Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Azərbaycan İran: pozitiv gündəlik perspektiv üçün böyük təminatdır

Azərbaycan İran: pozitiv gündəlik perspektiv üçün böyük təminatdır

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Əməkdaşlıq diapazonunun zənginliyi münasibətlərin dərinləşəcəyinə inam yaradır

İlk üç ayını yola saldığımız 2025-ci ili Azərbaycan-İran münasibətlərinin intensivliyi baxımından əlamətdar saymaq olar. Bu, nikbinlik yaradır. Artıq əminliklə söyləyə bilərik ki, ölkələr arasındakı münasibətlərin soyuqluq fazası tam şəkildə aradan qalxıb. Buna görə nikbinliyimizdə sevinc payı da var. Sevincimizi şərtləndirən isə qarşılıqlı əlaqələrin geniş diapazona malik olması və daha da zənginləşməsinə bəslədiyimiz dərin inam hissidir.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dünən İran İslam Respublikası Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi ilə görüşüb. Bu barədə cənab Hacıyev “X” sosial şəbəkə hesabında paylaşım edib.Prezidentin köməkçisi bildirib: “Görüş zamanı iki ölkənin dövlət başçılarının qoyduqları tapşırıqlara uyğun olaraq Azərbaycan və İran arasında ikitərəfli siyasi münasibətlərə dair geniş fikir mübadiləsi apardıq. Həmçinin 2025-ci ilin fevralında İrana səfər zamanı aparılmış danışıqların davamı olaraq qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər müzakirə edildi”.

Yada salaq ki, H.Hacıyev İrana xatırladığı səfəri zamanı da cənab Sənayi ilə görüşmüş, təmas zamanı Bakı–Tehran ikitərəfli əlaqələri və regional əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılmışdı. Görüşdə ölkəmizin H.Hacıyev tərəfindən səsləndirilmiş mövqeyi bu olmuşdu ki, Azərbaycan İranla heç bir məhdudiyyət olmadan və qarşılıqlı fayda əsasında mehriban qonşuluq şəraitində siyasi, iqtisadi və mədəni əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Münasibətlərdə əsas məqam isə etimadın gücləndirilməsi və anlaşılmazlıqların aradan qaldırılmasıdır. Hesab edirik ki, bu mənada H.Hacıyevin “Azərbaycan tərəfdən İrana heç bir təhdid olmayacaq” fikri böyük təminatdır.

Daha bir təminat isə cənab Sənayi dilə gətirmişdi. O demişdi ki, Azərbaycan İran üçün təkcə mühüm və dəyərli qonşu deyil, iki ölkənin xalqları bir-birinə qohum və dostdurlar. Onun fikrincə, Azərbaycan–İran münasibətlərinin səviyyəsi sırf diplomatik formatdan kənara çıxmalı, digər dövlət və özəl sahələrə də yayılmalıdır: “İnsanlar arasında təmasların dərinləşməsi əməkdaşlığın inkişafına böyük təsir göstərəcək. İranın öz qonşuları, o cümlədən Azərbaycan ilə münasibətlərdə əsas məqsədi strateji əlaqələr qurmaq, istənilən gərginlikdən uzaq olmaqdır”.

Qeyd edək ki, H.Hacıyev İrana bu ilin fevralındakı səfəri zamanı ölkənin Prezidenti Məsud Pezeşkian tərəfindən də qəbul edilmişdi. O, Prezident İlham Əliyevin səmimi salamlarını və ölkəmizə səfərə dəvətini İranın dövlət başçısına çatdırmışdı. Öz növbəsində cənab Pezeşkian salamlara və dəvətə görə təşəkkürünü bildirmiş və onun da səmimi salamlarını Azərbaycanın liderinə çatdırılmasını xahiş etmişdi.

Onu da bildirək ki, İran Prezidenti ölkəmizin baş naziri Əli Əsədovu da Tehranda qəbul etmişdi. Ölkəmizin hökumət rəhbərinin bu ilin fevralında İrana işgüzar səfəri çərçivəsində reallaşmış görüşdə Azərbaycan–İran əlaqələrinin dostluq və mehriban qonşuluq prinsipləri əsasında inkişaf etdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın yeni məzmunla zənginləşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmış, nəqliyyat, energetika və neft-qaz sahələrində həyata keçirilən layihələrin icrası ilə bağlı məsələlər nəzərdən keçirilmişdi. Təmas zamanı Ə.Əsədovun Tehranda iştirakçısı olduğu Üçüncü Xəzər İqtisadi Forumunun əhəmiyyəti vurğulanaraq, Azərbaycanın Xəzər dənizinə sülh, dostluq və əməkdaşlıq dənizi kimi baxdığı bir daha diqqətə çatdırılmış, habelə regiondakı yeni reallıqlar nəzərə alınaraq aktual məsələlər müzakirə olunmuşdu.

Bir məqamı da vurğulayaq ki, bu ilin fevral ayı Azərbaycan-İran hərbi əməkdaşlığının müzakirəsi baxımından da əlamətdar olub. Belə ki, həmin ay Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanının birinci müavini - qərargah rəisi, birinci dərəcəli kapitan Teymur Mürşüdov Pakistanın Kəraçi şəhərində keçirilmiş “AMAN-25” çoxmillətli dəniz təlimi və “AMAN” Dialoqu çərçivəsində İranın Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şəhram İrani ilə görüşmüşdü. Görüşdə hər iki ölkənin regional maraqlarını özündə birləşdirən Xəzər dənizinin təhlükəsizliyinin təmin edilməsi üçün hərbi dənizçilər arasında münasibətlərin inkişaf perspektivləri ətrafında geniş diskussiya aparılmış, eləcə də qarşılıqlı təcrübə mübadiləsi məqsədilə dəniz sularında birgə təlimlərin təşkilinin vacibliyi vurğulanmışdı.

Hərbi əməkdaşlıqdan söz düşmüşkən, deyək ki, ötən ilin noyabrında İranın Ərdəbil vilayətinin Aslanduz yaşayış məntəqəsi yaxınlığında Azərbaycan Ordusu Quru Qoşunlarının və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının xüsusi təyinatlıları ilə “Araz – 2024” birgə taktiki təlimi keçirilmişdi. Təlimdən əvvəl isə hər iki ölkənin nümayəndə heyətlərinin yüksək səviyyəli üzvlərinin qatıldıqları komanda-qərargah iclasında təlimin mərhələləri və epizodlarının icra olunması üzrə ardıcıllıq müəyyənləşdirilmiş, təhlükəsizlik qaydaları diqqətə çatdırılmışdı.

Xatırladaq ki, bu ilin yanvarında ölkəmizin baş nazirinin müavini Şahin Mustafayev Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Dövlətlərarası Komissiyasının 16-cı iclasında iştirak məqsədilə İranda səfərdə olmuşdu. Sözügedən komissiyanın Azərbaycan tərəfindən həmsədri olan Ş.Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti də İranın dövlət başçısı tərəfindən qəbul edilmişdi. Görüşdə Bakı–Tehran əlaqələrinin mövcud vəziyyəti və gələcək inkişaf pespektivləri müzakirə olunmuş, o cümlədən iqtisadiyyat, nəqliyyat, energetika, ticarət, investisiya və humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi və həyata keçirilən birgə layihələrin önəmi vurğulanmışdı.

Ş.Mustafayev İrana səfəri gedişində ölkənin Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədian ilə də görüşmüşdü. Görüşdə vurğulanan başlıca məqam bu olmuşdu ki, iki qonşu ölkə arasında həyata keçirilən iqtisadi layihələr hər iki dövlətin milli maraqlarına uyğundur. Qarşılıqlı münasibətlərin inkişafı regionda sabitliyin, dayanıqlı inkişafın qarantı ola bilər və bu əlaqələrin inkişafı zəruridir. Təmas zamanı, həmçinin, İran ilə Azərbaycan arasında qarşılıqlı səfərlərin artırılması yollarına nəzər salınmış, eləcə də Qafqaz regionunda baş verən siyasi proseslər ətrafında fikir mübadiləsi aparılmışdı.

İlk üç ayını yola saldığımız 2025-ci il yalnız Azərbaycandan İrana yüksək səviyyəli səfərlər baxımından əlamətdar olmamışdı. İrandan da Azərbaycana səfər gerçəkləşmişdi. Bu baxımdabn İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibafın Asiya Parlament Assambleyasının 15-ci plenar iclasında iştirak məqsədilə ölkəmizdə olması vurğulanmalıdır. Səfər çərçivəsində cənab Qalibaf Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova tərəfindən qəbul edilmişdi. Yeri gəlmişkən, bu, İran İslam Şurası Məclisinin hazırkı sədrinin ölkəmizə ilk səfəri kimi də tarixə düşmüşdü.

Cənab Qalibaf S.Qafarova ilə görüş zamanı bildirmişdi ki, Azərbaycan və İran xalqları ortaq tarixi, dini və mədəni dəyərləri bölüşür, mövcud amil hazırkı münasibətlərin əsasını təşkil edir və təmasların daha da genişləndirilməsi üçün yaxşı təməldir. Xanım Qafarova Prezident İlham Əliyevin Azərbaycanın xarici siyasətinin prinsiplərinə, müasir beynəlxalq münasibətlər sisteminə dair fikirlərini xatırladaraq demişdi ki, ölkəmiz üçün dostluq, bir-birinin daxili işlərinə qarışmamaq, beynəlxalq öhdəliklərə riayət, qarşılıqlı hörmət nümayişi kimi prinsiplər son dərəcə vacibdir.

Görüşdə dövlətlərarası münasibətlərin mühüm istiqaməti olaraq parlamentlər arasında əlaqələrin genişləndirilməsi, beynəlxalq parlament təşkilatlarında əməkdaşlıq məsələləri nəzərdən keçirilmişdi. Söhbət zamanı, eyni zamanda, Cənubi Qafqazda yeni imkanlar və perspektivlər barədə də danışılmış, bu baxımdan Azərbaycanın təşəbbüsü ilə yaradılmış “3+3” əməkdaşlıq formatının əhəmiyyəti qeyd edilmişdi. Ən əsası isə bildirilmişdi ki, kənar xarici qüvvələrin regiona cəlb edilməsi yaxşı heç nə vəd etmir. M.B.Qalibaf da öz növbəsində İranın “3+3” platformasını tam dəstəklədiyini, bu formatın regionda sülhə və sabitliyə, siyasi-iqtisadi əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini ifadə etmişdi.

Təmas zamanı müzakirəsi aparılmış başlıca mövzulardan biri də regiondakı nəqliyyat bağlantılarının, o cümlədən, Şimal-Cənub nəqliyyat dəhlizinin və Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək yol bağlantısı olmuşdu. Yeri gəlmişkən, avtomobil və dəmir yolları bağlantılarının yaradılması, İran ərazisindən keçməklə, Şərqi Zəngəzur– Naxçıvan nəqliyyat infrastrukturunun tikintisi, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi və digər birgə layihələrin icra vəziyyəti baş nazir Əli Əsədovun İrana haqqında söz açdığımız səfəri zamanı da gündəmdə olmuşdu. Cənab Əsədovun İranın Birinci vitse-prezidenti Məhəmməd Reza Areflə fevralın 17-də keçirdiyi görüşdə tərəflər, həmçinin Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, dənizin çirkləndirilməsinin və dayazlaşmasının qarşısının alınması, habelə Xəzər hövzəsində əməkdaşlıqla bağlı bir sıra digər məsələlər barədə mühüm fikir mübadiləsi aparmışdılar.

Azərbaycan–İran münasibətləri ilə bağlı daha bir məqama diqqət yetirək. Məlumdur ki, hazırda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi çox kiçikdir. Bunu İran Prezidentinin müşaviri M.Sənayi Azərbaycan Prezidentinin köməkçisi H.Hacıyevlə haqqında bəhs etdiyimiz görüşündə də vurğulamışdı. O, eyni zamanda, bunları bildirmişdi: “Biz makroiqtisadi və ticarət layihələrini müəyyən etməklə, iş adamlarını mədəni-iqtisadi əlaqələrin inkişafı və genişləndirilməsinə cəlb etməyə çalışmalıyıq. İki ölkənin mənafeyi naminə iqtisadi əlaqələr və ticarət şəbəkəsi yaratmaq üçün lazımi imkanlar və vacib platformalar mövcuddur”.

Yuxarıda da vurğuladıqlarımızdan hasil olan qənaət bundan ibarətdir ki, Azərbaycanla İran arasında bir neçə il əvvəl nəzərə çarpmış soyuqluğun tamamilə aradan qalxması həm ümumən yeni əməkdaşlıq məsələlərini gündəmə gətirib, həm də Bakı və Tehran regional təhlükəsizlik strukturunda həmrəylik nümayişi ilə yaşadığımız tarixi coğrafiyanı xarici təhdid və təsirlərdən qorunmasında müştərək mövqeyə malikdirlər. Yazımızda diqqətə çatdırdığımız ayrı-ayrı məqamlardan isə ikitərəfli əməkdaşlığın mühüm perspektivinin nədən ibarət ola biləcəyini də təxmin etmək mümkündür. Söhbət Şimal-Cənub nəqliyyat dəhlizinin və Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək yol bağlantısının yüksək prioritetlik dərəcəsindən gedir. Hesab edirik ki, sözügedən bağlantı həm cənab Sənayinin diqqətə çatdırdığı geriliyi aradan qaldıracaq, həm gələcəkdə dövlətlərin qarşılıqlı münasibətlərini qlobal risklərdən sığortalayacaq, həm də hər iki ölkə xalqlarının sülh, rifah və əmin-amanlıq şəraitində yaşamalarını təmin edəcək

Sonda vurğulayaq ki, əsas olan xoş niyyət və məramdır. Fikrimizcə, hazırda Bakı–Tehran münasibətləri baxımından pozitiv gündəliyin ən başlıca cəhəti Azərbaycan və İran rəsmilərinin ölkələrimizin mehriban qonşuluq və əməkdaşlıqdan savayı seçiminin olmadığını dərk etmələri və buna adekvat fəaliyyətə üstünlük vermələridir.

R.ƏVƏZ

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Aprel 2025 00:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri