Icma.az
close
up
RU
İran Azərbaycan münasibətləri yeni müstəvidə...

İran Azərbaycan münasibətləri yeni müstəvidə...

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Dialoqun inkişafı müsbət perspektiv vəd edir

Çoxvektorlu xarici siyasət kursuna malik Azərbaycan dünya ölkələri ilə tərəfdaşlıq münasibətlərinin inkişafına hər zaman diqqət yetirir. Ortaya qoyulan səylər isə mühüm nəticələr verir - yaşadığımız coğrafiya sıx əməkdaşlıqlar, təhlükəsiz ticari münasibətlər, siyasi dialoqun inkişaf etdirilməsi kimi vacib çağırışların ünvanı kimi səciyyələndirilir. Xüsusilə, qonşu ölkələrlə münasibətdə həssas yanaşma sərgilənir. Bu baxımdan, ölkəmiz Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə ən yüksək səviyədə siyasi-iqtisadi əlaqələrə malikdir.

İran İslam Respublikasının da Azərbaycanla əlaqələrinin inkişafı istiqamətində aparılan siyasət mühüm əhəmiyyət kəsb edir. Cənubi Qafqazın geostrateji əhəmiyyətini göz önünə gətirsək, burada siyasi dialoq mühitinin hər zaman aktuallığını qorumasının əsas şərt olduğunu deyə bilərik - Azərbaycan ilə İran arasında səmimi dialoq mühiti mövcuddur.

Hökm icra olundu...

Yeri gəlmişkən, bir neçə il öncə Azərbaycanın İrandakı səfirliyinə terror hücumu etmiş İslam Respublikası vətəndaşı Yasin Hüseynzadə haqqında verilmiş hökm icra edilib - o, edam olunub. Məlumata görə, hökm aşağı instansiya məhkəməsinin qərarını Ali Məhkəmə təsdiqləyəndən sonra icra olunub. Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30-da Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin əməkdaşları Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar. Terror hadisəsi baş verəndən dərhal sonra Prezident İlham Əliyev səfirliyin fəaliyyətinin dayandırılması, diplomatların geri çağırılması ilə bağlı tapşırıq vermişdi. Məsələ ilə əlaqədar Azərbaycanın prinsipial mövqeyi açıqlamışdı. Rəsmi Bakı cinayətkarın həbs olunması və cəzalandırılmasını tələb etmişdi. Azərbaycan Xarici İşlər Nazirliyi həmin il yanvarın 30-da səfirliyin əməkdaşlarını Tehrandan təxliyə edərək diplomatik missiyanın fəaliyyətini dayandırıb. Hücum aktı ilə bağlı Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdı.

İki dövlət arasında aparılmış danışıqlar nəticəsində 2024-cü il iyulun 15-dən etibarən Azərbaycanın İrandakı səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib, səfir və səfirliyin heyəti İrana geri dönüb.

İqtisadi münasibətlər geniş mahiyyət daşıyır...

Cənubi Qafqazın geostrateji durumu burada siyasi dialoq mühitinin hər zaman aktuallığını qorumasının əsas şərt olduğunu ortaya qoyur. İran ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə inkişafı isə həm də yeni yaranan iqtisadi-ticari situasiyanı daha da gücləndirən amillər sırasında qeyd olunur - Tehran ilə Bakı arasındakı yaxın qonşuluq münasibətlərinin dərinləşməsi regional inkişaf tempinə müsbət təsirlərini göstərir. Xatırladaq ki, hələ ötən ilin yayında Məsud Pezeşkianı İran prezidenti seçilməsi münasibətilə təbrik edən Prezident İlham Əliyev ona zəng etmişdi.  Söhbət zamanı ortaq dini-mədəni köklər, dostluq və qardaşlığa əsaslanan Azərbaycan-İran əlaqələrinin bundan sonra da genişlənəcəyinə və müxtəlif sahələri əhatə edən əməkdaşlığımızın inkişaf edəcəyinə əminlik ifadə olunmuşdu.

Hər iki ölkə müasir dövrdə əlaqələri yeni çağırışlar əsasında formalaşdırır - xüsusilə, iqtisadi platformada iki dövlət arasında əsaslı razılaşmalar mövcuddur, bir sıra yeni layihlər həyata keçirilib və keçirilir. Nəqliyyat sahəsində reallaşdırılan birgə layihələr əməkdaşlığa əsaslı nümunə sayıla bilər - hər iki ölkə Şimal-Cənub Dəhlizi marşrutu üzrə öz səylərini birləşdirməkdə qərarlıdır. Yaxın 10 il ərzində Asiya ilə Avropa arasındakı ticarət dövriyyəsinin həcminin bir neçə dəfə artması gözlənilir ki, burada da məhz Şimal-Cənub dəhlizi üzrə daşımalardan əldə olunacaq gəlirlər də diqqəti cəlb edir - iki qitə arasında daşınacaq yüklərin 15 faizi bu dəhliz vasitəsilə həyata keçirilsə, Azərbaycanla İran külli miqdarda gəlir əldə etmək imkanı qazanacaqlar. Hazırda iki dost ölkə Şimal-Cənub Dəhlizinin funksionallığının artırılmasına böyük səy göstərirlər. Azərbaycan öz ərazisi üzrə marşrut istiqamətində böyük infrastruktur layihələri həyata keçirib. Bakı Beynəlxalq Ticarət limanının yükaşırma qabiliyyətinin artırılması ilə yanaşı, Ələt-Astara avtomobil yolu yenidən qurulub. İran Astarası ilə Azərbaycan Astarası arasında yeni dəmir yolu körpüsü tikilərək istifadəyə verilib, Astaraçay üzərində yeni avtomobil körpüsünün tikintisi artıq başa çatıb. Eyni zamanda, Ağbənd istiqamətində yeni avtomobil körpüsü tikilir. Ağbənd körpüsünün 2026-cı ilin əvvəllərində istifadəyə verilməsi və onun istismarının asanlaşdırılması istiqamətində planlar nəzərdən keçirilir. Bu körpü təkcə Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən körpü deyil, bu, beynəlxalq nəqliyyat dəhlizinin bir parçasıdır. Körpü Şimal-Cənub Dəhlizi ilə yanaşı, həm də, Şərq-Qərb Nəqliyyat Dəhlizlərinin bir hissəsi olacaq.  Bütövlükdə, Ağbənd yolu regionları birləşdirən əsas nəqliyyat-tranzit bağlantılarından birinə çevriləcək.

Əlaqələrin strateji əsasları...

Paralel olaraq iki ölkə arasında siyasi dialoqun yeni və konstruktiv bir mərhələyə qədəm qoyması regionun sabitliyi və əməkdaşlıq perspektivləri baxımından mühüm əhəmiyyət kəsb edir. Bir zamanlar gərginliklərlə müşayiət olunan münasibətlər artıq qarşılıqlı hörmət, suverenliyə riayət və iqtisadi-siyasi əməkdaşlığa əsaslanan müsbət bir məcraya yönəlib. İran və Azərbaycan arasında dialoqun intensivləşməsi bir neçə strateji əsas üzərində qurulub:

- Yüksək səviyyəli siyasi təmaslar - Son aylarda hər iki ölkənin yüksək vəzifəli rəsmilərinin qarşılıqlı səfərləri və verdikləri bəyanatlar əməkdaşlıq ruhunun möhkəmləndiyini göstərir. Sərhəd təhlükəsizliyi, iqtisadi layihələr və regional əməkdaşlıq məsələləri bu görüşlərin əsas gündəmini təşkil edir.

- Regional layihələrdə koordinasiya - İran və Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi kimi mühüm layihələrdə tərəfdaşlıq edir. Bu əməkdaşlıq regionun tranzit potensialını artırmaqla yanaşı, iqtisadi inteqrasiyanı da gücləndirir.

- Sərhədyanı əməkdaşlıq və təhlükəsizlik məsələləri - Tərəflər sərhəddə sabitliyi təmin etmək və qeyri-qanuni fəaliyyətlərə qarşı birgə tədbirlər görməkdə maraqlıdır. Bu da siyasi etimadın dərinləşməsinə xidmət edir.

Dialoqu davamlı saxlamaq, müsbət gündəmi qorumaq...

Eyni zamanda iki ölkə arasında münasibətlərin yeni məcraya yönəlməsi olduqca vacib geosiyasi amillərlə bağlıdır. Xüsusilə, post-müharibə reallıqlarının formatında Azərbaycanın apardığı uğurlu fəaliyyət bütövlükdə regionun siyasi-iqtisadi inkişafı üçün mərhələ formalaşdırıb. Bu kontekstdə rəsmi Tehran Azərbaycanla mehriban qonşuluq siyasətinin həm regionda nüfuzuna, həm də təhlükəsizlik maraqlarına xidmət etdiyini dərk edir. İran ilə Azərbaycan arasında siyasi dialoqun bu yeni mərhələsi isə mühüm müsbət nəticələr vəd edir. Nəzərə alınmalıdır ki, qarşılıqlı anlaşma regionda hərbi və siyasi gərginliklərin qarşısını almağa imkan verir. Ticarət dövriyyəsinin artması, birgə sənaye zonalarının yaradılması və nəqliyyat dəhlizlərinin inkişafı isə iqtisadi rifahı gücləndirəcək. Məsələyə həm də mədəni və humanitar əlaqələrin inkişafı prizmasından yanaşılsa, ortaq dini-mədəni irsə malik olan bu iki xalq arasında yaxınlaşma daha da dərinləşir. Nəticə etibarı ilə, İranla Azərbaycan arasında siyasi dialoqun yeni mərhələyə qədəm qoyması təkcə ikitərəfli münasibətlər üçün deyil, ümumilikdə Cənubi Qafqaz və Yaxın Şərq bölgəsi üçün də sabitlik və əməkdaşlıq baxımından önəmlidir. Bu münasibətlərin davamlı və qarşılıqlı etimada əsaslanan şəkildə inkişafı, gələcəkdə daha böyük regional təşəbbüslərin reallaşmasına zəmin yarada bilər. Əsas məsələ bu dialoqu davamlı saxlamaq, qarşılıqlı maraqları nəzərə almaq və müsbət gündəmi qorumaqdır.

P.İSMAYILOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 May 2025 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see326

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see274

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see232

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see227

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see225

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see222

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see221

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see219

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see219

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see215

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see206

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see202

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see196

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see196

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see185

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see184

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see182

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see181

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see167

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri