Azərbaycan ilə Türkiyənin ali təhsil əməkdaşlığında yeni mərhələ
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 28 avqust, AZƏRTAC
Azərbaycan ilə Türkiyə arasında ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində növbəti mühüm addım atılıb. Qarabağ Universiteti ilə İstanbul Texniki Universiteti (İTU) arasında mühəndislik istiqaməti üzrə tədris, təlim və elmi-tədqiqat fəaliyyətlərinin təşkili, eləcə də müvafiq təhsil infrastrukturunun yaradılması nəzərdə tutulur. Bununla əlaqədar, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “İstanbul Texniki Universitetinin Rektorluğuna bağlı olaraq Azərbaycan Respublikasının Qarabağ Universitetinin nəzdində akademik bölmələrin açılması haqqında” 2026-cı il 27 avqust tarixli 11647 nömrəli Qərarı imzalayıb.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, İTU-nun mühəndislik sahəsində zəngin akademik və elmi potensialının Qarabağ Universiteti ilə əlaqələndirilməsi müasir tədris və tədqiqat imkanlarının genişləndirilməsinə, yüksəkixtisaslı mühəndis kadrlarının hazırlanmasına və birgə elmi fəaliyyətin inkişafına şərait yaradacaq.
Əməkdaşlıq çərçivəsində ikili diplom proqramlarının yaradılması, tələbə və professor-müəllim heyətinin mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin icrası və mühəndislik istiqamətində infrastrukturun yaradılması nəzərdə tutulub.
Qeyd olunub ki, bu təşəbbüs Azərbaycan-Türkiyə qardaşlığının elm və ali təhsil sahəsində institusional əməkdaşlıqla daha da möhkəmləndirilməsinin, iki ölkənin akademik və elmi potensialının Qarabağın bərpası və gələcək inkişafına yönəldilməsinin növbəti mühüm nümunəsidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 28 Avqust 2026 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















