Icma.az
close
up
RU
Azərbaycan İran münasibətləri çox yaxşı səviyyələrə gəlib çıxacaq RƏY

Azərbaycan İran münasibətləri çox yaxşı səviyyələrə gəlib çıxacaq RƏY

Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“İran-Azərbaycan münasibətlərini gərginləşdirmək və çətin vəziyyətə salmaq istəyən qüvvələr həmişə olub, indi də var. Şükürlər olsun ki, hal-hazırda əvvəlki dövrlərdəki kimi münasibətlərin yaxşı olduğu məcrasına qaytarmaq iradəsi ortaya qoyulub. İranın yeni Prezidentinin Azərbaycana səfəri zamanı bu mesajları gördük. Həqiqətən də, Azərbaycanın bu günə qədər səbirlə münasibətləri qoruyub-saxlaması, gərginləşmənin qarşısının alınması üçün atdığı addımları müsbət qiymətləndiririk. İran tərəfi də artıq bunu anlayır. Xüsusilə, Azərbaycanın regionda artan gücünün və yaratdığı yeni reallıqları İran tərəfi də qəbul etməyə başlayıb. Azərbaycanın Tehrandakı səfirliyində törədilən terror aktının araşdırılması, hadisənin törədilməsində əsas iştirakçı olan Yasin Hüseynzadənin bu gün edam edilməsi münasibətlərdə artıq real addımlar atıldığını göstərir. İnanırıq ki, bu cür xoşagəlməz hallar bir daha təkrarlanmayacaq”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

O bildirib ki, İran hökuməti Azərbaycanla münasibətləri yaxşılaşdırmağa və gücləndirməyə real töhfələr verəcək: “Bu günə qədər belə addımları daha çox Azərbaycan atırdı, neytrallığı qorumağa cəhdlər edirdi. İndi isə İran tərəfindən də müsbət addımlar görürük. Ümid edirik ki, zaman-zaman Azərbaycan əleyhinə həqiqəti əks etdirməyən mesajlar verən, Azərbaycanla İran münasibətlərini gərginləşdirməyə çalışan İran daxilində və xaricində olan qüvvələri də Tehran özü susdura biləcək. Bir daha imkan verməyəcək ki, münasibətləri pisləşdirməyə hesablanmış açıqlamalar verilsin. Faktiki olaraq iki qonşu ölkə münasibətlərinin normal olacağı təqdirdə proseslərdən hər iki tərəf qazanclı çıxacaq. Xüsusilə, İranda 40 milyondan çox Azərbaycan türkünün yaşaması deməyə imkan verir ki, İranla münasibətlərimiz ən yüksək səviyyədə olmalıdır və ola bilər. Çünki Türkiyədə də qardaşlarımız yaşayır, Türkiyə ilə də münasibətlərimiz ən yüksək səviyyədədir. İranda da Azərbaycana qarşı səmimi münasibət sərgilənərsə, iki ölkə arasında hərtərəfli münasibətlərin inkişafına şahidlik edə bilərik. Xüsusilə, iqtisadi zəmində çox böyük layihələr reallaşdırılıb. Hazırda da yeni layihələr üzərində iş gedir. Bu da imkan verir ki, qarşılıqlı iqtisadi maraqlar nəticə etibarilə digər sahələrdə də əməkdaşlığımızı gücləndirsin. Bir sözlə, son dövrdə baş verən prosesləri müsbət dəyərləndiririk. Ümid edirik, Azərbaycan-İran münasibətləri çox yaxşı səviyyələrə gəlib çıxacaq. Hər iki dövlətin ərazisində yaşayan insanlarımız bu münasibətlərdən faydalana biləcəklər”.

Aytəkin Qardaşova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:44
embedMənbə:https://pravda.az
archiveBu xəbər 21 May 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şəhid qardaşı: Valideynlərim onun qalıqlarının tapıldığını eşitsələr də, dəfnini görmədilər

04 İyul 2025 18:41see129

Pezeşkian: Azərbaycan İran əlaqələrində yeni səhifə açılıb

04 İyul 2025 18:54see126

Bu tarixdə Azərbaycanda istilər başlayacaq

04 İyul 2025 18:36see125

Bu məhsul marketlərdən yığışdırılır Təhlükəli bakteriya aşkarlanıb

05 İyul 2025 04:04see125

60 yaşdan sonra gündə 4 fincan kofe içsəniz...

05 İyul 2025 04:47see125

Trampın gözlənilməz tarifləri və...

05 İyul 2025 00:26see125

Çin Avropa İttifaqı ilə ticarət müharibəsinə qoşulur...

04 İyul 2025 19:05see121

Gərginləşən Rusiya Azərbaycan münasibətlərinin əsl səbəbi… Aqil Ələsgər “CNN Türk”də şərh etdi (VİDEO)

04 İyul 2025 19:22see121

Qəbələ rəsmən növbəti transferini açıqladı

04 İyul 2025 21:32see118

Benzin mühərrikdən imtina edən şirkətin satışları 98 faiz azaldı

04 İyul 2025 17:49see118

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb FOTO

05 İyul 2025 01:16see118

UEFA “Barsa”nı 60 milyon cərimələdi

05 İyul 2025 06:10see117

Səhnədə badə qaldırdı, yerə yıxıldı Video

04 İyul 2025 23:48see117

Portuqaliyalı ulduz İstanbula gəldi

05 İyul 2025 01:26see117

Şəkidə yük və minik avtomobilləri TOQQUŞDU: İkisi körpə olmaqla dörd nəfər xəsarət aldı

05 İyul 2025 15:18see116

Şəmkirdə 3 nəfər göldə boğuldu

04 İyul 2025 18:10see114

İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb

04 İyul 2025 23:35see114

Məhkumlar arasında badminton yarışı keçirilib FOTOLAR

05 İyul 2025 10:02see112

Üç qardaş Xankəndidə xatirə şəkli çəkdirdi VİDEO

04 İyul 2025 21:28see111

Rus menecerləri kim öldürür? Son 3 ildə 17 si ölüb

04 İyul 2025 16:27see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri