Icma.az
close
up
RU
Azərbaycan İranla münasibətləri müəyyən balansda saxlayır

Azərbaycan İranla münasibətləri müəyyən balansda saxlayır

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Azərbaycan–İran münasibətləri heç vaxt tam sabit olmayıb. Xüsusilə Tehranın provokativ açıqlamaları və atdığı qıcıq doğuran addımlar ikitərəfli münasibətləri tez-tez gərginləşdirib".
Bunu Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
"İran Prezidenti Məsud Pezeşkianın hakimiyyətə gəlişi və Azərbaycana səfəri, eləcə də Bakı-Tehran münasibətlərini normallaşdırmaq cəhdləri ilk baxışdan pozitiv siqnal kimi dəyərləndirilə bilər. Lakin paralel olaraq, İran rəsmilərinin, din xadimlərinin və media resurslarının şər, böhtan xarakterli və açıq-aşkar provokativ çıxışlarının davam etməsi vəziyyəti yenidən qeyri-müəyyən və ziddiyyətli hala gətirir".
Onun sözlərinə görə, İranın ali rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Əkbər Vilayətinin Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi ardıcıl neqativ fikirlər bu kontekstdə xüsusilə diqqət çəkir:  
"Vilayəti daha sonra Zəngəzur dəhlizinin məqsədinin yalnız İranı şimal istiqamətindən təcrid etmək yox, eyni zamanda Rusiyanı cənubdan mühasirəyə almaq olduğunu iddia edir. Onun mövqeyi əslində təəccüblü deyil, çünki bu, illərdir İranın dilə gətirdiyi ənənəvi geosiyasi tezislərin davamıdır. Lakin maraqlı məqam odur ki, Vilayəti bu iddiaları Bakı-Moskva münasibətlərinin gərgin, Ermənistanla sülh danışıqlarının isə nisbətən müsbət məcrada davam etdiyi bir dönəmdə səsləndirir".
Politoloq bildirib ki, Əli Əkbər Vilayətinin mövqeyindən fərqli olaraq, İran Prezidenti Məsud Pezeşkian daha pozitiv və praqmatik mesajlar verir:
"O, Şimal-Cənub dəhlizinin tamamlanmasının Tehran üçün sanksiyalardan çıxış yolu ola biləcəyini vurğulayır.Diqqətçəkən məqam ondan ibarətdir ki, Pezeşkianın sanksiyalardan çıxmaq üçün əsas alternativ kimi gördüyü Şimal-Cənub dəhlizində də Azərbaycanın rolu açardır. Bu isə Əli Əkbər Vilayətinin ciddi şəkildə tənqid etdiyi, qarşı çıxdığı Zəngəzur dəhlizindən o qədər də fərqlənmir. Hər iki layihənin mərkəzində Azərbaycan dayanır.Əslində İranda prezidentlə ali dini rəhbərlik arasında fikir ayrılığı mümkünsüz deyil, əksinə, bu, ölkənin siyasi sisteminin öz təbiətindən qaynaqlanır. Bu ziddiyyət açıq qarşıdurma formasında olmasa da, prioritetlər və baxışlarda aydın şəkildə görünür.Prezidentlər daha çox daxili idarəetmə və iqtisadi məsələlərlə məşğul olduqları halda, xarici siyasət, xüsusilə də Cənubi Qafqaz kimi həssas bölgələrlə bağlı əsas söz dini rəhbərliyə məxsusdur. Bu səbəbdən, biz bir tərəfdən əməkdaşlıq və dialoq çağırışları eşidirik, digər tərəfdən isə qarşıdurma və təhlükə ritorikasına şahid oluruq.Əli Əkbər Vilayəti və ona yaxın çevrələrin yanaşması daha çox İranın “dirəniş cəbhəsi” konsepsiyasına xidmət edir. Bu çevrələr Qərbin və NATO-nun regiona təsirinin qarşısını almağa çalışmaqla yanaşı, türk dövlətlərinin yaxınlaşmasını da strateji təhlükə kimi görür. Xüsusilə də Azərbaycanın Naxçıvanla birləşməsi onların geosiyasi xəritəsində “qırmızı xətt” sayılır. Bu da Tehranın köhnə panfarsist yanaşmasının davamı olaraq qəbul edilə bilər.Bütün bu ziddiyyətlərin mahiyyətində ideoloji və sistematik məsələlər dayanır. İranın siyasi arxitekturası paralel və bəzən bir-birinə zidd mövqelərin eyni anda ifadə olunmasına imkan verir. Nəticədə isə ölkənin rəsmi mövqeyi çox zaman ziddiyyətli, qeyri-müəyyən və etibarsız görünür.Azərbaycan məhz buna görə İranla münasibətləri müəyyən balansda saxlayır. Yəni Tehran ilə gərginlik Bakıya sərf etmədiyi kimi, İranın sərt ritorikasına da səssiz qalmırıq".
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 İyul 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri