımlar atır. Bütün bu təşəbbüslər, layihələr və əməkdaşlıq istiqamətləri Azərbaycan-Pakistanın iqtisadi-ticari münasibətlərinin daha da güclənməsinə xidmət edir.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın tərəfdaş ölkələrlə əlaqələrin inkişafında xüsusi diqqət göstərdiyi istiqamətlərdən biri də müdafiə sahəsidir. Bu baxımdan Azərbaycan-Pakistan əlaqələri nümunə göstərilə bilər. İndiyədək iki ölkə arasında müxtəlif səviyyələrdə müdafiə sahəsində sənədlər imzalanıb, birgə hərbi təlimlər təşkil edilib və müdafiə sənayesi istiqamətində əməkdaşlıq genişləndirilib. Pakistanın güclü hərbi sənaye potensialı, xüsusilə aviasiya və müdafiə texnologiyaları sahəsindəki təcrübəsi Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. Hərbi-texniki sahədə qarşılıqlı dəstək, təcrübə mübadiləsi və kadr hazırlığı bu əməkdaşlığın əsas istiqamətlərindəndir. Azərbaycan Ordusunun zabitləri Pakistanın nüfuzlu hərbi akademiyalarında təhsil almaq və peşəkar biliklərini artırmaq imkanı əldə edirlər. Üç qardaşın-Azərbaycan, Türkiyə və Pakistanın birgə həyata keçirdikləri hərbi təlimlər regionda sülhə, təhlükəsizliyə hədəflənir.

Millət vəkili vurğulayıb ki, iki ölkənin strateji xarakter daşıyan münasibətləri bütün sahələrdə, o cümlədən mədəniyyət və humanitar sahələrdə uğurla inkişaf edir. Hər iki xalq İslam dəyərləri, ortaq tarix və ənənələr vasitəsilə bir-birinə sıx bağlıdır. Bu yaxınlıq təkcə dövlətlərarası əlaqələrdə deyil, eyni zamanda, xalqların bir-birinə qarşı bəslədiyi dostluq və qardaşlıq münasibətlərində özünü göstərir. Son illərdə təhsil, mədəniyyət və humanitar sahələrdə əlaqələrin genişlənməsi diqqət çəkir. Təhsil sahəsində qarşılıqlı proqramların inkişafı, universitetlər arasında imzalanan memorandumlar və akademik mübadilə layihələri bu əməkdaşlığı daha da dərinləşdirir.

Pakistanın Baş nazirinin ölkəmizə səfəri çərçivəsində imzalanan sənədlər arasında mədəni və humanitar sahələrə xüsusi önəm verilib. İki ölkənin münasibətlərinin gələcəyinə gəldikdə isə deyə bilərik ki, iqtisadi layihələrin genişləndirilməsi, müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsi əsas strateji hədəflərdir. Enerji, kənd təsərrüfatı və sənaye sahələrində birgə layihələrin həyata keçirilməsi hər iki ölkənin iqtisadi inkişafına müsbət təsir göstərəcək. Hərbi sahədə müdafiə sənayesi, birgə təlimlər və strateji layihələr vasitəsilə əməkdaşlıq gücləndiriləcək. Təhsil sahəsində də əlaqələr genişlənəcək, tələbə mübadiləsi və humanitar layihələrin sayı artacaq. Bu addımlar regionda və dünyada sabitliyə töhfə verəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Fevral 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see141

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see138

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see137

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see137

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see134

Nazirlərin aylar sonra ilk görüşü: İrəvan nəyə çalışır?

13 Aprel 2025 09:02see128

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see125

Bakıda FACİƏ: iki qardaş...

13 Aprel 2025 13:46see124

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see124

İŞİD ə qarşı tarixi ittifaq: 5 ölkə güclərini birləşdirir

13 Aprel 2025 15:26see123

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see122

Bu bürclər yaxın zamanda varlanacaq ÇOX AZ QALDI

13 Aprel 2025 09:18see120

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see120

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see118

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see118

Zelenski beynəlxalq ictimaiyyətə səsləndi: “Rusiyaya qarşı daha sərt tədbirlər görün!”

13 Aprel 2025 16:15see117

ABŞ da göyərtəsində 6 nəfərin olduğu təyyarə qəzaya uğrayıb

13 Aprel 2025 08:23see117

Heydər Əliyev Mərkəzinin parkında gəzinti istirahət və incəsənət gözəlliyini seyr etmək üçün sevilən məkan FOTO

13 Aprel 2025 11:33see116

Kişilərin uğur qazanmasına mane olan 6 VƏRDİŞ

13 Aprel 2025 10:19see115

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri