Azərbaycan İranla mühüm görüşlər keçirdi
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Ölkə.az xəbər verir ki, görüşlərdə ölkə başçıları arasında formalaşmış səmimi münasibətlərin ikitərəfli əlaqələrin inkişafına və birgə layihələrin icrasının sürətlənməsinə çox müsbət təsir göstərdiyi vurğulanıb.
Səfər zamanı İran Parlamentinin sədri Məhəmməd Qalibaf ilə keçirilən görüşdə ölkələrimiz tərəfindən irəli sürülən birgə təşəbbüslərin reallaşmasında və qarşılıqlı əlaqələrin daha da yaxınlaşmasında parlamentlərin vacib rolu qeyd edilib.
Daha sonra nümayəndə heyəti İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Möhsin Rzai ilə görüşüb və ikitərəfli gündəliyin aktual məsələləri müzakirə edilib.
Səfər çərçivəsində nümayəndə heyəti İranın neft naziri Möhsin Paknejad və energetika naziri Abbas Aliabadi ilə məhsuldar müzakirələr aparıb, hər iki ölkənin iqtisadiyyatı üçün önəmli olan layihələr nəzərdən keçirilib və əməkdaşlıq perspektivləri dəyərləndirilib.










Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 30 Sentyabr 2026 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















