Icma.az
close
up
RU
Azərbaycan imperializmə və müstəmləkəçiliyə qarşı

Azərbaycan imperializmə və müstəmləkəçiliyə qarşı

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıdan dünyaya hansı mühüm mesajlar verilir?

Dünən paytaxtımızda “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Elmi konfransda BMT-nin dekolonizasiya sahəsi üzrə təcrübəli ekspertləri, Fransanın keçmiş və hazırkı müstəmləkələrində fəaliyyət göstərən tanınmış alimlər, beynəlxalq hüquq sahəsində nüfuzlu mütəxəssislər, xarici ölkələrin Azərbaycanda akkreditə olunan səfirləri iştirak ediblər.

Tədbirdə müstəmləkəçilik siyasətinin ağır fəsadları, kolonial dövlətlərin əsarət altında saxladıqları xalqlara münasibətdə həyata keçirdikləri siyasət, tətbiq olunan ayrı-seçkilik metodları, habelə neokolonializmin tərkib hissəsi olaraq tətbiq edilən siyasi, iqtisadi və mədəni məhdudiyyətlər, milli kimliyin məqsədli şəkildə itirilməsi siyasəti elmi və metodoloji yanaşmalar əsasında təhlil edilib.

Konfransın təşkilatçısı olan Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasovun da bildirdiyi kimi, konfrans müstəmləkəçiliyin acınacaqlı vəziyyətinə elmi yanaşmanın ortaya qoyulması və problemin beynəlxalq təşkilatlar prizmasından dəyərləndirilməsi baxımından əhəmiyyət daşıyır:

“Bu konfrans müstəmləkə ideologiyalarının necə qurulduğunu, institusionallaşdırıldığını və əsaslandırıldığını, daha da vacibi onların təsirlərinin müasir dünya həyatını necə formalaşdırmağa davam etdiyini daha dərindən anlamağı hədəfləyir. Məqsədimiz bütün xalqların öz müqəddəratını təyinetmə, bərabərlik və mədəni muxtariyyət hüququna tam hörmət edən bir dünyanın intellektual və mənəvi əsaslarını dəstəkləməkdir."

A.Abbasov dünyanın müstəmləkəçiliyin ədalətsizliyini tanımaq baxımından əhəmiyyətli irəliləyiş əldə etməsinə baxmayaraq, onun keçmişin məsələsi olduğu təsəvvürünün qavranılmasında problemlərin mövcudluğuna diqqət çəkib. Bunun səbəbi isə çox sadədir: Müstəmləkəçilik dərin tarixi keçmişə və köklərə malikdir, həm də onun nişanələri hələ də qalmaqdadır. Deməli, BMT-nin Afrika Əsilli Xalqların Daimi Forumunun üzvü Pastor Martinesin fikirləri də aktual və düşündürücüdür:

“Hər il dünyada irqçilik, sosial bərabərsizlik, ksenofobiya ilə üzləşmək riskləri artır. Bunlardan heç kim sığortalanmayıb”.

Cənab Martinesin müstəmləkəçilik siyasətinə məruz qalan xalqların üzləşdiyi ciddi çətinliklərlə bağlı söylədikləri də maraq doğurur. Onun bildirdiyinə görə, Afrika xalqlarının nümayəndələri gender bərabərsizliyi və müstəmləkəçiliklə yanaşı quldarlıq zülmünə də məruz qalıb. Əslində, eyni durum ümumən zülmə məruz qalmış digər xalqlar üçün də xarakterikdir. Həmin xalqların hafizəsində quldarlıq sadəcə tarixi hadisə deyil, kollektiv yaddaşlarda dərin iz buraxmış, nəsillər boyu iqtisadi, sosial və mədəni inkişafı əngəlləmiş ağır travmadır.

Nəzərə alaq ki, transatlantik qul ticarəti zamanı milyonlarla afrikalı zorla, vəhşicəsinə ailələrindən ayrı salınaraq Avropa və Amerika üçün əşyaya və mülkə çevrilmişdi. Deməli, quldarlıq yalnız fiziki yox, həm də mənəvi və mədəni məhvə yönəlmiş siyasət idi. Ona görə də hazırda bir çox intellektuallar və siyasi liderlər tarixi zülmün ədalətlə üzləşdirilməsini, qurbanların övladlarından üzr istənilməsini, onlara kompensasiya verilməsini tələb edirlər. Ayrı-ayrı düşüncə sahibləri isə həyəcan təbili çalır və vurğulayırlar ki, quldarlığın nəticələri – yoxsulluq, irqi ayrı-seçkilik və struktur ədalətsizliklər hələ də davam edir.

Sırf müstəmləkəçiliyə gəlincə, bildirməliyik ki, onun mirası kimi qiymətləndirilən meyillər özünü göstərməkdədir. Məsələn, bu zülmü yaşamış ölkələrin iqtisadiyyatları bir çox hallarda keçmiş metropoliya ölkələrindən asılıdır. Hələ qeyri-sabitlik vəd edən münaqişəli ərazilər məsələsi də var ki, bu da müstəmləkə dövrünün süni sərhədlərinin və imperializmin ənənəvi “parçala və hökm sür” siyasətinin nəticəsidir. Daha bir problem isə müstəmləkə travmasının mədəni özünüdərki və tarixə yanaşmanı çətinləşdirməsi, gender bərabərsizliyinə yol açmasıdır.

Tarixə yanaşmadan və mədəni özünüdərkdən söz düşmüşkən, “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusundakı beynəlxalq elmi konfransın açılışında çıxış edən Əlcəzair Universitetinin elmi-tədqiqat işləri üzrə rəhbəri professor Çakib Benhafri bildirib ki, fransız ideologiyası bu gün də Əlcəzairin tarixi imicinə təsir göstərməkdə davam edir:

“Bugünkü internet məkanında və kütləvi informasiya vasitələrində, xüsusilə fransız televiziya kanallarında Afrikaya dair müsbət imiclərə nadir hallarda rast gəlinir. Həmçinin Əlcəzairlə bağlı media təsvirlərinin ideoloji kökləri nəzərəçarpacaq dərəcədə özünü göstərir. Məsələn, bəzi siyasi fiqurlar tərəfindən səsləndirilmiş fikirlər buna nümunə ola bilər – Əlcəzairin əsl tarixi yoxdur. Əlcəzair bir millət olaraq heç vaxt mövcud olmayıb. Əlcəzairi Fransa yaradıb və əslində, yenidən sahiblənib”.

Müstəmləkəçiliyin gender bərabərsizliyi təzahürünə gəlincə, Afrikada qadınların hüquqlarının pozulması həm ənənəvi patriarxal strukturların, həm də müstəmləkə dövründə tətbiq olunan patriarxal qanunların nəticəsidir. Həmin qanunlara görə qadınlar təhsildən, səhiyyədən və iqtisadi imkanlardan geri qalır, qadın sünnəti, erkən evlilik və gender əsaslı zorakılıq kimi ciddi problemlər yaşanır. Buna baxmayaraq, bir çox Afrika ölkəsində qadınların siyasi və ictimai həyatda fəal iştirakı və dəyişiklik üçün mübarizə aparmaları müsbət hal kimi vurğulana bilər.

Toplantıda müzakirə olunan məsələlərdən biri də kolonial güclər tərəfindən beynəlxalq hüququn, habelə BMT qətnamələrinin tələbi olan dekolonizasiya prosesinin yekunlaşdırılmasının qarşısının alınması olub. A.Abbasovun bildirdiyi kimi:

“Əksinə, biz bu gün də müxtəlif regionlarda, bəzən siyasi və digər kanallar vasitəsilə, eləcə də iqtisadi, maliyyə, mədəni və hüquqi strukturlarda, daxili şəkildə qəbul olunmuş hökmranlıq və asılılıq formalarında müstəmləkə siyasətinin təzahürlərini görməkdəyik. Son iki il ərzində biz Qvadelup, Mayotta, Yamayka, Fransız Qvianası, Reyunion, Korsika, Martiniq və digər müstəmləkə müharibələrinin dayandırılması ilə bağlı təxminən 30 beynəlxalq tədbir təşkil etmişik”.

Sonda qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilmiş “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq elmi konfransın əhəmiyyətinə iştirakçılar tərəfindən yetərincə geniş aydınlıq gətirildi. Hesab edirik ki, toplantının başlıca mesajı beynəlxalq təşkilatlar çərçivəsində mövcud imkanlardan istifadə, təsirli mexanizmlərin həyata keçirilməsi, həmçinin sistemli bərabərsizliklərin beynəlxalq təşkilatlar səviyyəsində həlli yollarının müzakirəyə çıxarılmasının vacibliyinin vurğulanmasıdır.

Əlbəttə, ən vacib məqam ölkəmizin belə bir mötəbər konfransa ev sahibliyi etməklə neokolonializm təmayüllü qeyri-insani rəftar hallarına qarşı bəşəri mübarizəyə növbəti töhfəsini verməsidir. Əminliklə deyə bilərik ki, Azərbaycan belə töhfə nümunələri ilə zəngin platformadır. BMT-nin Afrika Əsilli Xalqların Daimi Forumunun üzvü P. Martinesin bildirdiyi də elə budur:

“Bu gün Bakı əvvəllər gözardı edilən xalqların problemlərinin səsləndirildiyi platformaya çevrilib. Biz bu platformadan yararlanıb məqsədlərimizə nail olmalıyıq. Məqsəd isə müstəmləkədən xilas olub, müqəddəratımızı müstəqil şəkildə özümüzün müəyyən etməsidir. Belə bir şəraitdə müstəmləkə xalqlarının Şimali və Cənubi Amerikada qlobal irsin formalaşmasında iştirakını da xatırlatmaq istəyirəm. Bu məsələ unudulmamalıdır”.

Ə.RÜSTƏMOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 İyun 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri