Icma.az
close
up
RU
Moskvanın unutduğu mühüm sənəd “Ruslar Bakını belə görmək istəyir”

Moskvanın unutduğu mühüm sənəd “Ruslar Bakını belə görmək istəyir”

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Rusiya İkinci Qarabağ müharibəsində əvvəlki dövrlərlə müqayisədə Azərbaycana açıq şəkildə maneə yaratmadı və bu, bölgədə yeni geosiyasi reallıqların formalaşmasına gətirib çıxardı. Lakin son 6–7 ayda Moskva-Bakı münasibətlərində nəzərəçarpacaq dərəcədə soyuma və gərginlik müşahidə olunur.

Bir çoxlarını təəccübləndirən əsas məqam isə Rusiya sülhməramlı qüvvələrinin 2024-cü ilin aprelində, razılaşdırılmış müddətdən xeyli əvvəl Qarabağdan çıxarılması oldu. Bu addım zahirdə Bakı üçün müsbət görünürdü, lakin onun ardınca baş verən hadisələr – AZAL-a məxsus təyyarənin Rusiya hərbçiləri tərəfindən hədəfə alınması, Yekaterinburqda azərbaycanlıların qəddarlıqla qətlə yetirilməsi və bunun ətrafında formalaşan ictimai rəy rəsmi Moskvanın Azərbaycanı müəyyən qərar və mövqelərə görə cəzalandırmaq cəhdi kimi dəyərləndirilir.

Birdən-birə nə dəyişdi? Hansı geosiyasi və diplomatik faktorlar Rusiya Prezidenti Vladimir Putini bu cür addımlara verməyə vadar etdi? Kreml Bakı üzərində nəzarət mexanizmini itirdiyini düşündüyü üçün təzyiq rıçaqlarını işə salır? pizza mizza

Globalinfo.az-a danışan siyasi şərhçi Füzuli Qurbanov bildirib ki, Rusiya Federasiyasının Azərbaycana münasibətində zaman-zaman müəyyən ziddiyyətli məqamlar müşahidə olunur:

“Görünür, Rusiyada bir sıra dairələr hələ də imperiya təfəkküründən xilas ola bilməyiblər. Onlar məsələyə bu prizmadan yanaşaraq Azərbaycanı özlərindən asılı vəziyyətdə görmək istəyirlər. Buna baxmayaraq, son illərdə Azərbaycan və Rusiya arasında qonşuluq münasibətlərinin qorunub saxlamasının mühüm olduğu da göründü. Onu da unutmayaq ki, Rusiya Federasiyası Azərbaycanın strateji müttəfiqlərindən biridir. Bu barədə rəsmi sənəd imzalanıb. Hazırda bəzi rusiyalı siyasətçilər sanki belə bir sənəd mövcud deyilmiş, biz heç vaxt strateji tərəfdaş olmamışıq kimi özlərini təkzib edən fikirlər səsləndirirlər. Amma fakt budur ki, belə bir sənəd var. Azərbaycan bir qonşu kimi Rusiya ilə müsbət, konstruktiv münasibətlər qurmaq istəyən ölkə olub və həmişə də belə olacaq”.

F.Qurbanov bildirib ki, son aylarda Bakı-Moskva münasibətlərində müşahidə olunan gərginliyi həm qlobal miqyasda gedən proseslərlə, həm də Rusiyanın ənənəvi maraqlarını qorumaq cəhdləri ilə izah etmək olar:

“Lakin bir həqiqət də var: Azərbaycan Respublikası 1993-cü ildən bu günə qədər sübut edib ki, müstəqil dövlətdir. Yəni heç bir dövlətin təsiri altında olmayacaq. Rəsmi Bakı xarici siyasəti milli maraqlar çərçivəsində qurur. Azərbaycan Prezidenti İlham Əliyev də bunu hər addımında sübut edir.

Ölkə rəhbərliyinin həm AZAL təyyarəsinin hədəfə alınması, həm də Yekaterinburqdakı olaylara münasibəti Azərbaycanın zərrə qədər də müstəqilliyindən və xarici siyasətindən kənara çıxmayacağını göstərdi. Onu da nəzərə alaq ki, hazırda dünyada geosiyasi güclərin böyük savaşı gedir. Bütün hallarda Moskva Azərbaycanın müstəqilliyinə, hüquqlarına və qərarlarına hörmətlə yanaşmalıdır.

Azərbaycan hər zaman müstəqil mövqeyini qoruyub. Ümid edirik ki, diplomatiyamız bundan sonra da fəaliyyətini bu istiqamətdə davam etdirəcək. Bu, Rusiya ilə münasibətlərdə də belə olacaq. Qarşı tərəf də gec-tez Bakının konstruktiv mövqeyini görəcək”.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 06 İyul 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri