Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Azərbaycan İran münasibətləri yeni hədəflər çevrəsinə daxil olur

Azərbaycan İran münasibətləri yeni hədəflər çevrəsinə daxil olur

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son 20 ildə ümumi ticarət 2,7 dəfə artıb

Xəbər verildiyi kimi, İran Prezidenti Məsud Pezeşkian ölkəmizə səfəröncəsi Azərbaycan Dövlət Televiziyasına müsahibə verib. İranın dövlət başçısı hazırda iki ölkə arasında əməkdaşlıq sahələri baxımından heç bir məhdudiyyətin olmadığını vurğulayaraq bir çox sahələrlə yanaşı, ticarət, sənaye və müştərək əməkdaşlıq nöqteyi-nəzərindən qarşılıqlı müsbət addımların atıla biləcəyini bildirib.

İran İslam Respublikası ölkəmizin vacib ticarət tərəfdaşlarından biridir. 2005-ci ildə iki ölkə arasında ümumi ticarət dövriyyəsinin həcmi 242 milyon 786,4 min ABŞ dolları təşkil etdiyi halda, ötən il bu göstərici 647,1 milyon dollara çatıb. Bu isə 2023-cü ilə nisbətən 159,7 milyon dolları və ya 32,8 faiz çoxdur. Ümumilikdə, 2024-cü ildə İran İslam Respublikası ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,3 faizi həcmində olub.

Hesabat ilində Azərbaycan İrana 14 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. Ötən il ölkəmiz İrandan məhsul idxalını illik müqayisədə 160 milyon ABŞ dolları və ya 33,8 faiz artıraraq 633 milyon dollara çatdırıb. Cənub qonşmuzdan alınan məhsullar ölkəmizin ümumi idxalının 3,01 faizini təşkil edib.

Bu tendensiya 2025-ci ilin ilk aylarından da davam edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin yanvar-mart aylarında Azərbaycanla İran İslam Respublikası arasında ticarət əməliyyatlarının həcmi 157,2 milyon dolları təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə müqayisədə 22,3 milyon dollar və ya 16,5 faiz çoxdur. Məlumata əsasən, hesabat dövründə İran İslam Respublikası ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,30 faiz həcmində olub.

Bu ilin birinci rübündə Azərbaycandan İran İslam Respublikasına 4,9 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu sahədə 1,7 milyon dolları və ya 50,7 faizlik artım qeydə alınıb. Eyni zamanda, hesabat dövründə İrandan ölkəmizə 248,8 milyon dollar dəyərində idxal əməliyyatları icra olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 20,6 milyon dollar və ya 15,7 faiz artım deməkdir.

Son illər ölkələrimiz beynəlxalq yükdaşımalar, nəqliyyat-logistika sahələrində də uğurla əməkdaşlıq edirlər. Şimal – Cənub Nəqliyyat Dəhlizi üzrə əməkdaşlıq əlaqələrinin genişlənməsi bu baxımdan diqqət çəkir. Artıq iki ölkə sözügedən dəhlizin infrastruktur imkanlarının artırılması ilə bağlı birgə fəaliyyətlərini xeyli artırıb. Elə İran Prezidenti məlum müsahibəsində bu məqama toxunaraq Astara – Astara, eləcə də Astara – Rəşt dəmir yolları ilə İran və Azərbaycan arasında ticarət əlqələrinin perspektivlərindən bəhs edib. O, Azərbaycanın İranla Rusiya arasında qovuşdurucu rol oynaya biləcəyini vurğulayaraq deyib: “İnsanda ürək və damar həyati əhəmiyyət kəsb etdiyi kimi, yollar da ictimaiyyətlər və cəmiyyətlər arasında əlaqə və həyat anlamını özündə əks etdirir. Biz quru yollarının təmin edilməsi və bərpası üçün layihələrimizi həyata keçirməkdəyik. Astara-Astara dəmir yolu layihəsi də davam etdirilir”.

Prezident deyib ki, Azərbaycan özü İran vasitəsilə Fars Körfəzinə daşımalar həyata keçirə bilər. Onun sözlərinə görə, İran hazırda bu sahədə öz üzərinə düşəni həyata keçirir və Prezident İlham Əliyev ilə görüşümüzdə də bu sahənin daha da sadələşdirliməsi üçün layihələrin reallaşdırılması üzrə danışıqlar olacaq.

İran üzərindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin edilməsi üzrə işlərin davam etdirildiyini bildirən prezident ölkəsinin Naxçıvanla quru əlaqənin təmin edilməsi üçün təşəbbüs göstərdiyini xatırladıb. Hazırda bu layihənin çox sürətlə həyata keçirildiyini diqqətə çatdıran M. Pezeşkian İran ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqənin yaradılmasında heç bir problem olmayacağını bildirib: “Biz çalışırıq ki, bu yolu daha təhlükəsiz və daha sağlam şəkildə yekunlaşdıraq. Yüksək səviyyəli mütəxəssislər layihəni dəyərləndiriblər. Ümid edirəm ki, bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqəni təhlükəsiz şəkildə təmin edəcək, eyni zamanda, Azərbaycanla Təbriz, Ərdəbil və Qərbi Azərbaycan arasında əlaqələrə də töhfə verəcək”.

İranın dövlət başçısı müsahibəsində iki ölkənin “yaşıl” enerji sahəsində qarşılıqlı faydalı əməkdaşlıq imkanlarından bəhs edərək Araz çayının “yaşıl” enerji istehsalı üçün son dərəcə münasib olduğunu vurğulayıb. “Orada bəndlər yaradılıb və bəziləri də hələ reallaşdırılır. Bu su bəndlərindən “yaşıl” enerji əldə etmək olar. Biz bu sahədə hər iki ölkə üçün qarşılıqlı faydalı əməkdaşlıq edə bilərik. Heç şübhəsiz ki, bu əməkdaşlıq günəş və külək enerjisi sahəsini də əhatə edə bilər. Bu da iki ölkə arasında müvafiq qurumların əməkdaşlığı çərçivəsində inkişaf edə bilər”, – deyə o əlavə edib.

Xatırladaq ki, ortaq tarixə malik olan Azərbaycanla qonşu İran İslam Respublikası arasında diplomatik münasibətlər zəngin keçmişə malikdir. Din, mədəniyyət və mənəvi dəyərlər baxımından yaxınlıq iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün geniş imkanlar yaradır. Belə ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra iki dövlət arasında diplomatik münasibətlər sürətlə inkişaf etməyə başlayıb. Elə ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biri də məhz cənub qonşumuz olub. 1991-ci il dekabrın 25-də Azərbaycanın dövlət müstəqilliyini tanıdığını bəyan edən İran İslam Respublikası ölkəmizlə bir çox sahələrdə əlaqələrin qurulmasına səy göstərib.

Ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi illərdə Ermənistan tərəfindən blokada şəraitinə düşmüş bu diyarın üzləşdiyi çətinliklərin, qismən də olsa, aradan qaldırılması üçün İranla iqtisadi, humanitar və ticarət sahəsində əlaqələrin qurulmasına nail olunub. Bu baxımdan İrandan Azərbaycana qaz verilməsi, cənub qonşumuzun ərazisindən keçərək Naxçıvana gediş-gəliş məsələləri barədə əldə olunmuş razılaşmalar xüsusi əhəmiyyət daşıyıb.

Həmin dövrdə Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında imzalanmış müxtəlif sahələrdə əməkdaşlığa dair 16 maddədən ibarət protokola əsasən, muxtar respublikanın kommunikasiya xətlərinin İran ərazisindən keçirilməsi, bir il ərzində qaz kəmərinin İran hökumətinin vəsaiti hesabına çəkilməsi, ayda 100 ton maye qazın, təqribən, 30 meqavat gücündə elektrik enerjisinin verilməsi kimi həyati vacib məsələlər həll olunub. Bununla da, Ulu öndərin gərgin əməyi və diplomatik fəaliyyəti sayəsində Naxçıvan Muxtar Respublikasının Ermənistan tərəfindən yaradılan nəqliyyat, enerji blokadası yarılıb.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə gəlişindən sonra İranla münasibətlər yeni mərhələyə qədəm qoyub. 1993-cü ilin oktyabr ayında “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və qardaşlıq münasibətlərinin prinsipləri haqqında” 22 maddəlik memorandumla yanaşı, siyasi, ticarət, iqtisadi, elmi-texniki, mədəni və humanitar əlaqələrə dair 14 sənəd imzalanıb.

1994-cü ilin yayında Heydər Əliyevin başçılığı ilə Azərbaycan nümayəndə heyətinin İrana rəsmi səfəri çərçivəşində siyasi, iqtisadi, elmi-mədəni əməkdaşlığa dair 7 sənəd, o cümlədən Azərbaycanla İran arasında dostluq münasibətlərinin inkişafına dair 13 maddəlik bəyanata imza atılıb. Ümummili liderin hakimiyyətinin sonrakı illərində də iki ölkə arasında müxtəlif sahələrdə münasibətlərin, o cümlədən iqtisadi əlaqələrin inkişafına xüsusi diqqət yetirilib.

Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də cənub qonşumuzla müxtəlif istiqamətlərdə əlaqələrin möhkəmləndirilməsinə xüsusi önəm verib. Xatırladaq ki, 2004-cü ilin avqust ayında İranın dövlət başçısının ölkəmizə səfəri çərçivəsində iqtisadi, nəqliyyat, mədəniyyət, energetika və s. sahələrə dair mühüm sənədlər imzalanıb. Energetika və qaz sahəsinə aid olan mübadilə sazişləri, Naxçıvan Muxtar Respublikasının elektrik enerjisi və “mavi yanacaq”la təmin olunması bu baxımdan mühüm əhəmiyyət kəs edib.

2005-ci il yanvarında isə Azərbaycan Prezidenti İlham Əliyevin İrana rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin daha da dərinləşdirilməsinə əlverişli imkanlar yaradıb. Sözügedən səfər çərçivəsində Araz çayının hidroenergetika potensialından birgə istifadə, mülki aviasiya sahəsində əməkdaşlığın inkişafı barədə sazişlər imzalanıb.

Həmin ilin sonlarında İranın yeni seçilmiş Prezidenti Mahmud Əhmədinejadın İrandan Naxçıvana çəkilmiş qaz kəmərinin açılışında iştirak etmək üçün muxtar respublikaya səfəri çərçivəsində dövlət başçıları tərəfindən iki ölkə arasında enerji sahəsində əməkdaşlığa dair bəyannamə imzalanıb. Bu kəmərin istifadəyə verilməsi Naxçıvanda qaz problemini əsaslı şəkildə həll etməklə, ikitərəfli iqtisadi əməkdaşlığın müsbət nəticələrinin təzahürünə çevrilib.

2010-cu il noyabrın l7-də İran Prezidenti Mahmud Əhmədinejadın növbəti dəfə Azərbaycana rəsmi səfəri çərçivəsində iki dövlət arasında enerji və nəqliyyat sahəsində Anlaşma Memorandumu və bir sıra digər sənədlər imzalanıb. Memorandumda nəqliyyat sektoru sahəsində Şimal– Cənub dəhlizinin qurulması və bu istiqamətdə əlavə tədbirlərin görülməsi nəzərdə tutulub, birgə elektrik güclərinin yaradılması məsələləri öz əksini tapıb.

İki ölkə arasında dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər sonrakı illərdə də davam edərək iqtisadi münasibətlərin möhkəmləndirilməsinə təkan verən bir çox mühüm sənədlərə imza atılıb. Buna misal olaraq Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında “Ordubad” və “Marazad” Su Elektrik stansiyalarının tikintisi və istismarı haqqında Sazişi, “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Birgə Bəyannamə”ni və digər sənədləri qeyd etmək olar. Ölkələrimiz arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının fəaliyyəti bərpa olunması, Bakıda və Tehranda mütəmadi görüşlərin keçirilməsi qarşılıqlı investisiyalara, müştərək müəssisələrin yaradılmasına və ən başlıcası, iki ölkə arasında mal mübadiləsinin ciddi şəkildə artmasına təkan verib.

Bütün bunlarla yanaşı, ötən müddətdə Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında gömrük məsələlərində qarşılıqlı inzibati yardım haqqında Saziş, Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında baytarlıq və heyvan sağlamlığı sahəsində əməkdaşlıq haqqında Saziş, Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında elektrik enerjisinin satışı haqqında Çərçivə Sazişi və digər sənədlər imzalanıb.

Həmin sənədlər içərisində iki ölkənin dəmir yollarının birləşdirilməsi barədə əldə edilmiş razılaşma xüsusi əhəmiyyət daşıyır. Bu addım Şimal – Cənub nəqliyyat dəhlizinin layihəsi çərçivəsində birgə əməkdaşlığa “yaşıl” işıq yandırıb. Eyni zamanda, Azərbaycanın Şimal – Cənub nəqliyyat dəhlizi ilə yanaşı, Şərq – Qərb nəqliyyat dəhlizinin də əhəmiyyətli tranzit ölkəsi olması İrana öz məhsullarını bu marşrut vasitəsilə Avropa bazarına ixrac etmək imkanı yaradır.

2016-cı il aprelin 20-də Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında Hökumətlərarası Çərçivə Sazişinə uyğun olaraq, Astara çayı üzərində dəmir yolu körpüsünün və Neftçala Sənaye Zonasında birgə avtomobil istehsalı zavodunun, 2017-ci ilin yanvarında isə Pirallahı Sənaye Parkında Azərbaycan–İran birgə layihəsi olan əczaçılıq zavodunun təməlinin qoyulması, eləcə də “Xudafərin”, “Qız Qalası”, “Ordubad” və “Marazad” sazişlərinin reallaşdırılması ölkələrimiz arasında nəqliyyat və enerji sahələrində uğurla əməkdaşlığa geniş imkanlar yaradır.

Heç şübhəsiz, İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri çərçivəsində dövlət başçıları arasında keçirilmiş görüşlər, imzalanmış mühüm sənədlər ölkələrimiz arasında çoxtərəfli münasibətlərin daha da möhkəmlənməsinə təkan verəcək.

Mirbağır YAQUBZADƏ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Aprel 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see327

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see320

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see315

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see313

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see312

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see301

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see281

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see251

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see250

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see231

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see224

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see204

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see201

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see194

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see193

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see192

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see192

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see191

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri