Taksilərin xüsusi hərəkət zolaqlarından istifadəsinə icazə verilməsi məqsədəuyğun deyil Nazir müavini
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakıda taksilərin xüsusi hərəkət zolaqlarından istifadəsinə icazə verilməsi hazırda məqsədəuyğun hesab edilmir.
525.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.
Onun sözlərinə görə, paytaxtda taksilərin sayı 25 mindən çoxdur və faktiki göstərici bundan da yüksəkdir: "Bu qədər nəqliyyat vasitəsinin xüsusi zolaqlara daxil olması həmin zolaqların əsas funksiyasını zəiflədə bilər. Taksilər zolağa daxil olduqdan sonra yolboyu dayanaraq sərnişin götürəcək və düşürəcək. Bu isə xüsusi zolaqların maneəsiz hərəkət prinsipi ilə ziddiyyət təşkil edir və onların effektivliyini azalda bilər".
R.Hümmətov əlavə edib ki, hazırda əsas məqsəd mövcud zolaqların ictimai nəqliyyat üçün sürətli və fasiləsiz hərəkətini təmin etməkdir: "Buna görə də bu məsələ hazırkı mərhələdə müzakirə edilmir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 28 Yanvar 2026 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















