Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

DOĞULMAMIŞ UŞAQ ÜÇÜN KADDİŞ Etibar Əliyevin YAZISI

DOĞULMAMIŞ UŞAQ ÜÇÜN KADDİŞ Etibar Əliyevin YAZISI

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Elm və təhsil bilicisi, maarifçi Etibar Əliyevin "BAZAR GÜNÜ OXULARI" silsiləsindən növbəti yazısını təqdim edirik:

Macarıstan yazıçısı İmre Kertez 1929-cu ildə Budapeştdə yəhudi ailəsində anadan olub. İmre 15 yaşında zorla Auşvits həbs düşərgəsinə göndərilib, 1945-ci ildə sağ qalan məhbuslarla birgə azadlığa çıxıb. O dəhşətli illərin xatirələri Kertez yaradıcılığının istiqamətini müəyyənləşdirib. Konsentrasiya düşərgəsi və daim Damokl qılıncı kimi başı üzərində sallanan ölüm təhlükəsi onun “təhsil aldığı universitet” olub. Müharibədən sonra Kertez jurnalist kimi fəaliyyət göstərmiş və alman ədəbiyyatının tərcüməçisi işləmişdir.

Onun “İngilis bayrağı” adlı ilk romanı 1975-ci ildə işıq üzü görüb. Dustaqların faşist cəhənnəmindən azad olunmalarına baxmayaraq, Kertezin hər bir əsəri oxucunu yenidən düşərgənin baraklarına, meyit qalaqlarına, insan mənəviyyatını təhqir edən dözülməz şəraitə qaytarır. Yazıçı göstərir ki, bu cəhənnəm təndirində də dustaqlar insan ləyaqətlərini qoruyub saxlayırdılar – onlar nifrət edir, sevir, hətta gülür, ən əsası isə düşünür və mühakimə edirdilər.

“Məzlum” əsərinin baş qəhrəmanı uşaq ikən konsentrasiya düşərgəsinə düşür. Lakin o, uyğunlaşa bilir və sağ qalır. Alternativ reallıqdan xəbəri olmadığına görə o, düşərgə həyatını gerçəklik kimi, norma kimi qəbul edir. Onun üçün düşərgə həyatı qapalı dalanları ilə yanaşı, xoşbəxt anlara da malikdir. Əsərin qəhrəmanının uşaq baxışı kənardan müşahidə aparmağı mümkünsüz edir, ona görə də ətrafında baş verənlərin dərin mənasını dərk etmir.

Kertezin mətnində vəziyyətin sadəcə olaraq məcbur etdiyi daxili etiraz (hətta sadə müqavimət belə) yoxdur; onda nə əxlaq, nə də nəticə mövcuddur. Bu isə, görünür, oxucunu ən çox şok vəziyyətinə salan məqamdır. Konsentrasiya düşərgəsinin reallığı təmizdir və yad göz yaşlarından xalidir; sanki özün öz əllərini buz kimi soyuq suya salırsan və tədricən barmaqların donur. Kertez biganə şəkildə qeyd edir: “Həyat uyğunlaşmaqdır.”

Yazıçı Nobel nitqində bu mövzunu davam etdirir: “Mən, günlərin bir günü, 1955-ci ilin yazında bu fikrə gəldim ki, təkcə bir reallıq mövcuddur – bu reallıq mən özüməm, mənim həyatımdır. Bu zərif hədiyyə mənə qeyri-müəyyən müddətə verilib. Bu reallığı yad, anlaşılmaz qüvvələr özününküləşdiriblər, eybəcərləşdiriblər, eyniləşdiriblər. Amma mən onu tarix adlanan şeyin, iyrənc Avstraliya kərtənkələsinin əlindən almalıyam, çünki bu hədiyyə yalnız mənə məxsusdur. Ondan öz kefim istədiyi kimi istifadə etməliyəm.”

Yazıçının “Doğulmamış uşaq üçün kaddiş” romanı da faşist düşərgəsinin dözülməz mühiti haqqındadır. Kaddiş – ivrit dilində Allahın adının və onun müqəddəsliyinin mədh edilməsidir (Böyük Yəhudi Lüğəti). Ədəbiyyatçılar onun faşist düşərgəsində dustaqlar haqqında yazdığı avtobioqrafik novellalarını “şəxsiyyət kövrəkliyini tarixin barbar istibdadına qarşı qoyulması kimi” qiymətləndirirlər.


Kertez bu əsəri vasitəsilə xeyir və şərə fərqli baxışlarını irəli sürür. Bu baxış, şübhəsiz ki, müasir ənənəvi baxışlardan fərqlidir. “İstənilən şərin rasional motivi var. İstənilən rəzillik və yaramazlığı rasional toplananlar və motivlərin cəmindən ibarət olan riyazi formul kimi göstərmək mümkündür. Əksinə, bu dünyada xeyir qeyri-rasionaldır.”

Kertez deyirdi: “Bu səbəbdən məni artıq əsilzadə qəsbkarlar, hökmdarlar və kanslerlər maraqlandırmır. Onların mənəvi həyatında maraqlı heç nə yoxdur. Məni artıq çoxdandır ki, möminlər maraqlandırır. Mən onlarda maraqlı və əlçatmaz olan nəsə axtarıram. Burada təmiz rasional izah tapmaq mümkün deyil.”

2002-ci ildə Auşvitsin keçmiş dustağı İmre Kertez “yaradıcılığında cəmiyyətin fərdə qarşı fəal təcavüzünə rəğmən fərdin yaşamaq iqtidarında olması və düşünmək qabiliyyətindən nə üçün məhrum olmaması sualına optimist cavabına görə” ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü.

İmre Kertez təqdim olunma mərasimində söylədiyi nitqdə çox maraqlı bir məqama toxunur: “Mən etirafdan başlamalıyam – ola bilər, bu etiraf qəribə görünsün, amma tamamilə səmimidir. Bu ilin Nobel mükafatını almaq məqsədilə Stokholma gəlmək üçün təyyarənin göyərtəsinə qalxdığım dəqiqədə kürəyimlə gözəgörünməz, soyuqqanlı müşahidəçinin ciddi baxışlarını duydum. Gözlənilmədən hamının diqqət mərkəzində olduğum bu təntənəli anda, mən özümü birdən-birə əsərləri bütün dünyada oxunan yazıçı kimi yox, həmin sərt müşahidəçinin təsiri altında olduğumu daha çox hiss elədim. Yalnız ona ümid bəsləyə bilərəm ki, bu qədər əhəmiyyətli hadisə münasibətilə mənə icazə verilən nitq ikiləşməsinin öhdəsindən gəlməyə, məndə mövcud olan iki şəxsiyyəti birləşdirməyə imkan verəcək.”

Yazıçının təsvirindən görsənir ki, ona mübarizə aparmaq və yazmaq istəyi hansısa gözəgörünməz qüvvə tərəfindən diqtə edilirmiş.

Kertez bu məşhur nitqində dilin başına açılan oyunlardan da danışır: “Mən heç də istehza eləmirəm, amma hər halda, sözlərimdə istehza hiss olunursa, onda xahiş edirəm, iyirminci yüzillikdə dilin, sözün başına nə gətirildiyi barədə fikirləşəsiniz. Çox güman, dövrümüzün yazıçılarının ən başlıca, heyrətamiz kəşflərindən biri ondan ibarətdir ki, dil bizə artıq uzaq əcdadlarımızın mədəniyyətindən miras qalmış vəziyyətləri, daha real prosesləri təsvir eləmək, birmənalı anlayışları ifadə eləmək üçün yaramır. Kafkanı, Oruelli yada salaq – onların əlində əvvəlki dil səpələnir, dağılırdı. Onlar elə bil, külü göstərmək üçün ocağın içinə atırdılar, həmin küldən yeni, bu vaxtadək bizə məlum olmayan işarələr çıxırdı. Yazıçının nisbətən məhdud, belə demək mümkünsə, yorğun, üstəlik, çökən diktatura şəraitində sahib olduğu azadlıqdan böyük azadlıq təsəvvür eləmək olarmı?

Altmışıncı illərdə Macarıstan diktaturası elə səviyyəyə yetişdi ki, istəsəydim, onu hətta ictimai həmrəylik də adlandırardım… Belə razılığın bataqlığında insan ya tamam-kamal mübarizədən əl çəkirdi, ya da hər halda, onu daxili azadlığa aparıb çıxaran daşlı-kəsəkli cığırlar tapırdı. Yazıçılıq peşəsi ilə məşğul olmaq adamdan o qədər də xərc tələb etmir – kağız, qələm bəs edir. Hər səhər narazı, bezgin halda yuxudan oyanıb dərhal təsvir etmək istədiyim aləmə düşürdüm. Yetərincə tez anladım ki, totalitar məntiqin zülmü altında əziyyət çəkən adamı başqa totalitar sistemə köçürə-köçürə təsvir edirəm.

Yox, yəqin, başqa cür də yazmağa çalışırdım. Onda da güman ki, həqiqəti, amma başqa həqiqəti qələmə almağımdan çəkinirdim. Kitabların, ideyaların azad bazarında mən də bəlkə romanın daha parlaq, cəlbedici formaları üzərində baş sındırardım: məsələn, yalnız ən təsiredici epizodlar haqqında söhbət açmaq üçün romanın zaman çərçivəsini dağıdardım. Mənim hekayətimdə həbs düşərgəsinə atılmış qəhrəman öz zamanında yaşamır – hər şeydən, zamandan, dildən, şəxsiyyətdən məhrumdur. O, xatırlamır, yalnız mövcud olur. Buna görə, bədbəxt qəhrəmanıma ardıcıl nəqlin çıxılmaz boşluğunda titrəməkdən başqa bir şey qalmır. Yadda qalan faciəvi, böyük epizodlar əvəzinə bir an içində o, hər şeyi yaşamalı olur. Bu isə, həyatın özündən az ağır, yeksənəq deyil.”

İmre Kertez indi də inanır ki, bəşəriyyət fəlakətli bir dövrün kəndarındadır. Bu kəndar – ölüm düşərgələrinin legitimliyidir. “Osvensimdən sonra onu təkzib edən nəsə baş verməyib. Mənim əsərlərimdə Xolokost keçmiş zamanda təqdim olunmur.”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:264
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Oktyabr 2025 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see354

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see268

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see264

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see242

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see239

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see222

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see218

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see213

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see209

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see205

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see201

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see197

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see195

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see187

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see186

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see182

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see182

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see176

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri