Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

Vüqar Rəhimzadə: Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır

Vüqar Rəhimzadə: Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünya əhəmiyyətli enerji layihələrinin reallığa çevrilməsi ilə regional iqtisadi inkişafın aparıcı qüvvəsinə və Avratlantik məkanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən, iqtisadi artımın sürətinə görə dünya dövlətləri arasında öncüllüyünü qoruyan Azərbaycanın bütün sahələrdə, o cümlədən enerji sektorunda qazandığı təcrübə  təqdir edilir. Enerji amili dövlətimizin iqtisadi siyasətində  prioritetdir. 2015-ci ilin fevral ayından etibarən hər il keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısı hesabat dövrü ərzində Azərbaycanın enerji sektorunda qazandığı uğurların təqdimatında  əhəmiyyətli rol oynayır.
Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarına Azərbaycan və Avropa İttifaqı daxil olmaqla, 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatılıb. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak ediblər. Ötən il keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarından   bu günədək enerji diplomatiyasının uğurlarından bəhs edərkən ilk olaraq Azərbaycanın ötən il  ev sahibliyi etdiyi  COP29 tədbiri göz önünə gəlir. Bu iqlim konfransı ölkəmizin hər dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirdiyini, yeni hədəflərə nail olmaq üçün səylə çalışdığını bir daha təsdiqlədi. COP29 iqlim diplomatiyasında dönüş nöqtəsi kimi dəyərləndirildi.
Azərbaycan qlobal beynəlxalq tədbirə ev sahibliyi etdiyi zaman qeyd olundu ki, faydalı qazıntıları zəngin olan ölkələrlə sərvətləri olmayan ölkələr arasında ayrı-seçkilik və ayırıcı xətlər olmamalıdır. Əksinə, faydalı qazıntıları zəngin olan və bərpaolunan enerjiyə sərmayə qoyan ölkələr alqışlanmalıdır, onlara hücum çəkilməli deyil. Bu tədbir, eyni zamanda, Azərbaycanın malik olduğu  enerji  resurslarından səmərəli istifadə edərək  etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsində öz sözünü dedi. Dövlət başçısı İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci toplantısındakı çıxışında qeyd etdi ki, Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantı enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərimizin əlaqələndirilməsində mühüm rol oynamışdır. Komanda genişlənir. Bu isə əməkdaşlığın çox yaxşı təzahürüdür. Vaxt keçdikcə prosesdə iştirak edən ölkələrin və şirkətlərin sayı artır, onlar ortaq məqsəd ətrafında birləşir. Birinci məqsəd əməkdaşlığın gücləndirilməsidir, çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmazdı.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında  bildirib.
Millət vəkili qeyd edib ki, Cənub Qaz Dəhlizi Avropaya qaz nəqlini təmin edən mühüm enerji layihəsidir. Bu layihənin gerçəkləşməsi uzun və çətin bir proses olub. Dəhlizin təməli 1997-ci ildə qoyulsa da, 2003-cü ildə onun iqtisadi cəhətdən səmərəsiz ola biləcəyi ilə bağlı ehtimallar, həmçinin xarici təzyiqlər və müxtəlif bürokratik maneələr layihənin həyata keçirilməsini çətinləşdirdi. Lakin Prezident İlham Əliyevin siyasi iradəsi və strateji baxışı nəticəsində bu maneələr aradan qaldırıldı və layihə yeni inkişaf mərhələsinə keçdi. 2013-cü ildə Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin dörd layihəsi – “Şahdəniz”, “Cənub Qafqaz Boru Kəməri”, TANAP və TAP-ın genişləndirilməsi ilə bağlı Sərəncam imzaladı. Məhz bundan sonra Cənub Qaz Dəhlizi tam gücü ilə işlək vəziyyətə gətirildi və Azərbaycan qazının Avropaya çatdırılmasına başlanıldı. 2015-ci ildən etibarən isə Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantılarının  mütəmadi olaraq keçirilməsi layihənin beynəlxalq səviyyədə əlaqələndirilməsinə, tərəfdaş ölkələrlə əməkdaşlığın gücləndirilməsinə və Cənub Qaz Dəhlizinin uzunmüddətli dayanıqlığının təmin edilməsinə xidmət göstərir. Bu gün Cənub Qaz Dəhlizi təkcə Azərbaycanın deyil, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin əsas dayaqlarından birinə çevrilib.
Vüqar Rəhimzadə onu da əlavə edib ki, dövlət başçısı İlham Əliyev sözügedən toplantıdakı çıxışında bu reallığı da diqqətə çatdırdı. Bildirdi ki, Cənub Qaz Dəhlizi hamımız üçün böyük uğur hekayətidir. Bu gün 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bir çox ölkələrin enerji təhlükəsizliyi üçün əsas arteriyadır. İndi o, tam gücü ilə işləyir. İstər Cənubi Qafqaz Boru Kəməri, istərsə də TANAP və ya TAP - Cənub Qaz Dəhlizinin üç ayrılmaz hissəsi tam dolu işləyir. Onları genişləndirməliyik.
Milli Məclisin deputatı vurğulayıb ki,  “Əsrin müqaviləsi”nin imzalandığı 1994-cü ildən ötən 31 ilə yaxın dövr ərzində Azərbaycanın enerji sektorunda  qazandığı uğurlara diqqət yetirsək Ulu Öndər Heydər Əliyevin  bu çağırışının reallıqda öz əksini tapdığını görərik. Ümummilli Liderin müəllifi olduğu neft strategiyasının əsas tərkib hissələrindən olan  Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallığa çevrilməsi çoxlarına əfsanə kimi görünsə də iştirakçı ölkələrin-Azərbaycan, Türkiyə və Gürcüstanın siyasi iradəsi, qətiyyəti sayəsində gerçəkləşdi, Azərbaycanı regional inkişafın aparıcı qüvvəsinə çevirdi. Artıq zaman keçdikcə əməkdaşlığın coğrafiyasının genişləndirilməsinə böyük zərurət yarandı. Cənub Qaz Dəhlizi bunun bariz nümunəsidir. Layihənin uğurla reallaşması Azərbaycanın strateji tərəfdaş kimi mövqeyini gücləndirib, region ölkələri arasında əməkdaşlığı dərinləşdirib və ölkəmizin Avropanın enerji təchizatında etibarlı mənbəyə çevrilməsinə gətirib çıxarıb. Həqiqətən Cənub Qaz Dəhlizi yalnız infrastruktur layihəsi deyil, həm də qlobal enerji bazarında balans yaradan və uzunmüddətli perspektivdə strateji önəm daşıyan uğur modelidir.
Vüqar Rəhimzadə bildirib ki, dövlət başçısı İlham Əliyevin hər bir çıxışı Azərbaycanın bütün sahələrdə qazandığı uğurların təqdimatıdır. Bu baxımdan  Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında səsləndirdiyi fikirlər də dünənimiz və bugünümüz haqqında  aydın təsəvvür yaratmaqla perspektivlərin təqdimatında öz sözünü dedi. “Uzun illər ərzində Azərbaycan etibarlı tərəfdaş olub və bundan sonra da olacaq” söyləyən Prezident İlham Əliyev vurğuladı ki,  Avropa Komissiyasının yüksəkrütbəli nümayəndələrinin qeyd etdikləri kimi, Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır və Pan-Avropa qaz təchizatçısıdır. Bu, həqiqətdir. Qaz təchizatımızın coğrafiyası genişlənir.  10-cu Məşvərət Şurasından sonra əlavə 5 ölkə təbii qazımızın alıcısına çevrildi. Bu gün Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır. Onlardan 10-u Avropa ölkəsidir və 8-i isə Avropa İttifaqının üzvüdür. Avropada qaz təchizatımızın coğrafiyası birmənalı olaraq genişlənəcək. Çünki bu gün bəzi Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasında artıq iştirak edirik. Beləliklə, qaz təchizatımızın coğrafiyası birmənalı olaraq müxtəlif yollarla, o cümlədən interkonnektorlar vasitəsilə genişlənəcək.
Millət vəkili hər dövrün çağırışlarını yüksək səviyyədə cavablandıran Azərbaycanın enerji sektorunda qazandığı uğurların ümumiləşdirilmiş ifadəsi olaraq qeyd edib ki, Azərbaycan yalnız qaz ixracatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji mənbələrinə sərmayə yatıran ölkə kimi də mövqeyini möhkəmləndirir. Ölkəmiz yaşıl enerji sahəsində böyük potensiala malikdir və qarşıdakı illərdə bu sahənin inkişafı üçün daha böyük addımlar atmağı planlaşdırır. Tədbir çərçivəsində enerji sahəsində əməkdaşlıq haqqında sənədlərin imzalanması da bunun təsdiqidir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Aprel 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see451

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see413

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see295

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see293

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see287

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see260

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see257

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see244

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see229

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see226

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see222

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see222

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see210

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see208

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see206

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see204

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see202

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see201

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see187

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri