Icma.az
close
up
RU
Azərbaycan İran əlaqələrinin möhkəmləndirilməsi üçün tarixi imkan

Azərbaycan İran əlaqələrinin möhkəmləndirilməsi üçün tarixi imkan

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Pərvanə SULTANOVA
[email protected]

Azərbaycanla İran arasında münasibətlər qədim tarixə, yaxın qonşuluq prinsiplərinə, ortaq dini-mədəni dəyərlərə əsaslanır. İki ölkəni həm də iqtisadi maraqlar birləşdirir ki, bu sahədə də çox əhəmiyyətli layihələr var, eyni zamanda böyük potensial mövcuddur. Son illər Tehranın bəzi regional məsələlərdə tutduğu mövqeyə görə münasibətlərdə müəyyən çətinliklər, soyuqluq yaşansa da, indi artıq bu mərhələnin geridə qaldığını deyə bilərik. İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri, verilmiş bəyanatlar tərəflərin əlaqələrində yeni bir dönəmin başladığını göstərir. Ümumiyyətlə, Azərbaycan hər zaman İrana yaxın qonşu, dostluq münasibəti bəsləyib. Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan İran-Azərbaycan əlaqələri Prezident İlham Əliyev tərəfindən dünyada və regionda yaranmış yeni siyasi-iqtisadi gerçəkliklər nəzərə alınaraq uğurla davam etdirilir. İran-Azərbaycan münasibətlərində yaxın qonşuluq, ortaq tarixi və mədəni irs, dəyərlərdən əlavə, qohumluq və qardaşlıq amili də mövcuddur.

Prezident İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkian ilə görüşdə bu məqama toxunaraq xalqlarımızın əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşadığını və bu gün dövlətlərarası münasibətlərimizin möhkəm təməl üzərində inkişaf etdiyini vurğulayıb. İran Prezidentinin Azərbaycana rəsmi səfərini əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürü kimi dəyərləndirib: "Biz əsrlər boyu bir məkanda yaşamışıq, bir dövlət çərçivəsində yaşamışıq. Yəni qohumluq əlaqələri də çox genişdir. Bu gün iki müstəqil dövlət kimi biz bölgəmizdə önəmli rol oynayırıq. Bölgə məsələlərinin bölgə ölkələri tərəfindən həll olunması da hər iki tərəfin fikridir və siyasətidir. Mən heç şübhə etmirəm ki, bu səfər bizim münasibətlərimizin inkişafında çox önəmli rol oynayacaq".

Dövlət başçısı səfərin münasibətlərimizin inkişafında çox önəmli rol oynayacağına əminliyini bildirib. İkitərəfli formatda bölgədəki vəziyyət, sülhün dayanıqlı olması, əmin-amanlığın təmin edilməsi, ölkələrin suverenliyi, ərazi bütövlüyü, ölkələrin daxili işlərinə qarışmama kimi prinsiplər də üstün tutulduğunu söyləyib.

Ümumiyyətlə, qonşu dövlətlərlə münasibətlər Azərbaycanın xarici siyasətində prioritet istiqamətdir. Ölkəmiz Türkiyə və Rusiya ilə rəsmi müttəfiqdir, Gürcüstanla strateji tərəfdaşlıq münasibətləri mövcuddur. İranla əlaqələrin möhkəmləndirilməsi və münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qalxması üçün hər hansı maneə mövcud deyil və indi əlaqələrin möhkəmləndirilməsi üçün tarixi imkanın yarandığını söyləmək olar.

İran Prezidentinin "Çalışacağıq ki, gələcək üçün geniş, əhatəli və daha yaxşı strateji planımız olsun. Bütün sahələrdə - sənaye, elm, mədəniyyət, iqtisadiyyat, siyasət, təhlükəsizlik üzrə planlarımız olsun. Biz birlikdə bölgədə sülh, təhlükəsizlik və əmin-amanlığı təmin edəcəyik və öz çətinliklərimizi həll edəcəyik. Əminəm ki, əgər biz müsəlman ölkələri, regional dövlətlər və qonşular, qədim dövrlərdən bir yerdə olmuş qardaş və bacılar əl-ələ verib bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşsaq, dünyaya baxışlarımız qarşılıqlı qaydada razılaşdırılmış olacaq", fikirləri də bunu deməyə əsas verir.

Azərbaycan və İran prezidentlərinin bir-birinə "əziz qardaşım" deyə xitab etmələri də tarixi bağların, dostluq, qonşuluq münasibətlərinin bu gün də davam etdirilməsi əzmini nümayiş etdirir.

Azərbaycan-İran münasibətlərinin möhkəmlənməsinə qarşı üçüncü dövlətlərin müdaxiləsinin yolverilməzdir və Bakı hər zaman bu məsələdə prinsipial olub. İranın 12 dövlətlə quru sərhədləri var, ən etibarlı sərhəd məhz Azərbaycanladır. Vətən müharibəsindən sonra 2020-ci ilin noyabrın 16-da Prezident İlham Əliyevin Xudafərinə səfəri zamanı Xudafərin körpüsünü "Dostluq körpüsü" adlandırmışdır.

Azərbaycan və İran beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini dəstəkləyir. BMT olsun, İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində tərəflər bir-birinin yanındadır.

Milli Məclisin deputatı Vüqar Bayramov mövzu ilə bağlı deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə görüşündə iki ölkə arasındaki iqtisadi münasibətlər, o cümlədən nəqliyyat və infrastruktur imkanları müzakirə olundu: "Son illər ölkələrarası ticarət dövriyyəsində artımlar müşahidə olunur. Bütövlükdə, ticari əlaqələrdə son dövrlərin ən aşağı dövriyyəsi 2020 və 2021-ci illərə təsadüf edilir. 2020-ci ildə ölkələr qarşılıqlı münasibətdə 18.4 milyon dollarlıq dövriyyəyə malik olublar.

2021-ci ildə bu rəqəm 61.8 milyon dollaradək yüksəlsə də, bu dövriyyə də müqayisəli şəkildə yüksək olmayıb. Bununla belə, Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi 2022-ci ildə 426 milyon dollar, 2023-cü ildə isə 402 milyon dollar olub.

Ötən il isə ölkələr arasında ticarət dövriyyəsi 647 milyon dollaradək yüksəlib. Bu o deməkdir ki, Azərbaycan ilə İran arasındakı ticarət dövriyyəsi ötən il 38 faiz artıb. Onun 633 milyon dolları İrandan idxal, cəmi 14 milyon dolları isə ixrac olub. Bu o deməkdir ki, ötən il qarşılıqlı ticarət dövriyyəsində 619 milyon dollarlıq mənfi saldo qeydə alınıb.

Bütün bunlarla yanaşı, ölkələrin nəqliyyat dəhlizlərinin genişlənməsində, xüsusən də Şimal-Cənub Nəqliyyat dəhlizində əməkdaşlığı dərinləşdirmək potensialı kifayət qədər yüksəkdir. Avropanın şimalından Hindistana qədər uzanan bu nəqliyyat dəhlizi ölkələrin beynəlxaq yükdaşımalardan əldə etdiyi gəlirləri kəskin artıra bilər. Bu isə, region üçün yeni imkanlar deməkdir".

Milli Məclisin deputatı Sevinc Fətəliyeva isə bildirib ki, bu gün Azərbaycan dünyanın aparıcı dövlətləri, o cümlədən, beynəlxalq təşkilatlar ilə geniş ikitərəfli əlaqələrə malikdir. Azərbaycan nəinki regionun, dünyanın siyasi cəhətdən ən sabit ölkələrindən biri sayılır. Eyni zamanda, Azərbaycan dövləti hər zaman yaxın qonşuluq münasibətlərinə üstünlük verir. 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayan təcavüzkar Ermənistanı çıxmaq şərtilə dövlətimiz bütün qonşuları ilə yaxın iqtisadi-siyasi münasibətlərə malikdir. Bu gün məhz Azərbaycanın iştirakı və təşəbbüsü ilə bir neçə istiqamətdə regional və qlobal layihələr icra olunur, dövlətlərarası əlaqələr qurulur, genişləndirilir.

Deputat bildirib ki, Azərbaycan hər zaman öz qonşuları ilə əlaqələrin möhkəmləndirməsi, daha da yaxınlaşdırılması istiqamətində siyasət aparır: "Yerləşdiyimiz Cənubi Qafqaz regionu geosiyasi baxımdan strateji əhəmiyyət daşıdığı üçün region ölkələrinin yaxın qonşuluq münasibətləri zəminində əməkdaşlığına hər zaman böyük ehtiyac duyulub. Bu amil həm də həyati əhəmiyyət kəsb etməkdədir. Xüsusilə, yeni siyasi-iqtisadi reallıqlar regonal əməkdaşlığın inkişafına böyük töhfələr verir. Dünya ölkələri ilə müsbət tərəfdaşlıq münasibətlərinin inkişafına hər zaman önəm verən Azərbaycan regionda planlaşdırılan layihələrdə qonşu dövlətlərin iştirakında maraqlı olduğunu önə çəkir. Bu mənada, İran İslam Respublikasının da Azərbaycanla əlaqələrinin daha da yüksəldilməsi istiqamətində aparılan siyasət əhəmiyyət kəsb edir. Yeni dövr üçün isə əlaqələrin yeni mərhələdə inkişafına ehtiyac duyulur. Bu, yeni çağırışlara, bölgənin yeni statusuna və iqtisadi potensialına uyğun münasibətlər sisteminin qurulması hər iki ölkə üçün olduqca böyük dividendlər vəd edir".

Millət vəkilinin sözlərinə görə, İran Prezidenti Məsud Pezeşkianın aprelin 28-də Bakıya rəsmi səfəri çərçivəsində mətbuata bəyanat zamanı Prezident İlham Əliyev bildirib: "Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır və çalışır. Hörmətli Prezidentin böyük heyətlə Azərbaycana gəlməsi və bu gün bir çox önəmli sənədlərin imzalanması, o cümlədən prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha bizim xoş niyyətimizi göstərir, onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq".

Sevinc Fətəliyeva qeyd edib ki, Azərbaycan qlobal məkanın gənc, amma qətiyyəti, birlik və həmrəylik təşəbbüsləri ilə seçilən bir üzvü olaraq əlaqələrin, münasibətlərin beynəlxalq hüquqa əsaslanan prinsiplər üzərində qurulmasını təşviq edir. Bu mənada Azərbaycana xas olan çoxtərəflilik konseptual olaraq fərdi maraqları deyil, ümumən regional, hətta qlobal maraqları, dəyərləri qorumağı özündə ehtiva edir. Azərbaycan öz xarici siyasətini konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən xətt üzrə yürüdür. Bu gün Prezident İlham Əliyev tərəfindən dünyada və regionda yaranmış yeni siyasi-iqtisadi gerçəkliklər nəzərə alınaraq uğurla həyata keçirilən siyasətdə İranla strateji tərəfdaşlıq xüsusi yer tutur. İran-Azərbaycan münasibətlərində yaxın qonşuluq, ortaq tarixi və mədəni irs, dəyərlərdən əlavə qohumluq və qardaşlıq amili əsas götürülür. Eyni zamanda, Azərbaycan-İran münasibətlərinin möhkəmlənməsinə qarşı üçüncü dövlətlərin müdaxiləsi yolverilməz hesab olunur. Azərbaycan Cənubi Qafqaz da daxil olmaqla hətta sərhəddindən kənarda yerləşən ölkələr üçün də sabitləşdirici faktor kimi çıxış edir. İran ilə münasibətlərə də eyni kontekstdən yanaşa bilərik.

O xatırladıb ki, İranın 12 dövlətlə quru sərhədləri olsa da, ən etibarlı sərhəd Azərbaycanladır: "Vətən müharibəsindən sonra, 2020-ci ilin noyabrın 16-da Prezident İlham Əliyevin Xudafərinə səfəri və Xudafərin körpüsünü "Dostluq körpüsü" adlandırması da qonşu ölkə üçün mühüm mesaj idi. Nəzərə alaq ki, İranla Azərbaycan arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq mövcuddur. Buna nümunə olaraq, İƏT, D8, ŞƏT, AQEM, ECO müstəvisində əməkdaşlığı xatırlada bilərik. Bütövlükdə, İran Prezidentinin ölkəmizə səfəri zamanı dövlət başçılarının mesajları, imzalanan sənədlər əlaqələrin daha da inkişafı edəcəyini deməyə əsas verir. Yəni əlaqələrin möhkəmləndirilməsi üçün tarixi imkan yaranıb. Hesab edirəm ki, bundan sonra qarşılıqlı münasibətlər məhz pozitiv müstəvidə davam və inkişaf edəcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://525.az
archiveBu xəbər 01 May 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see311

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see240

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see203

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see198

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see182

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see161

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see158

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see154

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see152

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri