Icma.az
close
up
RU
Azərbaycan Vyetnam əməkdaşlığında yeni mərhələ TƏHLİL

Azərbaycan Vyetnam əməkdaşlığında yeni mərhələ TƏHLİL

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev: "Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir"

Ərazi bütövlüyünü təmin etmiş və suveren Azərbaycan özünün beynəlxalq və iktərəfli əməkdaşlıq coğrafiyasını daha da genişləndirməkdədir. Ölkəmizin atan nüfuzu fonunda xarici siyasətin əsas istiqamətlərindən biri də Cənubi-Şərqi Asiya ölkələri, o cümlədən Vyetnamla əlaqələrin inkişafına böyük önəm verməsidir. Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycan Respublikasına dövlət səfəri ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının "Vietnam News Agency" agentliyinə müsahibə verib. Azərbaycan Prezidentinə ünvanlanan "Siz ölkələrimiz arasında ikitərəfli münasibətlərin və əməkdaşlığın indiki vəziyyətini necə qiymətləndirirsiniz?" sualına cavab olaraq dövlət başçımız bildirib ki, Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir və 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib: "O dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev 1983-cü ildə Vyetnamda səfərdə olub. Şübhəsiz ki, bu əlamətdar səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib".
İKİ DÖVLƏT ARASINDA MÜNASİBƏTLƏRDƏ YENİ SƏHİFƏ
1983-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri, Vyetnamın böyük dostu Heydər Əliyevin başçılıq etdiyi sovet nümayəndə heyəti bu ölkəyə səfər edir. Həmin səfər keçmiş SSRİ-nin Vyetnamla münasibətlərinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyırdı. Ulu Öndər Heydər Əliyev Vyetnamın birləşməsindən sonra bu ölkəyə səfər edən ilk yüksəkvəzifəli xarici dövlət rəsmisi idi. Əslində, həmin səfərin Vyetnam üçün olduqca böyük, başqa sözlə, həyati əhəmiyyəti var idi. Çünki əzablı Fransa işğalından, ABŞ ilə qanlı müharibədən sonra təzəcə sabitlik və inkişaf yoluna qədəm qoyan Vyetnam regionda gedən geosiyasi proseslər fonunda yenə ciddi təhdidlə üzləşmişdi. Belə bir məqamda dahi Heydər Əliyevin səfəri Vyetnam xalqı və hökuməti üçün böyük dəstək ifadə edirdi. Belə demək olarsa, Ümummilli Liderin səfəri Vyetnam dövləti və xalqı üçün müstəqilliyin, suverenliyin qorunması naminə böyük bir ümid idi.
Məhz həmin səfərdən sonra Ulu Öndər Heydər Əliyev sovet rəhbərliyini Vyetnama iqtisadi və elmi-texniki kömək göstərmək barədə inandıra bilmişdi. Ulu Öndər Heydər Əliyevin 42 il əvvəl sovet nümayəndə heyətinin rəhbəri kimi Vyetnama səfəri təkcə keçmiş SSRİ ilə Vyetnam arasında münasibətlərin dərinləşməsi baxımından deyil, həm də Vyetnam xalqının Azərbaycana isti münasibətinin formalaşmasında xüsusi rol oynayıb.
Dövlətimizin başçısının Vyetnama həmin səfəri həm Ulu Öndərin vyetnamlılarla dostluğunun davam etdirilməsi, həm də müasir dövrdə iki ölkə arasında münasibətlərin genişləndirilməsi üçün mühüm rol oynayıb. Vyetnamın rəhbər şəxsləri ilə görüşlərdə tarixi kökləri olan dostluğun möhkəmləndirilməsinə, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə dair müzakirələr aparılır, bir neçə sənəd imzalanır. 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanq Azərbaycana rəsmi səfər edir. Beləcə yüksəksəviyyəli qarşılıqlı səfərlər ənənəsi yaranır. Bu səfərlər dövlətlər arasında ikitərəfli və çoxşaxəli münasibətlərin inkişafına təkan verərək, iqtisadi, siyasi, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın dərinləşməsinə etibarlı zəmin yaradıb.
Rəsmi səfərlər iki dövlət arasında münasibətlərdə yeni səhifə açıb. "Prezident Çıonq Tan Şanqın səfəri çərçivəsində rəsmi şəxslərlə yanaşı, neft-qaz, energetika, inşaat, informasiya-kommunikasiya, maliyyə, sənaye, ticarət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrin işgüzar dairələrinin iştirakı ilə Birinci Azərbaycan-Vyetnam biznes forumu keçirildi", - deyə Azərbaycan Prezidenti müsahbəsində qeyd edib.
"ÖLKƏLƏRİMİZ ƏN BÖYÜK BEYNƏLXALQ TƏŞKİLATLAR, O CÜMLƏDƏN QOŞULMAMA HƏRƏKATI VƏ BMT ÇƏRÇİVƏSİNDƏ SƏMƏRƏLİ ƏMƏKDAŞLIQ EDİR"
Ötən müddətdə iki ölkə milli maraqlara hörmət və beynəlxalq hüquq normalarına sadiqlik prinsipləri əsasında sıx əməkdaşlıq edib, beynəlxalq və regional təşkilatlarda, o cümlədən BMT-də, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) bir-birinə dəstək verib. Hakim partiyalar arasında əməkdaşlıq da iki ölkənin münasibətlərinin inkişafına təkan verir. 2023-cü ilin noyabrında Hanoyda Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında Əməkdaşlıq Sazişi imzalanıb. "Ölkələrimiz ən böyük beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlıq edir.", - deyən Azərbaycan Prezidenti bildirib ki, Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verir: "2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon ABŞ dolları olub. Sözsüz ki, bizim bu göstəricini gələcəkdə də artırmaq üçün potensialımız mövcuddur. Ölkələrimiz neft sahəsində də qarşılıqlı fəaliyyət göstərir. 2019-cu ildə Vyetnamın "Binh Son Refinery and Petrochemical Company" ilə SOCAR arasında müqavilə imzalanıb. Neft sahəsində əməkdaşlığımız möhkəm tarixi təmələ əsaslanır – çünki Azərbaycan mütəxəssisləri Vyetnamın neft sənayesinin yaradılmasında və inkişafında əsas rol oynayıblar".
"İQTİSADİYYATLARIMIZIN GƏLƏCƏKDƏ DƏ ŞAXƏLƏNDİRİLMƏSİNƏ KÖMƏK EDƏCƏK YENİ ƏMƏKDAŞLIQ İMKANLARI MÖVCUDDUR"
İki ölkə arasında əməkdaşlığın inkişafında İqtisadi-ticari və elmi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının fəaliyyəti əhəmiyyətli rol oynayır. Ölkələrimizin iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, kənd təsərrüfatı, humanitar, turizm, təhsil və sair sahələr üzrə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər var. "Ölkələrimiz ən müxtəlif sahələrdə əməkdaşlıq potensialını bundan sonra da inkişaf etdirmək üçün bütün imkanlara malikdir", - deyə Azərbaycan Prezidenti İlham Əliyev müsahibəsində söyləyib. İqtisadi-ticari münasibətlərə toxunan dövlətimizin başçısı qeyd edib ki, bu gün təkcə iqtisadi artımı stimullaşdıracaq deyil, həm də qarşılıqlı faydalı tərəfdaşlıq üçün dayanıqlı zəmin yaradacaq, bununla da öz növbəsində iqtisadiyyatlarımızın gələcəkdə də şaxələndirilməsinə kömək edəcək yeni əməkdaşlıq imkanları mövcuddur.
Azərbaycanın Vyetnamla əlaqələri həm tarixi, həm də müasir dövr baxımından çox önəmlidir. Bu əlaqələr yalnız dövlət səviyyəsində deyil, həm də ədəbiyyat və mədəniyyət sahələrində hər iki xalq arasında möhkəm dostluq körpüsünü yaradıb. Hər iki ölkə müstəqil dövlətlər olaraq öz milli kimliklərini qoruyub saxlamaqla yanaşı, beynəlxalq əlaqələrini genişləndirmək məqsədilə müxtəlif sahələrdə əməkdaşlıq ediblər. Bu əməkdaşlığın ən mühüm sahələrindən biri ədəbiyyat və mədəniyyət sahəsi olub. Azərbaycanın ədəbiyyatını və mədəniyyətini tanıdan, Vyetnamın zəngin mədəni irsini nümayiş etdirən müxtəlif təşəbbüslər, qarşılıqlı tərcümələr və ədəbi mübadilə ölkələr arasındakı dostluq əlaqələrini daha da gücləndirib.

"SOVET DÖVRÜNDƏ AZƏRBAYCANDA 5 MİNƏ YAXIN VYETNAMLI TƏHSİL ALIB"

Ölkələr arasında digər sahələrlə yanaşı, mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlığın kökləri sovet dövrünə gedib çıxır, amma son illərdə daha da inkişaf edib. Prezident İlham Əliyev bildirib: "1955-ci ildə Azərbaycan bəstəkarı Qara Qarayev Vyetnam müharibəsi haqqında ilk sovet-Vyetnam sənədli filmi üçün "Vyetnam süitası"nı bəstələyib, onun premyerası 2023-cü ildə Hanoyda olub. 1959-1962-ci illərdə Prezident Ho Şi Minin dəvəti və sovet hökumətinin təklifi əsasında azərbaycanlı rejissor Əjdər İbrahimov Vyetnamda kino məktəbinin yaradılmasında fəal iştirak edib, orada ustad dərsləri keçib və üç film çəkib. O, bu xidmətlərinə görə Vyetnam Sosialist Respublikasının ali "Əmək" ordeni ilə mükafatlandırılıb".
Bütün bunlarla yanaşı, dövlət başçımızın bildirdiyi kimi, Sovet dövründə Azərbaycanda 5 minə yaxın vyetnamlı təhsil alıb, onların bir çoxu hazırda Vyetnamın dövlət orqanlarında məsul vəzifələr tutur: "Mənim 2014-cü ildə Hanoya səfərim zamanı Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları ilə görüş oldu, onlar ölkəmiz və burada keçirdikləri illərlə bağlı səmimi sözlər ifadə etdilər. 2015-ci ildə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsis edildi".
Mədəni-humanitar əməkdaşlıqdan danışarkən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Vyetnamla bağlı işlərini vurğulamaq lazımdır. Vyetnamın Hazianq əyalətində ucqar yaşayış məntəqələrindən olan Ziap Çunq qəsəbəsində ibtidai məktəb binasının inşası Heydər Əliyev Fondunun xeyirxahlıq missiyasının göstəricisi olmaqla yanaşı, Azərbaycanın Vyetnam ilə münasibətlərə verdiyi əhəmiyyətin təzahürüdür. Bu günlərdə Fondun vitse-prezidenti Leyla Əliyeva Vyetnamda səfərdə ikən Heydər Əliyev Fondunun xeyirxah missiyasının daha bir təzahürü olaraq görmə qabiliyyəti məhdud şəxslər üçün orta məktəbə, Hanoy Ticarət və Turizm Kollecinə Heydər Əliyev Fondunun maliyyə dəstəyi təqdim edilib. Leyla Əliyevanın səfəri zamanı Vyetnam Sosialist Respublikasının vitse-prezidenti Vo Ti An Suan və Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibinin xanımı No Fon Li ilə görüşlərində xalqlar arasında əlaqələrin, o cümlədən qeyri-hökumət səviyyəsində əməkdaşlığın vacibliyi vurğulanıb.
"SƏFƏR SİYASİ VƏ İDEOLOJİ ZƏMİNDƏ QARŞILIQLI FƏALİYYƏTİN YÜKSƏK SƏVİYYƏSİNİN ƏLAVƏ TƏSDİQİ OLACAQ"
"İkitərəfli münasibətlərin yeni səviyyəyə qaldırılması kontekstində Vyetnam Liderinin Azərbaycana qarşıdakı səfəri nə kimi əhəmiyyətə malikdir?" sualına gəlincə isə Azərbaycan Prezidenti bildirib ki, ikitərəfli münasibətlərin dərinləşdirilməsi səylərini əks etdirən və qarşılıqlı fəaliyyətdə yeni istiqamətlər açan bu hadisə böyük siyasi əhəmiyyətə malikdir. Bu kontekstdə səfəri haqlı olaraq Azərbaycan-Vyetnam əməkdaşlığının inkişafında mühüm mərhələ kimi qiymətləndirmək olar: "Səfər proqramına ikitərəfli gündəliyin əsas aspektlərini əhatə edən məsələlərin geniş dairəsi daxildir. Bu, aktual mövzulara dair hərtərəfli fikir mübadiləsi aparmağa, yanaşmaları razılaşdırmağa və gələcəkdə qarşılıqlı fəaliyyətin perspektiv istiqamətlərini müəyyənləşdirməyə imkan verəcək. Siyasi dialoqa, iqtisadi-ticari əlaqələrə, həmçinin humanitar və mədəni mübadiləyə xüsusi diqqət yetiriləcək".
Dövlət başçımız onu da qeyd edib ki, partiyalararası dialoqun inkişafına ayrıca əhəmiyyət verilir: "Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlıq müsbət dinamika nümayiş etdirir. Qarşıdakı səfər siyasi və ideoloji zəmində qarşılıqlı fəaliyyətin yüksək səviyyəsinin əlavə təsdiqi olacaq.
İnanıram ki, cənab Lamın səfəri daha fəal əməkdaşlığa mühüm təkan olacaq, Azərbaycanla Vyetnam arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqlər açacaq".
"ÖLKƏLƏRİMİZ ƏN MÜXTƏLİF SAHƏLƏRDƏ ƏMƏKDAŞLIQ POTENSİALINI BUNDAN SONRA DA İNKİŞAF ETDİRMƏK ÜÇÜN BÜTÜN İMKANLARA MALİKDİR"
Vyetnam ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin bundan sonra da inkişafı üçün geniş perspektivlər və potensial mövcuddur.
"Ölkələrimiz ən müxtəlif sahələrdə əməkdaşlıq potensialını bundan sonra da inkişaf etdirmək üçün bütün imkanlara malikdir", - deyən Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsinin əsas perspektivli istiqamətlərindən biri turizmin olduğunu diqqətə çəkib, " Bakı ilə Vyetnam şəhərləri arasında birbaşa hava əlaqəsinin yaradılması turizm proqramlarının inkişafı ilə paralel surətdə iki ölkənin vətəndaşlarının bir-birinin mədəniyyətinə və tarixinə marağının artmasına kömək edəcək. Müştərək mədəniyyət layihələrinin intensivləşdirilməsi, səhiyyə və ekologiya sahələrində humanitar missiyalarla bağlı proqramların və birgə təşəbbüslərin inkişafı – bütün bunlar ölkələrimiz üçün qarşılıqlı maraq doğuran istiqamətlərdir. Əlbəttə, təhsil sahəsi. Həmişə olduğu kimi, Vyetnamdan tələbələrin gəlmələrinə şad olacağıq."
Göründüyü kimi, bu gün Azərbaycanla Vyetnam arasında münasibətlər bütün əsas sahələr üzrə uğurla inkişaf edir. Mövcud münasibətlər Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycan Respublikasına dövlət səfərindən sonra daha da genişlənəcəkdir.
Zümrüd BAYRAMOVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 May 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see295

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see219

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see216

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see209

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see198

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see147

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see146

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see140

“İsrail dayanmayacaq” Katzdan SƏRT XƏBƏRDARLIQ KONKRET

05 Noyabr 2025 17:59see136

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see133

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see132

TƏBİB də tabeli tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

05 Noyabr 2025 18:44see131

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see129

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see128

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see128

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see128

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri