Icma.az
close
up
RU
Azərbaycan ilə Çexiya arasında çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan ilə Çexiya arasında çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 12 sentyabr, AZƏRTAC

Cari ilin sentyabrın 11-12-də Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Çexiyaya səfər edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində nazir müavini ATƏT-in Finlandiya Sədrliyi tərəfindən Praqada təşkil olunmuş “Dəyişən iqlim şəraitində dayanıqlı gələcəyin qurulması” adlı forumda iştirak edib, ikitərəfli görüşlər keçirib.

Forumun iqlim məsələlərinə həsr olunan sessiyasında əsas məruzəçi qismində çıxış edən Y.Rəfiyev Azərbaycanda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu tərəflər Konfransının (COP29) tarixi nəticələri, qəbul olunmuş qərarlar və onların iqlim dəyişikliyi ilə mübarizə prosesinə verəcəyi töhfə barədə ətraflı məlumat verib, ATƏT-in regional təhlükəsizlik təşkilatı olaraq iqlim dəyişikliyi ilə mübarizə prosesində mümkün roluna dair fikirlərini bölüşüb.

Səfər çərçivəsində Y.Rəfiyev, həmçinin Çexiyanın xarici işlər nazirinin müavini Yan Marian və ATƏT-in Daimi Şuranın sədri Finlandiyanın ATƏT yanındakı Daimi Nümayəndəsi Vesa Hakkinen ilə görüş keçirib.

Yan Marian ilə keçirilmiş görüşdə Azərbaycan ilə Çexiya arasında çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq imkanları, iqlim dəyişikliyi ilə mübarizə və COP prosesi, o cümlədən COP30-a hazırlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

ATƏT-in Daimi Şuranın sədri Finlandiyanın ATƏT yanındakı Daimi Nümayəndəsi Vesa Hakkinen ilə görüşdə Vaşinqton görüşlərinin nəticəsi olaraq ATƏT-in Minsk qrupunun ləğvi barədə qərarın qəbul edilməsindən sonrakı mərhələdə Azərbaycanın ATƏT çərçivəsində fəaliyyətinin əsas istiqamətləri, hazırkı beynəlxalq mühitdə ATƏT-in dəyişən reallıqlara uyğunlaşaraq fəaliyyətini iqlim dəyişikliyi, şəhərsalma və yaxşı idarəçilik kimi mövzuları da əhatə etməklə iştirakçı dövlətlərin mənafelərinə uyğun istiqamətlərdə genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Sentyabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see289

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see250

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see238

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see237

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see209

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see197

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see185

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see179

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see175

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see175

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see163

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see162

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see154

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see152

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see146

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see145

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see144

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri