Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcminə görə BƏƏ ilk dəfə lider olub
Icma.az, Sia Az portalına istinadən məlumat verir.
Bu ilin yanvar-mart aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 950,1 milyonmanat vəsait yönəldilib. SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21,1 % çoxdur.
Hesabat dövründə xarici investisiyaların 936,5 milyon manatı (98,7 %-i) Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Böyük Britaniya, Türkiyə, İsveçrə, Rusiya, ABŞ, Yaponiya, İran, Fransa, Macarıstan və Hindistan sərmayədarlarına məxsus olub.
Mart ayında BƏƏ Azərbaycana yatırılan investisiyaların həcminə görə ilk dəfə olaraq birinci yerdə qərarlaşıb və 2025-ci ilin birinci rübündə Böyük Britaniyanı geridə qoyub.
Xatırladaq ki, yanvar-mart aylarında Azərbaycanda əsas kapitala 3 milyard 467,7 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 % az investisiya yönəldilib. Son 1 ildə neft-qaz sektoruna investisiyalar 24,2 %, qeyri neft-qaz sektoruna investisiyalar isə 2,4 % azalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 19 Aprel 2025 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















