Icma.az
close
up
RU
Rus menecerləri kim öldürür? Son 3 ildə 17 si ölüb

Rus menecerləri kim öldürür? Son 3 ildə 17 si ölüb

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2022-ci ildən bəri Rusiyanın böyük şirkətlərinin, o cümlədən “Qazprom”, “Lukoyl” və “Transneft” kimi holdinqlərin 17 top menecer vəfat edib.

Turkustan.az ArbatMedia postalına istinadla xəbər verir ki, əksər hallarda müstəntiqlər baş verən ölümləri intihar hadisəsi kimi sənədləşdiriblər.

2022-ci ildə 10 top-menecer vəfat edib. “Qazprom İnvest”in nəqliyyat xidmətinin rəhbəri, 60 yaşlı Leonid Şulman bağ evinin vanna otağında intihar əlamətləri ilə tapılıb. “Qazprom”un maliyyə bölməsinin top meneceri 61 yaşlı Aleksandr Tyulyakov Sankt-Peterburq yaxınlığındakı evin qarajında ölü tapılıb.

“Qazprombank”ın keçmiş vitse-prezidenti, 51 yaşlı Vladislav Avayev Moskvada bağlı mənzilində güllələnib. Onun həyat yoldaşı və qızının meyitləri də orada tapılıb. “Novatek”in keçmiş top meneceri, 55 yaşlı Sergey Protosenya İspaniya villasında həyat yoldaşı və qızının cəsədlərinin yanında tapılıb.

“Lukoyl” şirkətinin idarə heyətinin keçmiş üzvü, 43 yaşlı Aleksandr Subbotin astma xəstəliyini müalicə etməyə gəldiyi iddia edilən Moskva vilayətində şaman evinin zirzəmisində ölüb. “Qazprom”un podratçısı “Astra Shipping” şirkətinin direktoru, 61 yaşlı Yuri Voronov Sankt-Peterburq yaxınlığındakı hovuzda güllə yarası ilə tapılıb.

“Lukoyl”un direktorlar şurasının sədri, 67 yaşlı Ravil Maqanov Moskvada klinik xəstəxananın pəncərəsindən yıxılıb. Digital Logistics-in (Rusiya Dəmir Yolları) kommunikasiyalar üzrə direktoru, 52 yaşlı Pavel Pçelnikov Moskvadakı mənzillərdən birinin eyvanında intihar əlamətləri ilə tapılıb.

Dövlət Dumasının deputatı və "Vladimirsky Standard"ın təsisçisi 65 yaşlı Pavel Antov Hindistanda otelin pəncərəsindən yıxılıb. Uzaq Şərq və Arktikanın İnkişafı üzrə Dövlət Korporasiyasının direktoru, 39 yaşlı İvan Peçorin Russki adası yaxınlığında qayıqla gəzinti zamanı qayıqdan yıxılıb.

2023-cü ildə dörd rəhbər işçi öldü. Loko-Bank-ın vitse-prezidenti, 28 yaşlı Kristina Baykova şənlikdən sonra 11-ci mərtəbədəki mənzilin pəncərəsindən yıxılıb. Regionlararası Yanacaq İttifaqının direktoru, “Urals Energy” şirkətinin təsisçisi və “Nafta (B) N.V.” şirkətinin ortaq sahibi 59 yaşlı Vyaçeslav Rovneyko Rublyovkadakı evdə ölü tapılıb.

“Yakutskenergo” rəhbərinin birinci müavini, “Vahid Rusiya”nın keçmiş deputatı, 51 yaşlı İqor Şkurko Yakutskdakı istintaq təcridxanasında ölü tapılıb. “Lukoyl” PJSC-nin direktorlar şurasının sədri, 66 yaşlı Vladimir Nekrasov 5 günlük içki qəbulundan sonra kəskin ürək çatışmazlığından dünyasını dəyişib.

2024-cü ildə iki top-menecer ölüb. “Lukoyl”un vitse-prezidenti, 53 yaşlı Vitali Robertus “Lukoyl”un Sretenski bulvarındakı ofisində intihar əlamətləri ilə ölü tapılıb. ONEXİM-in icraçı direktoru (2008-2011) və Rusiya Texnoloji İnkişaf Fondunun rəhbəri (2011-2015) 66 yaşlı Mixail Roqaçev Moskvada yaşayış binasının 10-cu mərtəbəsinin pəncərəsindən yıxılıb.

2025-ci ildə PJSC Transneft-in İT üzrə vitse-prezidenti, 62 yaşlı Andrey Bədəlov vəfat etdi. O, Rublyovkada yerləşən binanın 17-ci mərtəbəsinin eyvanından yıxılıb.

Göründüyü kimi, vəzifəli və varlı menecerlər ya hündürlükdən yıxılıblar, ya intihar ediblər, ya da güllələniblər.

Artıq bu kimi iddialar insanlarda istehza doğurur və hamını belə bir qənaətə gətirir ki, ölənləri sadəcə, sıradan çıxarır, öldürürlər. /musavat.com/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 04 İyul 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri