Icma.az
close
up
RU
Azərbaycan ilə Müqəddəs Taxt Tac arasında beynəlxalq platformalar çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan ilə Müqəddəs Taxt Tac arasında beynəlxalq platformalar çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Noyabrın 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Vatikana rəsmi səfəri çərçivəsində Müqəddəs Taxt-Tacın dövlət və beynəlxalq təşkilatlar üzrə katibi arxiyepiskop Riçard Qallager ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-Tac arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri, regional və beynəlxalq məsələlər, habelə beynəlxalq platformalar çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Azərbaycan və Müqəddəs Taxt-Tac arasında əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi naminə son zamanlar yüksəksəviyyəli səfərlərin artan dinamikasının qorunub saxlanılmasının vacibliyi diqqətə çatdırılıb. Bu çərçivədə Azərbaycan Respublikasının Prezidentinin Vatikana rəsmi səfərləri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın cari ilin oktyabr ayında Müqəddəs Taxt-Taca baş tutmuş səfəri və səfər çərçivəsində həyata keçirilmiş görüşlərin və tədbirlərin əhəmiyyəti vurğulanıb.

Mehriban xanım Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Taxt-Tacda indiyədək həyata keçirilmiş və gələcəkdə icrası planlaşdırılan humanitar xarakterli mühafizə və bərpa layihələri məmnunluqla xatırlanıb. Mehriban xanım Əliyevanın Vatikana səfəri zamanı Avropanın ən böyük pediatrik xəstəxanası və tədqiqat mərkəzi olan "Bambino Gesu"nu ziyarəti və ölkəmizlə bu sahədə əməkdaşlıq əlaqələrinin əhəmiyyəti qeyd olunub.

Bununla yanaşı, Papa II İoann Pavelin 2002-ci ildə, Papa Fransiskin 2016-cı ildə ölkəmizə səfərləri, Bakıda II İoann Pavelin şərəfinə tikiləcək katolik kilsəsinin yerləşəcəyi ərazinin təqdimetmə mərasimi və hazırda kilsənin tikilməsi məmnunluqla xatırlanıb.

2027-ci ildə qeyd ediləcək diplomatik münasibətlərin təsis edilməsinin 35 illiyinin münasibətlərin inkişafına əlavə təkan verəcəyinə əminlik ifadə olunub.

Azərbaycanın dini tolerantlıq, mədəniyyətlərarası və etiqadlararası dialoq sahəsindəki uğurları, ölkəmizdə xristian məbədləri də daxil olmaqla, dini abidələrin bərpası və qorunması üzrə görülən işlər haqqında danışılıb.

Azərbaycanın müxtəlif din və mədəniyyətlərin bir arada yaşadığı ölkə kimi apardığı uğurlu siyasətin beynəlxalq sülhə və anlaşmaya töhfəsi qeyd edilib.

Bununla yanaşı, qlobal iqlim dəyişmələrindən narahatlıq ifadə olunub, ölkəmizin COP29 sədri olaraq gördüyü işlər və təşəbbüsləri barədə qarşı tərəfə məlumat verilib. Bununla yanaşı, ölkəmizin enerji təhlükəsizliyinə töhfəsi, nəqliyyat dəhlizlərinin inkişafında rolu, Orta Asiya ölkələri ilə əlaqələr barədə fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov görüş zamanı qarşı tərəfə Azərbaycan-Ermənistan normallaşma prosesi, tarixi Vaşinqton Zirvəsi zamanı əldə edilmiş razılaşmalar və onların icrası istiqamətində həyata keçirilən əməli tədbirlər, münaqişədən sonra regionumuzdakı inkişaflar barədə ətraflı məlumat verib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 Noyabr 2025 02:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri