Azərbaycan idmançıları yarımfinalda
Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında Azərbaycan idmançıları uğurlu çıxışlarını davam etdirirlər.
Futbolpress.az xəbər verir ki, batut gimnastikasının fərdi proqramında mübarizə aparan təmsilçilərimizdən Selcan Mahsudova 56,390 xal toplayaraq təsnifatı 12-ci pillədə başa vurub və yarımfinala yüksəlib. Kişilərin fərdi yarışında qüvvəsini sınayan Maqsud Mahsudov isə 62,180 xalla 10-cu yeri tutaraq yarımfinal iştirakçısı olub.
Xatırladaq ki, Mahsudovlar daha əvvəl qarışıq sinxron proqramda 50,250 xal toplayaraq növbəti mərhələyə vəsiqə qazanmışdılar.
Noyabrın 4-də başlayan dünya çempionatı ayın 8-dək davam edəcək.
Baxış sayı:68
Bu xəbər 05 Noyabr 2026 22:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















