Icma.az
close
up
RU
Təxribat yuvaları dağıdılır: milli dövlətlər qlobal imperializmə qarşı

Təxribat yuvaları dağıdılır: milli dövlətlər qlobal imperializmə qarşı

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Amerika Birləşmiş Ştatlarında (ABŞ) Donald Tramp administrasiyası Beynəlxalq İnkişaf Agentliyinin (USAID), Amerikanın səsinin, Azadlıq radiosunun fəaliyyətini dayandırıb.

Sözügedən qurumlar uzun müddət ayrı-ayrı dövlətlərə, xalqlara, eləcə də Azərbaycana qarşı çirkin kampaniyalar təşkil edib. Artıq ABŞ-nin özündə belə bu qurumlara qarşı ciddi proses başladılıb. Millət vəkilləri, politoloqlar “Xalq Cəbhəsi”nə fikirlərini bölüşüblər.

“Onlar qlobal imperializmin milli dövlətlərə qarşı silahı idi“

Milli Məclisin deputatı Hikmət Babaoğlu diqqətə çatdırıb ki, USAID, Amerikanın səsi, Azadlıq radiosu kimi informasiya resursları əslində qlobal imperializmin milli dövlətlərə qarşı bir silahı idi: “Bu silahı tətbiq etməklə ölkənin siyasi, mənəvi dəyərləri dəyərsizləşdirilir, ölkədə öz milli dövlətinə qarşı narazı kütlə formalaşdırılır və bunu manipulyativ informasiyalar vasitəsilə həyata keçirirdilər. Bu azmış kimi USAID-in timsalında həm media, həm də QHT-lər maliyyəşdirilirdi və nəticə etibarı ilə ölkədə xaos yaranırdı. Şübhəsiz ki, hər bir insanın davranışları onun düşüncələrinin davamıdır. Yəni, informasiya elə bir təhlükəli silahdır ki, insanın düşüncəsini, dövlətə, hakimiyyətə, xalqa, onun milli maraqlarına münasibətini təyin edir. Əgər bu, qeyri-obyektiv əsaslarda formalaşırsa, demək, artıq o insan rəsmi olaraq bir ölkənin vətəndaşı olsa da, düşüncə etibarı ilə o ölkənin düşmənidir. Azadlıq radiosu da, Amerikanın səsi də, USAID də uzun illər bu işlərlə məşğul olub”.

“Bu qurumların demokratiya, insan hüquqları ilə heç bir əlaqəsi olmayıb”

Deputat hazırda bizim uzun illərdir dediyimiz bu fikirlərin elə Amerikanın özü tərəfindən təsdiq olunduğuna şahidlik etdiyimizi vurğulayıb: “Əslində bu, həmin ruporların hansı fəaliyyətlə məşğul olduqları ilə bağlı etiraf kimi qiymətləndirilməlidir və onların bağlanması zərurəti yaranıb. Amerikanın qəbul etdiyi qərardan sonra görünür ki, bu qurumların demokratiya, insan hüquqları, Qərbin digər universal dəyərləri ilə əsla və əsla heç bir əlaqəsi olmayıb. Sadəcə bunlar bir imperialist alət kimi istifadə olunub. Biz illər öncə Azadlıq radiosunu Azərbaycanda məhdudlaşdırdığımız zaman hamı tənqid edirdi ki, bu, söz azadlığının məhdudlaşdırılmasıdır. Bu gün Amerika özü onu bağlayır, amma heç kəs demir ki, ABŞ söz azadlığını məhdudlaşdırdı, nəyə görə Amerikanın səsini, Azadlıq radiosunu bağladı? Biz deyirdik ki, USAID müxtəlif antidövlət fəaliyyətləri ilə məşğuldur, onda bu da QHT-lərə hücum kimi qəbul olunurdu. Ancaq bu gün ABŞ eyni ittihamla həmin təşkilatları bağladı, nə Avropada, nə də Azərbaycanda heç bir insan hüquqları təşkilatlarının səsi çıxmır ki, ABŞ demokratiyanı pozdu. Məsələ bundadır. Yəni, məsələyə münasibətdə selektiv yanaşma var”.

“Haqq-ədalət öz yerini tapdı”

H.Babaoğlu bu qurumların məhdudlaşdırılması ilə haqq-ədalətin öz yerini tapdığını bildirib: “Nəticə etibarı ilə bu, belə də olmalı idi. Çünki bu, bizim xalqın, dövlətimizin maraqlarına ziyan vururdu. Amma bir məsələ var. Mən düşünürəm ki, biz həmişə bunu yadda saxlamalıyıq ki, əslində ABŞ-nin aldığı bu qərar istər Azadlıq radiosuna, istər Amerikanın səsinə, istərsə də USAID-ə münasibətdə vaxti ilə yaratdığı bu təşkilatların indi qlobal ictimai rəydə ifşa olunması ilə bağlı idi. Artıq gördülər ki, bu alətlər ifşa olunub, hər kəs başa düşür ki, onlar nəyə xidmət edir və onlara etimad azalır. Mənə elə gəlir ki, məsələ belə qalmayacaq. Yeni mərhələdə eyni imperialist mərkəzlər milli dövlətləri idarə etmək üçün yeni müxtəlif alətlər icad edəcəklər. Ona görə də biz çox ayıq olmalıyıq ki, gələcəkdə yenə imperialist tor şəbəkəsinə düşməyək”.

“Sözügedən qurumlar destruktiv fəaliyyətlə məşğul olub”

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Ruslanqızı sözügedən qurumların demokratiyanın təbliği, insan haqları idealları və korrupsiyaya qarşı mübarizə adı altında destruktiv fəaliyyətlə məşğul olduğunu deyib: ““Soyuq müharibə” dövründə ABŞ-nin ideoloji mübarizəsində təbliğat vasitəsi kimi istifadə olunan bu təsisatlar uzun illər təyinatları üzrə yox, başqa ölkələrin daxili işlərinə müdaxilə və digər məqsədlər üçün istifadə edilib. Media strukturları postsovet məkanında daha çox Azərbaycanla bağlı illərboyu qərəzli və ikili standartlar mövqeyindən müdaxilələrə çalışıb”.

“Bu, tam yerində verilən qərardır”

Politoloq vurğulayıb ki, Azərbaycana qarşı əks təbliğatlar aparan bu strukturların riyakar yanaşmasını biz İkinci Qarabağ müharibəsi nəticəsində qazanılan tarixi Zəfərimizdə, ötən ilin noyabrında ölkəmizdə keçirilən COP29 ərəfəsində müşahidə etdik: “Demokratiyanın yayılmasına heç bir töhvə verməyib, əksinə, müdaxilə etdikləri ortamı sözün əsl mənasında qarışdıran, dağıdan, xaosa çevirən adıçəkilən media strukturlarının ölkəmizdəki fəaliyyətinin dayandırılması tam yerində verilən qərardır. Bu qərar bilavasitə milli maraqların və təhlükəsizliyin təmin olunması, xarici qüvvələrin dövlətin daxili işlərinə qarışmaq cəhdlərinin qarşısının alınması üçün labüddür”.

“Onlar cəmiyyətdə ayrı-seçkiliyi və dövlət əleyhinə fəaliyyətləri təbliğ edib”

Politoloq Aytən Qurbanova Tramp administrasiyasının son günlərdə qəbul etdiyi bəzi qərarların xüsusi diqqətlə izlənilərək geniş müzakirələrə səbəb olmaqla yanaşı, demək olar ki, dünyanın bir çox dövlətləri tərəfindən də dəstəkləndiyini deyib, xüsusilə də, USAID, Amerikanın səsi və Azadlıq radioları kimi şər yuvalarının bütün məkrli niyyətlərinin ifşa edilərək fəaliyyətlərinin dayandırılmasının ən çox təqdir edilən addımlar olduğunu diqqətə çatdırıb: “Uzun illər boyu bu “şər yuvaları” bir çox dövlətin, eləcə də Azərbaycanın daxili işlərinə qarışmaq cəhdlərini davam etdirərək yaratdıqları “xain şəbəkələr” vasitəsilə cəmiyyətdə ayrı-seçkiliyi və dövlət əleyhinə fəaliyyətləri təbliğ etməyə çalışıblar”.

“Dövlətçiliyə və milli maraqlarımıza zidd ideologiyalar təbliğ olunub”

A.Qurbanova vurğulayıb ki, İkinci Qarabağ müharibəsindən bu günə qədər Azərbaycanın haqlı mövqeyini hədəf alan nifrət zəminində çıxışların və qərəzli məlumatların müəllifi də məhz bu xain şəbəkənin əlaltıları olub: “Birmənalı şəkildə dövlətçiliyə və milli maraqlarımıza zidd ideologiyalar təbliğ olunub, dövlət-xalq birliyinə zərbə vurmağı hədəfləyən ayrı-seçkiliyə əsaslanan radikal yanaşmalar formalaşdırılmağa çalışılıb. Təbii ki, onların bu fəaliyyəti hər zaman uğursuzluğa düçar olmuş və bu şəbəkənin nəzarətində olan bütün xainlərin əsl siması ifşa edilib. Statistik məlumatlara nəzər yetirdikdə onlar vasitəsilə milyardlarla dollar vəsaitin dövlətlərin daxilində qeyri-sabitliyi təşviq edərək nüfuzetmə cəhdlərinə sərf edildiyini aydın şəkildə müşahidə etmək mümkündür. USAID-in, Azadlıq radiosu və ya Amerikanın səsi radiolarının mərkəzi sisteminin fəaliyyətinin davam etdirilməsi onların nüfuz etməyi hədəflədiyi hər bir dövlət üçün real təhdid olaraq qalmaqda idi. Həmçinin ABŞ-nin beynəlxalq nüfuzuna da ciddi zərbə vurulduğunu mütləq şəkildə qeyd etmək lazımdır. Məhz ona görə də, belə xain şəbəkələrin ləğv edilməsi zəruri və hətta bir qədər gecikmiş addım olaraq dəyərləndirilməlidir”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:227
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 20 Mart 2025 01:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri