Zelenski: Ukrayna ABŞ nin vəd etdiyi 16 milyard dollarlıq yardımı almayıb
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna əvvəlki razılaşmalar və qərarlarla nəzərdə tutulmuş 16 milyard dollar məbləğində yardımı ABŞ-dən almayıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski TSN-ə müsahibəsində bildirib.
"Məsələ qaldırmaq lazımdır ki, əvvəlki razılaşmalardan və qərarlardan 16 milyard dollar dayandırılıb, daha 16 milyard dollar isə ayrılmayıb. Necə olursa-olsun və biz təqdim edilən hər şeyə görə minnətdarıq, ancaq ən azından bu pullar üçün Ukrayna mübarizə aparmalıdır", – o bildirib.
Zelenskinin sözlərinə görə, Kiyev demokratların və respublikaçıların ikipartiyalı dəstəyini qoruyub saxlayaraq, ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalıdır.
"Qüvvələrin yenidən bölüşdürülməsini (ABŞ siyasətində - red.) dərk edərək, dialoqu düzgün qurmaq lazımdır. İndi ABŞ-dən əlavə yardım almaq şanslarımız arta bilər", – Ukrayna lideri yekunlaşdırıb.
Xatırladaq ki, ABŞ-də aralıq seçkilər 3 noyabr 2026-cı ildə keçirilib. İlkin məlumatlara görə, Demokratlar Partiyası ABŞ Konqresinin hər iki palatasında (Nümayəndələr Palatasında və Senatda) səs çoxluğu əldə edərək və respublikaçıları qanunverici hakimiyyət üzərində təkbaşına nəzarətdən məhrum edib.
Baxış sayı:58
Bu xəbər 06 Noyabr 2026 00:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















